Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2505/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Nərimanov Rayon Polis İdarəsinin rəisi, R Arzu Heydərov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Dövlət Yol Polisi İdarəsi tərəfindən barəmdə qəbul edilmiş 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verir. Qeyd olunur ki, həmin hadisə ilə bağlı inzibati orqanın əvvəlki qərarı məhkəmə tərəfindən ləğv edilmiş və iş yenidən araşdırılması üçün inzibati orqana qaytarılmışdır. Lakin inzibati orqan tərəfindən işə yenidən baxılarkən heç bir yeni sübut təqdim edilmədən, eyni faktlar əsasında yenidən inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında onun nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyini təsdiq edən heç bir obyektiv sübut mövcud deyildir. Belə ki, saxlanılan zaman o nəqliyyat vasitəsini idarə etməmiş, sərnişin olmuş, iş üzrə şahid ifadələri təqdim edilməmişdir; texniki vasitələrdən istifadə olunmasına dair sübutlar mövcud deyildir; sənədlər arasında vaxt və hallar üzrə ziddiyyətlər mövcuddur. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən şəxsin təqsiri yalnız kifayət qədər və mötəbər sübutlarla təsdiq oluna bilər. Mövcud halda isə belə sübutlar yoxdur və şübhələr aradan qaldırılmamışdır. Odur ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Nərimanov Rayon Polis İdarəsinin rəisi, R Arzu Heydərov apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş, iş üzrə faktiki hallar məhkəmə tərəfindən tam və obyektiv araşdırılmamış, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymətverilməmişdir. Belə ki, məhkəmə əvvəlki məhkəmə qərarını düzgün qiymətləndirməmiş və həmin qərarın icra edilmədiyini hesab etmişdir. Halbuki, iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Nərimanov Rayon Dövlət X1 əvvəlki inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş yenidən baxılması üçün inzibati orqana göndərilmişdir. Əvvəlki məhkəmə qərarı ilə inzibati xəta hadisəsinin baş vermədiyi və ya Qərardan şikayət verən orqan (şəxs) təqsirsiz olduğu müəyyən edilməmişdir. Məhkəmə yalnız inzibati icraat zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə işi yenidən baxılması üçün Nərimanov Rayon DYPŞ-ə qaytarmışdır. Nərimanov rayon DYPŞ isə, iş materiallarında olan sübutları yenidən qiymətləndirməklə və nöqsanları aradan qaldırmaqla yenidən qərar qəbul etmişdir. Həmçinin məhkəmə iş materiallarında olan sübutlann məcmusuna düzgün hüquqi qiymət verməmişdir. İnzibati xəta haqqında protokol, inzibati tənbeh vermə haqqında qərar, "Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında" ## ####### 2025-ci il tarixli protokol, ##.##.2025-ci il tarixli sərxoşluq vəziyyətini təyin edən texnikanın qəbzi və Qərardan şikayət verən orqan (şəxs) spirtli içki qəbul etdiyinə dair öz əlyazması onun tərəfindən inzibati xəta törədildiyini kifayət qədər sübuta yetirir. Məhkəmə həmin sübutları ayrı-ayrılıqda sadalasa da, onların qarşılıqlı əlaqəsini qiymətləndirməmiş, hansı səbəbdən mötəbər hesab edilmədiyini hüquqi cəhətdən əsaslandırmamışdır. Belə ki, həmin sübutların qarşılıqlı şəkildə qiymətləndirilməsi Qərardan şikayət verən orqan (şəxs) sərxoş olduğunu və inzibati xəta törətdiyini sübuta yetirir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası şəxsin təqsiri sübut edilmədikdə tətbiq olunur. Hazırkı iş üzrə isə, qeyd olunan sübutlarla Qərardan şikayət verən orqan (şəxs) təqsiri sübuta yetirilmişdir. Üstəlik, Qərardan şikayət verən orqan (şəxs) öz əlyazması ilə də, spirtli içki qəbul etdiyini və bir daha spirtli içki qəbul edərək nəqliyyatvasitəsini idarə etməyəcəyinə söz verdiyini qeyd etmişdir. Belə olan halda, ona münasibətdə təqsirsizlik prezumpsiyası tətbiq ediləbilməz. Məhkəmə isə, iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) təqsiri sübuta yetirildiyi halda, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə istinad edərək Qərardan şikayət verən orqan (şəxs) təqsirsiz olduğunu hesab etmişdir ki, bu da işin faktiki hallarına, sübutlara və qanunvericiliyin tələblərinə ziddir. Məhkəmənin heç bir əsas olmadan qərarın sübuta yetirilmədiyini hesab etməsi isə əsassız və qanunsuzdur. Nümayəndənin iştirak etməməsi iş materiallarında olan rəsmi və mötəbər sübutların (sərxoşluq vəziyyətini təyin edən texnikanın qəbzi, şəxsin öz etirafı) hüquqi qüvvəsini itirməsinə səbəb olmur və məhkəmə sadəcə nümayəndə iclasda iştirak etmədiyi üçün həmin sübutların Qərardan şikayət verən orqan (şəxs) təqsirini sübuta yetirmədiyini hesab edə bilməz. İş materiallarında mövcud olan sübutlar məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv qiymətləndirilməli idi. Birinci instansiya məhkəməsi isə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmək əvəzinə, nümayəndənin iştirak etməməsini qərarın ləğv edilməsinin əsaslarından biri kimi qəbul etmişdir ki, bu da İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun deyildir. Eyni zamanda, məhkəmə qərarında sənədlərdə vaxt fərqlərinin mövcudluğu göstərilmişdir. Sərxoşluq vəziyyətini təyin edən texnikada texniki səhv olduğundan, həmin texnikanın qəbzində vaxt 14:16 kimi göstərilsə də, əslində, inzibati xəta 01:30 radələrində törədilmiş və eyni radələrdə sərxoşluq vəziyyətini təyin edən texnikanın vasitəsilə Qərardan şikayət verən orqan (şəxs) spirtli içki içdiyi müəyyən olunmuşdur. Sadəcə, sərxoşluq vəziyyətini təyin edən texnikada yaranmış texniki yanlışlığa görə saat texniki səhv olaraq 14:16 yazılmışdır. Halbuki, qəbz əslində saat 01:30 radələrində əldə edilmişdir. Belə ki, iş materiallarında olan digər sübutlar Qərardan şikayət verən orqan (şəxs) təqsirini sübuta yetirir, belə olan halda, sadəcə sənədlərdə texniki səhvə görə vaxt fərqinin olması əsası ilə digər sübutları heçə sayaraq, qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsi tamamilə qanuna ziddir. Çünki həmin vaxt fərqləri sadəcə texniki səhvdir. Məhkəmə isə yalnız ayrı-ayrı sənədlərdə göstərilən vaxt fərqlərinə istinad etməklə bütün digər sübutların əsassız olduğunu hesab etmişdir. Bu da iş üzrə sübutların məcmu halında qiymətləndirilməsinə bağlı qanunvericiliyin normalarına ziddir. Beləliklə, qanunvericiliyin tələblərinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi olmadığı halda, məhkəmə sadəcə vaxt fərqi olmasını əsas götürərək digər sübutlara əvvəlcədən hüquqi qiymət vermiş və təqsiri sübuta yetirmədiyini hesab etmişdir. Halbuki, sənədlərdə göstərilən vaxt fərqi sadəcə texniki səhvdir və iş materiallarının məcmusu ilə müqayisədə inzibati xəta hadisəsini təkzib edən hal hesab edilə bilməz və texniki səhvə görə vaxt uyğunsuzluğu digər sübutlan etibarsız hesab etmək üçün kifayət edən əsas deyildir. Qərardan şikayət verən orqan (şəxs) inzibati xətanın törədilməsində təqsirli olmuş, iş materiallarında olan sübutlar, təqsirini etiraf etdiyinə dair öz əlyazması, sərxoşluq vəziyyətini təyin edən texnikanın qəbzi və digər dəlillər da bu faktı təsdiq etmişdir. Belə olan halda, Qərardan şikayət verən orqan (şəxs) təqsiri sübuta yetirildiyindən, sənədlərdə qeyd olunan vaxt fərqi sadəcə texniki səhv olduğundan və Nərimanov rayon DYPŞnin qərarının ləğv olunması və iş üzrə icraata xitam verilməsi üçün qanunla nəzəndə tutulan əsaslar olmadığından hesab edirəm ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) İXM 333.1 və 327.7-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə iclasında, inzibati orqanın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayətə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli Qərarında İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalarını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biridir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin l-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixində inzibati pozuntu törətmiş və ##.##.2025-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.7-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə saat 14:20-də “MERCEDES BENZ C300” minik markalı **-TP-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə və Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327- 1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2– 346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.7-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir Həmin inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən məhkəməyə şikayət verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən şikayət qismən təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 327.7ci maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Nərimanov Rayon Dövlət Yol Polis İdarəsinin ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin orqana göndərilmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Nərimanov Rayon Dövlət X1 əvvəlki inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş yenidən baxılması üçün inzibati orqana göndərməklə inzibati xəta hadisəsinin baş vermədiyi və ya Qərardan şikayət verən orqan (şəxs) təqsirsiz olduğu müəyyən etməmiş, həmin qərarla məhkəmə yalnız inzibati icraat zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə işi yenidən baxılması üçün Nərimanov Rayon DYPŞ-yə qaytarmışdır. Nərimanov Rayon Dövlət X1 qeyd olunan hallarla bağlı sübutları yenidən qiymətləndirməklə inzibati xəta hadisəsinin baş verdiyi qənaətinə gəlmiş və Qərardan şikayət verən orqan (şəxs) tətbiq edilmiş inzibati tənbehi qüvvədə saxlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Nərimanov Rayon DYPŞ-nin qərarından verilən təkrar şikayətlə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi inzibati xəta ilə bağlı şəxsin təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gəlib iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edərkən bu qərarını onunla əsaslandırmışdır ki, “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ## ####### 2025-ci il tarixli protokolda sərxoşluq vəziyyətini təyin edən texnika ilə spirtli içkinin qəbul edilməsi faktı həmin gün saat 01:30-da müəyyən edilmiş, lakin həmin texnikanın qəbzindən görünür ki, ölçnə ##.##.2025-ci il tarixdə saat 14:16da aparılmışdır. Belə ki, iş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ## ####### 2025-ci il tarixli protokolda görünür ki, Qərardan şikayət verən orqan (şəxs) sərxoşluq vəziyyətini təyin edən texnika ilə yoxlanılmış və ## ####### 2025-ci il tarixdə, saat 01:30 radələrində onun spritli içki qəbul etdiyi müəyyən olunmuşdur. Özü tərəfindən həmin protokola spirtli içki qəbul etdiyi və bir daha spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə etməyəcəyinə söz verdiyi qeyd etmişdir. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) alkoqolun miqdarı həmin gün saat 14:16-da 0,340 faiz olmuşdur. İş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hadisənin ##.##.2025-ci il tarixdə gecə saatlarında baş verməsi mübahisələndirilməmiş, mübahisə sükan arxasında olması və sərxoş halda olması ilə bağlı olmuşdur. Həmçinin Qərardan şikayət verən orqan (şəxs) alkoqol sərxoşluğunun müəyyən edilməsinə dair texniki vasitənin bir mənalı olaraq istifadə edilməməsi deyil, istifadə edilməsinə dair sübutların mövcud olmamasına istinad etmişdir. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) ## ####### 2025-ci il tarixdə, saat 01:30 radələrində DYP əməkdaşı tərəfindən saxlanılması işin mübahisəsiz halıdır. Texniki vasitənin istifadə edilməsinə dair isə sübutların mövcud olmaması göstərilmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ## ####### 2025-ci il tarixli protokoldan həmçinin görünür ki, Qərardan şikayət verən orqan (şəxs) özü tərəfindən həmin protokol imzası ilə təsdiq olunmuş, spirtli içki qəbul etdiyi və bir daha spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə etməyəcəyi qeyd olunmuşdur. Səlahiyyətli orqan apellyasiya şikayətində “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ## ####### 2025-ci il tarixli protokolun tərtib edildiyi vaxt ilə texniki vasitə, inzibati xəta haqqında protokol və qərarın arasıda olan vaxt ziddiyyətini texniki səbəblə izah etmişdir. Hər halda ilkin sübut, yəni “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ## ####### 2025-ci il tarixli protokol ilə sürücünün saxlanılması və yoxlamanın aparılmasını ##.##.2025-ci il saat 01:30 kimi müəyyən edir. Səlahiyyətli orqanın məhkəməyə təqdim etdiyi, texniki vasitənin saxlanılma vaxtına uyğun, arxiv yaddaşından bərpa edilmiş göstərici ilə müəyyən olunur ki, “**TP***” dövlət qeydiyyat nişanlı “Nağıyev” soyadlı sürücünün idarə etdiyi avtomobil “Şamxal” adlı, “1909” nömrəli Nərimanov DYPŞ-nin əməkdaşı olan operator tərəfindən Nərimanov rayonu ərazisində saxlanılaraq ##.##.2025-ci il tarixdə, saat 01:18-də yoxlama aparılmış və alkoqolun miqdarı kimi 0,387 faiz olması müəyyən edilmişdir. Göründüyü kimi “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ## ####### 2025-ci il tarixli protokol ilə, şəxsin özünün əlyazma ilə protokolda yazdığı qeyd ilə və texniki vasitənin göstəricisi ilə inzibati xətanın baş verməsi və sürücü Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” # ### 2019-cu il tarixli Qərarı ilə müəyyən edilmiş hüquqi mövgeyə uyğundur. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarla müəyyən etdiyi hüquqi mövgeyə görə inzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib olunmasının qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələblərinə uygun tərtib edilib-edilmədiyini yoxlayır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və s. Qeyd olunan maddələrin təhlilindən belə qənaətə gəlmək olar ki, protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Odur ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri iş materiallarına və onun faktiki hallarına uyğun hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv olunmalı və Nərimanov rayon DYPŞ-nin Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.7 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilməsi haqqında ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nərimanov Rayon Polis İdarəsinin rəisi, R Arzu Heydərov tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2505/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2505/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver