Məhkəmə qərarları › İş №3(3-6)-2493/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2493/2026

10.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2493/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin nümayəndəsi Vəkil, Səlahiyyətli orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması haqqında vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. ## ### 2026-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verib Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından şikayət verilməsi üçün tərəfindən ötürülmüş prosessual müddətin üzrlü sayılaraq bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Nümayəndəyə verilmiş etibarnamə yalnız Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin hüquq və mənafelərinin müdafiəsini təmin etmək üçün verilmişdir. Məhkəməyə təqdim edilmiş etibarnamədən də görünür ki, nümayəndənin apellyasiya şikayəti verməsi nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin ## ######## 2003-cü il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 152-ci bəndinə əsasən elektron sənəd dövriyyəsi sistemi tətbiq olunan təşkilatlarda alınan və göndərilən elektron sənədlərin hərəkəti, həmçinin təşkilatdaxili yazışmalar sistem vasitəsilə qeydə alınır. Sistem iştirakçılarına sənədlərin təhvil verilməsi sistem vasitəsilə təsdiq olunur. Qeyd olunan təlimata uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məhkəmə tərəfindən rəsmi qaydada poçt vasitəsi, məhkəmənin “AZDOC” sistemi və yaxud X2 özünün elektron poçt ünvanına göndərilən qərarlar Xidmətin daxili “elektron sənəd dövriyyəsi alt sistemi”-inə daxil edilə, sistem vasitəsi ilə qeydiyyata alına, apellyasiya şikayəti vermək səlahiyyəti olan vəzifəli şəxsə təqdim oluna, habelə onun tərəfindən imzalandıqdan və sistem tərəfindən müvafiq nömrə verildikdən sonra məhkəməyə təqdim edilə bilər. Lakin apellyasiya şikayəti vermək səlahiyyəti olmayan nümayəndənin şəxsi elektron kabinetinə qərarın yerləşdirilməsi və həmin vaxtdan apellyasiya şikayəti verilmə müddətinin hesablanması səlahiyyətli orqanın öz hüquqlarının müdafiəsinin təmin edilməsinin məhdudlaşdırılmasına səbəb olur. Çünki qərarların “elektron sənəd dövriyyəsi alt sistemi”ndə qeydiyyata alınması mümkün olmur və səlahiyyətli orqanın apellyasiya şikayəti vermək imkanı məhdudlaşırılır. Məhkəmə iclasında iştirak edən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraata xitam verilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin nümayəndəsi Vəkil şikayətin təmin edilməsini xahiş etdi. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ##.##.2026-cı il tarixində Elektron Məhkəmə Informasiya sisteminin elektron kabinetinə əlavə edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi qismində Nümayəndə elektron kabinetə iş məhkəməyə daxil olduqdan dərhal sonra əlavə edilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti 3 aydan çox müddət sonra məhkəməyə daxil olmuşdur. Səlahiyyətli orqan tərəfindən müddətin üzrlü səbəbdən buraxılmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, o cümlədən məhkəmə araşdırılması zamanı da müddətin üzrlü səbəbdən buraxılmasına dair hər hansı bir əsas müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, səlahiyyətli orqan nümayəndənin etibarnaməsində apellyasiya şikayətinin verilməməsini qeyd etsə də, bununla bağlı diqqətə çatdırılır ki, qeyd olunan nümayəndə məhkəmədə iştirak etmək səlahiyyətli olmuş və məhkəmə proseslərində iştirak etmiş, qərar onun iştirakı ilə elan edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qərardan uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Belə ki, Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Məhkəmə hesab edir ki, vəsatətdə göstərdiyi hallar apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəb kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərə görə buraxmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından verilmiş apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 130, 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məliklinin şikayəti təmin edilməsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması haqqında vəsatətin təmin edilməməsinə dair Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarından apellyasiya qaydasında şikayəti vermə müddətinin bərpa edilməməsi barədə həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar