Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2490/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, X2 Oruc qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026- cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərardadından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardaddan narazı qalan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərardadının ləğv edilməsini və işin mahiyyətii üzrə baxılmasını xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı təmin edilərək ona hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda heç bir qeyd aparılmamışdır. Halbuki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Beləliklə, göstərilənlərə əsasən hesab edirəm ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026- cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim: Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2490/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2490/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver