Məhkəmə qərarları › İş №3(3-6)-2494/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2494/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2494/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, ## ###### 1977-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Materialdan görünür ki, ## ### 2026-cı il tarixdə Bakı şəhəri Suraxanı rayon Icra Şöbəsinin icra məmuru X2 tərəfindən Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında ## ### 2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Nərminə Rzayeva) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Həmin qərardan tələbkar Zərərçəkmiş şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini, Suraxanı rayon Icra Şöbəsinin icra məmuru Adil Heydərovun təqdimatının təmin edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barədə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, qəbul edilmiş qərar qanunsuz və ədalətsizdir. Inzibati xəta haqqında işə baxılması barədə Suraxanı rayon məhkəməsi tərəfindən heç bir SMS və məhkəmə bildirişi gəlməmişdir. Onun hər iki övladı nikah münasibətləri pozulduqdan sonra onun yanındadırlar, hər iki uşaq məktəbə, hazırlıqlara gedir. Özü kirayədə qalır, həm kirayə haqqını, həm də uşaqların gün gündən artan xərclərini ödəmək onun üçün çox çətindir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment öhdəlikləri 2025-ci ilin iyul ayından başlamışdır. O, 2025-ci ilin dekabr ayında yekun məhkəmə qətnaməsi çıxarılana qədər müvəqqəti təminat tədbiri qismində qərardad qəbul edilməsi üçün müraciət etdi. Salyan rayon məhkəməsi e-**(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə ## #### 2011-ci il təvəllüdlü X3 və ## #### 2012-ci il təvəllüdlü X4 üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs mübahisənin həllinədək müvəqqəti olaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmaması barədə qərardad qəbul etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oglu həmin qərardadı qəsdən, qərəzli şəkildə icra etməkdən imtina etdi, əvəzində müxtəlif telefon nömrələrindən onun valideynlərinin telefonla zəng edərək təhqir etməklə məşğul oldu. Salyan Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bugünə qədər aliment borcu 4.850 manat təşkil edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirindən məruz qaldığı məhkəmə xərcləri də (320 manat hüquqi yardıma görə ödədiyi haqq, 60 manat mediasiya xərci və 50 manat məhkəmə rüsumu da) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ödənilməli olduğu halda bu günə qədər bir qəpik də olsa ödənilməmişdir. Suraxanı Rayon Məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətinə haqq qazandırandan sonra 2026-cı ilin iyul ayı üçün cəmi 180 manat aliment ödəmişdir, halbuki aylıq öqdəniş öhdəliyi 400 manatdır. Onun hər ay ödədiyi məbləğlər ümumilikdə 150-180 manat olmuşdur. Halbuki xidmət haqqı yüksək olan ustadır, santexnik işləri ilə məşğul olur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Bakı şəhəri Suraxanı Rayon Icra Şöbəsinin icra məmuru, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, belə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilməsi barədə *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə ## #### 2025-ci il tarixdən başlayaraq, ## #### 2011-ci il təvəllüdlü X3 və ## #### 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay uşağa görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. ## ### 2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir Qəbzlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 iyunda 50 manat, 15 iyunda 30 manat, 17 iyunda 15 manat, 18 iyunda 35 manat, manat, 21 iyunda 100 manat, 13 mayda 20 manat, 16 mayda 15 manat, 20 mayda 40 manat, 21 mayda 40 manat, 23 mayda 30 manat, 27 mayda 50 manat, məbləğində pulu tələbkar Zərərçəkmiş şəxs ödəmişdir. Birinci instansiya məhkəməsi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli icra sənədi üzrə yaranmış borcundan icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xeyrinə 300 manat ödədiyini nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Salyan Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, işdə olan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini birlikdə qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam vermişdir. Qeyd edilir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Lakin nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də inzibati xəta haqqında protokolda göstərilən xüsusatlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; - 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən, hüquq və azadlıqların qorunması, işin hallarına vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılması, inzibati xəta törətmiş şəxsi aşkar etmək, inzibati məsluiyyətə cəlb etmək, çıxarılmış qərarın icrasını təmin etmək, habelə inzibati xətanın törədilməsində kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşır və hesab edir ki, işə baxan hakim Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində inzibati xətanın tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra vərəqəsini qərəzli olaraq icra etməməsi barədə dəlilləri öz təsdiqni tapmadığından əsaslı hesab edilmir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilməsi barədə *(*-***)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı tələbkar Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar