Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2503/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2, Sadıxov Çingiz Elbrus oğlunun katibliyi Qərarından şikayət verilən orqan nümayəndəsi X1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qərardan şikayət verən orqan (şəxs)Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmsəi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Gültəkin Əsədova) Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Qərardan, Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Vəkil şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) əməlində İXM-nin 575.1.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın, ümumiyyətlə İXM-in heç bir maddəsinin tərkib əlamətləri mövcud deyil. X3 Respublikasının vətəndaşı Qərardan şikayət verən orqan (şəxs)Hollandiya Respublikasının VDL Agrotech şirkətinin rəsmi işçisidir. İşlədiyi şirkətin Azərbaycan Respublikasında müştərilərindən biri də Hicaz şirkətidir. Həmin şirkətlə VDL Agrotech şirkətinin işgüzar əlaqələrin olması səbəbindən turist olaraq ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikasına səfər edərək Bakı şəhərini və Hicaz şirkətinin fəaliyyət göstərdiyi əraziləri gəzməyə başlamışdır. Məqsədi də o olmuşdur ki, həmin ərazilərin təbiətini yaxından görsün, eyni zamanda gələcəkdə tərəfindən qeyd olunan ərazilərdə hər hansısa layihəyə investisiya qoyulub-qoyulmamasını dəyərləndirsin. ##.##.2026cı il tarixdə Zəngilan rayonu, Ağalı kəndində otelə yerləşmiş, bir müddət oteldə qalandan sonra ##.##.2026-cı il tarixdə ona məlum olmuşdur ki, otelin portala çıxışı olmadığı üçün otelin səlahiyyətli şəxsi şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə- anketi sistemə daxil edə bilməmişdir. Bundan sonra dərhal özü olduğu yer üzrə qeydiyyata alınma haqqında məktub və teleqram ilə Miqrasiya Xidmətinə müraciət etmişdir. Qərardan şikayət verən orqan (şəxs)bildirir ki, ##.##.2026-cı il tarixdə saat 16-17 radələrındə Cəbrayıl rayonu ərazisində olarkən Yevlax regional miqrasiya idarəsinin 2 nəfər əməkdaşı onu məcburi avtomobilə mindirərək idarəyə aparıblar. Daha doğrusu Yevlax regional miqrasiya idarəsinin əməkdaşları ona yaxınlaşaraq idarəyə getməli olduğunu bildirmişlər, o sənədini təqdim etsə də yenə də idarəyə getməli olduğunu bildirmişlər. Qərardan şikayət verən orqan (şəxs)deyəndə ki, “gedin, mən də tanışımın avtomobili ilə arxanızca gəlim”, əməkdaşlar onunla razılaşmayaraq söyləyiblər ki, mütləq şəkildə onların avtomobili ilə getməlidir. Yolda olarkən məcburi şəkildə telefonunu əlindən alaraq icazəsi olmadan bütün şəxsi fayllarına baxış keçirdiblər. Sonra idarəyə gəlmişlər və ondan izahat alınıb. Qərardan şikayət verən orqan (şəxs)onlara ərəb və fransız dillərini bilməsini, ingilis dilində demək olar ki, bilmədiyini söyləmiş, lakin onlar ərəb və fransız dilləri bilən yox, ingilis dilini bilən tərcüməçi vermişdirlər. Ona görə də izahatda onun adından nə yazıldığını bilmir. Sonradan məlum olmuşdur ki, Dövlət Miqrasiya Xidmətinin ##.##.2026-cı il tarixli, ******* nömrəli qərarı ilə 300 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərar əsassız və qanunsuzdur. Çünki, olduğu yer üzrə qeydiyyata alınma haqqında ərizəni otel təqdim etməli olduğu halda edə bilmədiyi üçün o özü üzrlü səbəbdən ##.##.2026cı il tarixdə Miqrasiya Xidmətinə müraciət etmişdir. Bu səbəbdən də onun əməlində qəsd, daha doğrusu subyektiv cəhət yaranmır. Diqqətə çatdırılası digər məqam ondan ibarətdir ki, Qərardan şikayət verən orqan (şəxs)Respublikaya daxil olduğu günün 16-cı günü qeydiyyata alınma haqqında ərizə ilə Miqrasiya Xidmətinə müraciət etmiş, o qanunda nəzərdə tutulan müddətdən cəmi 1 gün gecikmişdir ki, bunun da səbəbi ondan asılı olmamışdır. Bu isə o deməkdir ki, hər bir halda Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətmək məqsədi olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli şəkildə araşdırıb qeyd edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayəti təmin edilməməli, lakin inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı və ##.##.2026-cı il tarixli, 3(5-97)- 3312/2026 işin icraata qəbul edilməsi qərardadı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs)##.##.2026-cı il tarixdən Azərbaycan Respublikasında qeydiyyatsız yaşamasına təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi nəticəsində 300 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, X3 Respublikasının vətəndaşı Qərardan şikayət verən orqan (şəxs)##.##.2026-cı il tarixdə Azərbaycan Respublikasına giriş etmiş, Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənəd əldə etmək üçün isə Qərarından şikayət verilən orqan 15 gündən gec müddətdə (##.##.2026-cı il tarix, saat 14:59:33 radələrində) müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız yaşamasına əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin maddənin 21.2-ci bəndinə əsasən bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İş materiallarına əlavə edilmiş Qərarından şikayət verilən orqanin Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən tərtib olunmuş protokoldan görünür ki, Zəngilan Rayonunun Ağalı kəndində yerləşən “Ağalı” otelinin müdriyyəti qismində İmamhüseynov Emil Bilal oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.3-cü maddəsinə əsasən tənbeh edilmişdir. İş materialları ilə müəyyən olunur ki, Qərardan şikayət verən orqan (şəxs)tərəfindən törədilməsi ehtimal edilən inzibati xətanın baş verdiyi tarix ##.##.2026-cı il tarixidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin tarixdə Zəngilan rayonunun Ağalı kəndinin ərazisində olmuş və orada olan “Ağalı” otelində ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində qeydiyyata düşmədiyinə görə onun barəsində Qərarından şikayət verilən orqanin Yevlax Regional Miqrasiya İdarəsi tərəfindən protokol tərtib olunmuşdur. Məhkəmə Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta hadisəsinin olubolmasına münasibət bildirməkdən çəkinərək qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəmələrində iştirak edən Dövlət Miqrasiya Xidmətininin nümayəndəsi tərəfindən inzibati xəta hadisəsinin Zəngilan rayonu Ağalı kəndi ərazisində törədilməsi bildirilmişdir. Göründüyü kimi ehtimal edilən inzibati xəta hadisəsi Zəngilan rayonu ərazində törədilməklə başa çatmış və bu inzibati xəta hadisəsinin Bakı şəhəri Nərimanov rayonuna heç bir aidiyyəti olmamışdır. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin də inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması ilə bağlı vəsatəti və bununla bağlı məhkəmənin icraata qəbul qərardadında qeyd mövcud olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 112.4-cü maddəsinə əsasən isə inzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyəti pozulduqda eyni Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi müəyyən edilmişdir. İnzibati xətalar haqqında işlər üzrə icraatda inzibati xətanın törədildiyi yerin və bununla bağlı ərazi üzrə məhkəmə aidiyyətinə müəyyən edilməsi və bu tələblərə əməl edilməsi vacibliyi ondan irəli gəlir ki, ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı qeyri-müəyyənlik məhkəmə tərəfindən inzibati tənbehin verilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində müəyyən edilmiş müddətlərin ötürülməsinə səbəb ola bilər. Məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il ## ##### tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il ## ###### tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il ## #### tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Göründüyü kimi birinci instansiya məhkəməsi kimi işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.1-ci maddəsi ilə təqsirli bilərək barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə aidiyyəti qaydalarına əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, materialdan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-2-ci maddəsinin tələblərinə əməl olunmayaraq məhkəmə aidiyyətinin pozulmasına yol verilmişdir ki, bu da məhkəmənin qərarının ləğv edilməsinə əsas verir. Qeyd olunan əsasla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı və ##.##.2026-cı il tarixli, 3(5-97)-3312/2026 işin icraata qəbul edilməsi qərardadı ləğv edilməli, hazırkı inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L İ R: Verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı və ##.##.2026-cı il tarixli, 3(5-97)-3312/2026 işin icraata qəbul edilməsi qərardadı ləğv edilsin. İnzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2503/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2503/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver