Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2498/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2, Məhkəmə iclas katibi X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMin 206, 510.2 və 535.1-ci maddələri ilə inzibati tənbeh olunmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və İXM-in 510.2 və 535.1-ci maddələri ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətə inzibati həbs tətbiq edilmişdir. Qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İnzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması barədə məlumat və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar proses iştirakçısının izahatını dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis şöbəsinin sahə rəisi, R X1 bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Günel Sultanlı və Ruhiyyə Abdullayevanın müraciətləri əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinə dəvət edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis şöbəsinə dəvət edilməsinin mahiyyətinin izah edilməsinə baxmayaraq, sonuncu polis əməkdaşlarının qanuni fəaliyyətinə və aparılan araşdırmaya açıq narazılıq bildirərək yüksəs səslə şöyüşlər söyərək etiraz etmiş, polisin iş rejmini pozmuşdur. Şəxs dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq, öz hərəkkətlərini davam etdirmişdir. Şöbədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkotik vasitələrdən istifadə etməsi şübhəsi yarandığından müayinəyə aparılmış və onun narkotik vasitələrdən istifadə etmə halı aşkar edilmişdir. Bundan sonra, tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 206, 510.2 və 535.1-ci maddələri ilə inzibati xəta haqında protokol tərtib edilmişdir. Daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, barəsində protokol tərtib etmiş şəxs instagram sosial şəbəkəsində adları qeyd edilən xanımların rəylər bölməsində küçə söyüşlərindən istifadə edərək təhqir etmiş, rəylər bölməsi açıq olduğundan həmin söyüşlər digər şəxslər tərəfindən də görünmüşdür. Bundan sonra xanımlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polisə şikayət etmişlər. Onu da qeyd etmək lazımdır ki, bu hal dəfələrlə təkrarlanmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında 1 ay əvvəl Binəqədi ərazisində narkotik vasitədən istifadə etdiyini, daimi istifadəçi olmadığını, sosial şəbəkədə xanımları rəylər bölməsində təhqir etdiyini, heç bir yerdə işləmədiyini, bahalı telefon nömərli satışı ilə məşğul olduğunu, əlaqələrindən istifadə etdiyini, xanımları da sosial şəbəkədə özünü itirərək söydüyünü, polislə yüksək səslə danışdığını, bölmədə aqressiv hərəkətlər etdiyini, hazırda törətdiyi inzibati xətadan peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ##.##.2026-cı il tarixli, **** nömrəli Ambulator Məcburi-X3 rəyindən görünür ki, yoxlama zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş nümunədən MET(+) adlı maddələr aşkar edilmiş, müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə görə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Həmin Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, şəxs barəsində tətbiq edilən inzibati tənbeh yuxarıda göstərilən maddədə sadalanan hallara uyğun olmaqla yanaşı, həmin Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədləri də nəzərə alınmalıdır ki, hazırki halda məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş inzibati tənbehi onun məqsədlərinin təmin edilməsi baxımından məqsədəmüvafiq hesab edir və onun barəsində daha yüngül tənbeh tədbirinin tətbiq edilməsi üçün əsas görmür. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İXM-in 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gələrək inzibati xəta törətmiş şəxsə təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, törətmiş olduğu inzibati xətanın xarakterinə və törədilməsi hallarına uyğun, qanuni, əsaslı və ədalətli inzibati tənbeh tədbiri tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə özünü müdafiə xarakteri daşıdığından və əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXMin 206, 510.2 və 535.1-ci maddələri ilə inzibati tənbeh olunmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-2498/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2498/2026
04.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver