Məhkəmə qərarları › İş №3(3-6)-2497/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2497/2026

12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2497/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə ## #### 1968-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu Nurulu kəndi ünvanında qeydiyyatda olan Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdərəsinin (Mərkəzi İnformasiya Sisteminin) ##.##.2026-ci il tarixli EQ ******** saylı elektron qərarından verdiyi şikayəti təmin edilməməmişdir. İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdərəsinin (Mərkəzi İnformasiya Sisteminin) ##.##.2026-cı il tarixli, EQ 37292713 inzibati tənbeh vermə haqqında elektron qərarından aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə saat 01:29-da idarə etdiyi "FORD CARGO YÜK" markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə İXM-in 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə 1200 manat məbləğində cərimə edilmişdir. Qərardan Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət edərək ##.##.2026-cı il tarixli, EQ ******** saylı “inzibati tənbeh vermə haqqında” elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydada şikayət verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda qeyd edilir ki, guya o, ##.##.2026-cı il tarixdə saat 01:29-da etibarnamə əsasında idarə etdiyi “FORD CARGO YÜK” markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu Səngəcal qəsəbəsindən Bakı istiqaməti ərazisində hərəkətdə olarkən İXM-nin 353.2ci maddəsində nəzədə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməklə yük daşınma qaydalarını pozmuşdur. Bildirir ki, “FORD CARGO YÜK” markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı ağır tonajlı nəqliyyat vasitəsini o, etibarnamə əsasında idarə edir. Həmin avtomobillə Şıxlar qəsəbəsində yerləşən qum karyerindən qum götürüb Bakı şəhəri istiqamətində hərəkət edirdi. Avtomobil yüklü halda Qobustan qəsəbəsinin çıxışında olan xüsusi lesenziyalı tərəzi vasitəsilə çəkilmiş və ##.##.2026-ci il tarixdə saat 01:22 -də, avtomobildə 26010 kq yük olması barədə qəbz verilmişdir. Lakin, Sənqəcal qəsəbəsində həmin tarixə saat 01:29-da, yəni 7 dəqiqədən sonra yük çəkilərkən 27790 kq yük olmasi qeyd edilmişdir. Göründüyü kimi avtomobil yolunda olan tərəzi düzgün çəkməmiş və əsassız olaraq barəaində inzibati qərar qəbul edilmişdir. Onun avtomobilində artıq yük olmamış, yük serfikatlı tərəzidə çəkilərək dəqiq kütləsini bildiyi üçün avtomobildə artıq yük ola bilməz və bu barədə qəbz verilmişdir. Habelə qısa zaman kəsiyində, yəni 7 dəqiqədən sonra yükün 27790 kq olması absud bir fikirdir. Yük daşınarkən yükü çəkən tərəzi, eləcə də yükü qəbul edərkən yükü çəkən tərəzi dövlət qeydiyyatından keçmişdir. Həmin təşkilatlar qeyd olunan tərəzilərlə fəaliyyət göstərilirir. Burada onun heç bir təqsiri yoxdur. Çünki qeyd olunan yükü qəbul edərkən olan çəki ilə yükü boşaldarkən olan çəki eynidir və heç bir normanı keçməmişdir. Lakin, bütün bunlar məhkəmə zamanı tam araşdırılmamış əsassız olaraq ərizəm təmin edilməmişdir. Belə ki, məhkəmənin ilk çəki barədə təqdim edilmiş qəbzə münasibəti yalnız mülahizədir. Həmin sənədin sübut növi kimi qəbul edilməməsi qərəzli hüquqi qiymətləndirmədir. Digər tərəfdən həmin tərəzinin qanunauyğun və düzgün çəki göstərməklə işləməsini həmin anda sübut etmək vəzifəsi onun səlahiyətinə aid deyildir və bu sahəyə müvafiq oqranlar nəzarət edirlər. Məhkəmənin inzibati xəta hadisəsi baş verməmişdən əvvəl avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur fikiri də ədalətli qəbul edilə bilməz. Çünki magistral yolda 7 dəqiqə ərzində yükün miqdarının dəyişdirilməsi mümkün deyildir. Məhkəmə qərarında göstərilir ki, şikayətçi öz etirazının əsası kimi istinad eldiyi hallara dair məhkəməyə digər hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Hesab edir ki, əsaslı şikayətə məhkəmə tərəfindən göstərilən bu münasibət və inzibati tənbeh üçün qərar qəbul etmiş orqanın (qurumun) qərarının müdafiə edilməsi inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən olan təqsisizlik və ədalətlilik prinsiplərinin açıq-aşkar pozulması deməkdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun çıxış edərək birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu bildirmiş, tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində şikayətçi hakimin, səlahiyyətli orqanın gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları qiymətləndirərək qeyd etmişdir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Lakin, birinci instansiya məhkəməsi bu qənaətə nəyə görə gəldiyini qərarda əsaslandırmadan, şikayətçinin dəlillərini yoxlamadan, inzibati orqanın nümayəndəsinin iştirakı təmin edilmədən şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərara istinad edilməklə yekun nəticəyə gəlinmişdir ki, bu məhkəmənin funksiyası və qanunvericiliyin tələbləri ilə uzlaşmamışdır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların məhkəmə təminatı bütövlükdə insan hüquq və azadlıqlarının müdafiə sisteminin əsasını təşkil etməklə, ən etibarlı və yüksək hüquqi qüvvəyə malik müdafiə mexanizmidir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsini nəzərdə tutur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında ədalətli məhkəmə araşdırması hüququna xüsusi önəm vermişdir (məsələn, “Morera və Azevedo Portuqaliyaya qarşı” iş üzrə ## ####### 1990-cı il, “X3rşı” iş üzrə ## ###### 2009-cu il tarixli Qərarlar). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Məhkəməsi bir çox qərarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin məhkəməyə müraciət etmək hüququnun olmasını təmin edir. Bu yalnız məhkəmə araşdırmasını başlatmaq hüququnu deyil, həmçinin mübahisələrin məhkəmələr tərəfindən ədalətli həll edilməsi hüququnu ehtiva edir. Məhkəmə araşdırması aparılmadığı təqdirdə prosessual təminatların, o cümlədən məhkəmə baxışının açıqlığı, ədalətliliyi və çevikliyi kimi prinsiplərin heç bir hüquqi əhəmiyyəti yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Karelin Rusiya Federasiyasına qarşı iş üzrə 2016-cı il ## ######## tarixli Qərarında göstərilmişdir ki, inzibati xətalarla bağlı məhkəmə prosesində prokurorun iştirak etməməsi şəxsin işinə baxılarkən ədalətli və qərəzsiz məhkəmə baxışı prinsiplərini pozmuşdur. Belə ki, hakim ittiham funksiyasını öz üzərinə götürmüş və bununla da həmin şəxsin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur (§§ 51-85). Hazırkı halda səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsi, şikayətçinin dəlillərinin yoxlanılmaması, müvafiq xətanı təsdiq edən sübutların tələb edilib tədqiq edilməməsi, nəticədə isə məhkəmənin məhz özünün şikayətçinin həmin xətanı törətməsi barədə qənaətə gəlməsi onu göstərir ki, burada məhkəmə ittiham funksiyasını öz üzərinə götürmüş, ədalətli məhkəmə araşdırması hüququ gözlənilməmişdir. Birinci instansiya məhkəməsində hazırkı işlə bağlı məhkəmə iclasına dəvət edilmiş səlahiyyətli orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, sübutlarını təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsinə də dəvət edilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iş materiallarında olan sübutlarla şikayətçinin dəlillərini yoxlamış, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirmişdir. Məhz bu qiymətləndirmənin nəticəsi olaraq apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin və inzibati orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İXM-in 75-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi). Şikayətçidən alınmış izahatı, sənədləri işin müəyyən edilmiş sayılan halları və Qərardan şikayət verən orqan (şəxs) təqsirli bilindiyi İXM-in 353.5-ci maddəsinin dispozisiyası, xətanın tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən xətanın tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı, sübuta yetirilmədiyi aydın olur. Çünki, təqsirsizlik prezumpsiyası prinsipinin tələblərini nəzərə alan məhkəmə səlahiyyətli orqandan ehtimal olunun xətanı təsdiq edən sübutları tələb etmişdir. İnzibati orqanın nümayəndəsi bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə, şikayətçinin məhz “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) xəta törətməsi halının sübutlarla təsdiq edilmədiyi qənaətindədir. Məhkəmə nəzərə alır ki, şikayətçi yükü qum olmuş, avtomobil tərəzi vasitəsilə çəkilmiş və ##.##.2026-ci il tarixdə saat 01:22-də avtomobildə 26010 kq yük olması barədə qəbz verilmişdir. Həmin gün saat 01:29-da, yəni 7 dəqiqədən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdərəsinin (Mərkəzi İnformasiya Sisteminin) tərəzisi ilə yük çəkilərkən 27790 kq yük olmasi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi şikayətçinin təqdim etdiyi qəbzə münasibətdə tərəzinin qanunauyğun və düzgün çəki göstərməklə fəaliyyət göstərməsinin müəyyən edilmədiyini qeyd etmişdir. Lakin, məhkəmənin bu qənaətə nəyə görə gəlməsi əsaslandırılmamışdır. Həmin qəbzin mötəbərliliyi səlahiyyətli orqan tərəfindən mübahisələndirilməmiş, şikayətçinin istinad etdiyi tərəzinin düzgün işləməməsinə dair sübutlar olmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi şikayətçinin təqdim etdiyi qəbzə şübhə ilə yanaşsa da, xətanı qeydə almış texniki vasitənin standartlara uyğun olub-olmamasını yoxlamamış, səlahiyyətli orqandan buna dair sənədləri tələb etməmişdir. Məhkəmə nəzərə alır ki, şikayətçinin təqdim etdiyi qəbzdə göstərilən müddətlə səlahiyyətli orqanın xətanı qeydə aldığı müddət arasında 7 dəqiqə fərq olmuş, bu müddət ərzində şikayətçinin yükün miqdarını dəyişməsi barədə ehtimal ağlabatan olmamışdır. Məlumdur ki, hər hansı şəxsin qeyd olunan yükü ölçmək üçün fərdi şəkildə tərəzisinin olması məcburi hal deyildir. Həm də bu sahə lisenziya ilə fəaliyyət göstərən şirkət və dövlət təşkilatlarına həvalə edilmişdir. Hətta hesab etsək ki, şikayətçinin təqdim etdiyi qəbzi vermiş sahibkarın tərəzisi doğru işləməmiş, belə olan halda bunun məsuliyyətini birmənalı şəkildə sürücünün üzərinə qoymaq ədalət və hümanizm prinsipləri baxmından düzgün olmazdı. Belə ki, şikayətçi nə qəsdən, nə də ehtiyatsızlıqdan bu əməli törətməmiş, çünki, o, avtomobilində olan yükün artıq olmasını bilə bilməzdi və qabaqcadan görə bilməzdi. O, qanuni şəkildə fəaliyyət göstərən, tərəzinin düzgün çəkməməsi sübut olunmamış və bu barədə ona məlum olmamış sahibkarın çəki barədə nəticələrinə güvənmək məcburiyyətində olmuşdur. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Beləliklə, şikayətçidən alınmış izahatı, səndləri işin müəyyən edilmiş sayılan halları və barəsində inzibati xəta haqqında iş üzrə icraat aoarılan şəxsin təqsirli bilindiyi İXM-in 353.5-ci maddəsinin dispozisiyası, xətanın tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan, sözügedən xətanın tərkibinin əlamətləri ilə şərtləndirilən hallarla uzlaşmadığı, sübuta yetirilmədiyi aydın olur. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, şikayətçinin inzibati tənbeh vermə haqqında qərardan şikayəti təmin edilməli, şikayətçinin barəsində İXM-in 353.5-ci maddəsi ilə qəbul edilmiş ##.##.2026-ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanları və İXM-in 134.1.3-cü və 135.1.5-1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) İXM-in 353.5-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdərəsinin (Mərkəzi İnformasiya Sisteminin) ##.##.2026-ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar