Məhkəmə qərarları › İş №3(3-6)-2499/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2499/2026

04.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2499/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) və onun müdafiəçisi - “xxxx” Vəkil Bürosunun vəkili Xəlilov İlkin Ələkbər oğlunun iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Xəlilov İlkin Ələkbər oğlunun (bundan sonra – müdafiəçi) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 510.1 və 535.1-ci maddələri ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim İbrahimova Aytəkin Nazim qızı) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində əvvəli inzibati qaydada tutulduğu ## #### 2026-cı il tarix, saat 10:30-dan hesablanmaqla, 20 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Müdafiəçi həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Müdafiəçi şikayətini onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsi olmaqla, asayişi pozmağa meyilli, intizamsız şəxs deyildir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs valideynlərinin ağır şəkər xəstəliyindən əziyyət çəkməsi və ailəsinin maddi cəhətdən ağır sosial vəziyyətdə olması səbəbindən asudə vaxtlarında icarəyə götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olub ailəsinin xərclərini təmin etməyə çalışır. O, özünə qarşı dələduzluq edilməsi ilə bağlı Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə etdiyi müraciət üzrə obyektiv araşdırma aparılmamasına etiraz olaraq, mənəvi sarsıntısından doğan psixoloji affekt vəziyyətində DİN-nin 102 xidmətinə emosional, sistemsiz çıxışlardan və yazılardan ibarət müraciətlər etmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaşadığı evin qarşısında uca səslə polis əməkdaşları ilə mübahisə etməmiş, polisin qanuni tələblərinə tabe olmamaqda ifadə edilən hərəkət etməmişdir. Çünki o, yaşadığı evə gəlmiş polisin çağırışı ilə polis orqanına getmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi şikayətin dəlillərinə uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişlər. Apellyasiya məhkəmə iclasına səlahiyyətli orqan vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Buna görə də məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikasının İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə ona görə təqsirli bilmişdir ki, o, ## #### 2026-cı il tarixdə ünvan 1 ünvanı qarşısında ictimai yerdə ucadan səs-küy salaraq mübahisə edib, ictimai qaydanı kobud şəkildə pozmuş, polisin qanuni tələblərinə tabe olmamışdır. İş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmiş əməllərlə bağlı Azərbaycan Respublikası İXM-in: - 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXMin 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq qiymətləndirdiyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqana şəxsən yazmaqla və məhkəməyə verdiyi izahatları, səlahiyyətli orqanın əməkdaşları Rəşan Şirinov və Elgün Dünyamalıyevin tərtib etdikləri raportlara (məhkəmə həmin izahatlar və raportların məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) əsaslanıb, iş üzrə səlahiyyətli orqanın tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola uyğun qaydada, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmişdir. Həmin nəticə işin faktiki hallarına uyğun olmaqla, qanuni və əsaslıdır. Bunun məntiqi nəticəsi olaraq, müdafiəçinin verdiyi şikayət əsassızdır. Azərbaycan Respublikası İXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün inzibati tənbehin təyin edilməsi zamanı nəzərə alınmalı olan qanunda göstərilən əsasların məcmu halında obyektiv şəkildə qiymətləndirilməsi tələb olunur. Eləcə də, inzibati tənbeh tətbiq edilərkən iş üzrə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh tədbiri xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub onun islah edilməsini və inzibati tənbehin digər məqsədlərini təmin edə bilsin. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, törətdiyi inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, törətdiyi inzibati xətaları səmimi etiraf edib törətdiyi əməllərindən peşman olmasından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alıb, Azərbaycan Respublikası İXM-in 21ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin olunması üçün həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünü 20 gün müddətə tətbiq edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Xəlilov İlkin Ələkbər oğlunun verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar