Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2500/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 23 (iyirmi üç) gün müddətə inzibati həbs edilməsinə dair Bakı şəhəri Binəqədi RayonMəhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 7-ci Polis şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs edilməsi, inzibati qaydada həbs müddətinin əvvəlinin ## #### 2026-cı ildən hesablanması qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını, ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həbsin müddətinin azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin nümayəndəsi və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçısının razılığı ilə şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısının fikirini dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ## #### 2026-cı il tarixli, AZA ****** nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə saat 17:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pulunun oğurlanmasına dair müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobildən sonuncunun 500 (be yüz) manat pulunu oğurlamaqla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Rayon Məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında zərərçəkmiş şəxsə 200 manat ödədiyini, ona vaxt veriləcəyi təqdirdə qalan 300 (üç yüz) manatı da ödəyəcəyini, himayəsində anası və 3 uşağının olmasını, uşaqlara onun baxdığını qeyd edib, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona 200 (iki yüz) manat pulun qaytarıldığını, lakin sonuncunun artıq 2-ci dəfədir ki, ona qarşı belə hərəkət etdiyini, bundan əvvəl 50 (əlli) dollar pulunu oğurladığını, sonuncu dəfə də onun təkidi ilə oteldə görüşmək üçün getdiyini, lakin sonuncu tərəfindən yenidən talamaya məruz qaldığını qeyd edib, şikayətçi olduğunu bildirmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə iş üzrə şahid və barəsində protokol tərtib edilmiş şəxs tərəfindən verilən etirafedici ifadələrlə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclas zalında zərərçəkmiş şəxs bildirmişdir ki, onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə əvvəllər də münasibəti olmuş, o zaman da onun 50 dollar məbləğində pulunu talamışdır. Axırıncı dəfə də özü görüşmək üçün təkid etmiş, o da görüşə razı olmuş, görüş üçün oteldə yer danışmağa gedərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun pulunun olduğu yeri gördüyündən onun maşında olmamasından istifadə edərək, pulu gizlin götürürək maşından qaçıb getmişdir. Götürlən məbləğ yüksək olduğundan, həm də artıq ikinci dəfə talamaya məruz qaldığından polisə şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclas zalında barəsində protokol tərtib edilmiş şəxs etdiyi əməli səməmi etiraf edərək peşiman olduğunu, qadın olmasını və himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə bildirir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumat əsasında bəlli olmuşdur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qaradağ Rayon Məhkəməsinin 1 (***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bu zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 1-ci maddəsi ilə 2 (iki) il 5 (üç) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs talama cinayətlərinə meyilli şəxs kimi dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş, bu zaman onun qadın olması nəzərə alınaraq azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Qeyd edilən faktlar isə onu təsdiq edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməllərə görə ona təyin edilmiş cəzalardan nəticə çıxarmamış, məhkəmənin hərə dəfə ona olan humanist mövqeyindən sui-istifadə etmişdir. Onu da qeyd etmək lazımdır ki, barəsində protokol tərtib edilən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində 3 azyaşlı uşağının olduğunu bildirsə də elektron məhkəmə informasiya sistemindən müəyyən edilmişdir ki, sonuncunun övladları yoxdur. Qeyd edilən ziddiyətli hala Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs belə aydınlıq gətirmişdir ki, uşaqlar anasının adı və himayəsindədir, özü Bakı şəhərində müvəqqəti yaşasa da anası rayonda yaşamaqdadır. Qeyd edilən hallar isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirir və onun məhkəmədə verdiyi ifadələr məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşımaqdadır. Məhkəmə onu da bildirmək istəyir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətinə münasibətdə qeyd etmişdir ki, şəxsin talamaya meyilli olması, barəsində tətbiq olunan cəzalardan islah olunmaması, törətdiyi inzibati xətanın xarakteri, vurulmuş ziyanın tam şəkildə ödənilməməsi və zərərçəkmiş şəxsin şikayətçi olması kimi hallar nəzərə alınmalıdır. Bununla da, məhkəmə hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq etmişdir. Belə ki, daha ağır inzibati tənbeh tədbiri o zaman tətbiq edilir ki, digər inzibati tənbehlər vasitəsi ilə qarşıya qoyulan məqsədə nail olmaq mümkün olmasın. Birinci instansiya məhkəməsinin mövqeyini bu baxımdan əsaslı hesab etmək olar. Həmçinin, tənbeh tədbiri təyin edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir) nəzərə alınmışdır. Zərərçəkmiş şəxsin şikayətçi olması da nəzərə alınmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, apellyasiya instansiya məhkəməsi belə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, barəsində inzibati həbs növündə tənbeh tətbiq etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2500/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2500/2026
04.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver