Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2492/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sedrliyi ilə, məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Tural Hüseyn İlham oğlunun, Protokolu tərtib edən orqann nümayəndəsi nümayəndə2 iştirakları ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə “xxxx” MMC tərəfindən 13500.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 13500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş həmin ##.##.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli protokol baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 13500.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, 3375.00 ABŞ dolları məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx"xxxx«xxxx» MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş ##.##.2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol da bizim iştirakımız olmadan qəbul edilmişdir. Həmin protokola əsasən, «xxxx» MMC 13500 USD məbləğində olan vəsaiti bani hesabından ##.##.2024-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13500 USD məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmaması qeyd edilmişdir. İşin hallarını nəzərinizə çatdırıram. «xxxx » ASC tərəfindən Protokolu tərtib edən orqan göndərilmiş məktubdan görünür ki, «xxxx» MMC tərəfindən 13500 USD məbləğində olan vəsait bank hesabından ##.##.2024 -ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Protokolu tərtib edən orqan ##.##.2016-cı il tarixli **/* saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1 3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalının (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Hazırda məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, qeyd edilən köçürmə ilə bağlı sənədlərimiz tam qaydasındadır. Belə ki, şirkət tərəfindən köçürülmüş məbləğə əsasən məhsullar ölkəyə daxil olmuş və bu barədə gömrük bəyannaməsi ilə öz təsdiqini tapmışdır. Hazırda həmin sənədləri məhkəmədə iştirakımız təmin edilmədiyi üçün təqdim edə bilməmişik. Həmçinin bildiririk ki, gömrük bəyannaməsinin vaxtında təqdim edilməməsi şirkətdən asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, gömrük orqanının elektron informasiya sistemində yaranmış texniki nasazlıq səbəbindən müvafiq gömrük bəyannaməsini vaxtında əldə etmək mümkün olmamışdır. Hazırda qeyd olunan texniki problem aradan qalxdığından, gömrük bəyannaməsi əldə edilmiş və hazırkı apellyasiya şikayətinə əlavə olunaraq məhkəməyə təqdim edilir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Tural Hüseyn İlham oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, şirkətlə çox uzun müddət əlaqələri olmadığından idxalı vaxtında edə bilməmişdir. Hazırda mallar idxal olunmuşdur. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Protokolu tərtib edən orqann nümayəndəsi nümayəndə2 bildirdi ki, mallar inzibati xəta törədildikdən 3 ay sonra idxal edilmişdir. MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edir. Malların 2 il ərzində ölkəyə idxalını təsdiq edəcək sənədlər təqdim edilməmişdir. Belə olan halda apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan ##.##.2024-cü il tarixli müqavilədən görünür ki, “xxxx”xxxx“xxxx” MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan ##.##.2024-cü il ödəniş tapşırığından görünür ki, “xxxx” MMC tərəfindən “xxxx” ASC-də olan hesabdan 13500.00 ABŞ dolları məğləğində pul vəsaiti ##.##.2024-cü il tarixində “xxxx” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC-nin 31.03..2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının “xxxx” MMC ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri təqdim etməmişdir. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyə əsasən malı idxalını təsdiq edən yeganə sənəd gömrük bəyannaməsidir. Mal ölkəyə daxil olubsa, gömrük bəyannaməsi mövcud olmalıdır. “xxxx” MMC tərəfindən ## #### 2024-cü il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş 13500.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların vəsaitin köçürüldüyü gündən 2 il müddətində ölkəyə idxal olunmasını təsdiq edəcək sənədlər təqdim olunmamışdır. Qanunla qabaqcadan ödəniş aparılmış valyuta vəsaiti üzrə konkret müddət müəyyən edilmişdir və bu müddət ən geci iki ildən ibarətdir. Bu müddət ərzində mallar artıq ölkəyə faktiki olaraq daxil olmalı idi. Odur ki, “xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, “xxxx” MMC törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2492/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2492/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver