Məhkəmə qərarları › İş №3(3-6)-2507/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2507/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2507/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi – “Alyans” Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Hüquq idarəsinin rəis müavini Tamerlan Məlikli İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Zəfər Ramazanov) şikayət təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. X5 Xidmətinin Hüquq İdarəsinin rəis müavini Tamerlan Məlikli məhkəmənin həmin qərarından şikayət verərək, qərarın ləğv edilməsi və X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hadisə barədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat verilməməsi və gizlədilməsi onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib hissəsi yaranır və məlumat verənədək inzibati xəta uzanmış hesab olunur. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilən hüquq pozuntusu uzanan inzibati xəta hesab olunduğu üçün hadisənin ##.##.2026-cı il tarixdə baş verməsinə baxmayaraq inzibati xəta hadisəsi onun işəgötürən vəzifəsini icra etdiyi dövr ərzində də törədilməkdə davam etmişdir. Bu səbəbdən inzibati məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın aşkara çıxarıldığı gündən hesablanmaldır. Belə olan halda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsinə əsaslanaraq iş üzrə icraata xitam verməsi hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını təsdiq edir və qəbul edilən qərarın ləğv edilməsi üçün əsas hesab edilir. Uzanan inzibati xətanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində birbaşa öz əksini tapması təsadüfi deyil və həmin maddəyə səthi yanaşıla bilməz. Məhz həmin maddənin mövcudluğu insanların hüquq və azadlıqların bərpası üçün tədbirlərin görülməsinə və inzibati xəta hadisəsini törədən şəxslərin qanun qarşısında cavab verməsinə əsas yaradır. Sadalanan hallar İnzibati Xətalar Məcəlləsinin prinsip və məqsədlərinə tam uyğundur. Odur ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində göstərilən hüquq pozuntusunun törədilməsinə görə inzibati məsuliyyətə cəlbetmə müddəti uzanan inzibati xətaya münasibətdə heç bir halda müddət keçməmiş, Xidmətin Bakı şəhər İdarəsi tərəfindən qərar bütün normalara əməl edilərək qəbul edilmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X6 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi X2 şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə, şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X1” MMC-nin işçisi Cavadova İlhamə İsmayıl qızının ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən DƏMX-ə bədbəxt hadisə baş verən gün məlumat verilməmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, “X1” MMC-nin işçisi Cavadova İlhamə İsmayıl qızının ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən DƏMX-ə bədbəxt hadisə baş verən gün məlumat verilməmişdir. Nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1200 (bir min iki yüz) manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, X5 Xidmətinin ##.##.2026-ci il tarixli *-**-*/*-*-***/**** nömrəli əmri ilə (əmrin surəti əlavə olunur) yaradılmış komissiya tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına əsasən Cavadova İlhamə İsmayıl qızının ##.##.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur (217.1). Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır (217.2). Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır (217.4). Normanların mənasından göründüyü kimi, işəgötürən istehsalatda baş vermiş bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İXM-in 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməli təqsirin qəsd forması ilə törədilir, yəni inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etməli, onun zərərli nəticələrini qabaqcadan görməli və bunları arzu etməli, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməlidir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə xətanın ##.##.2025-ci il tarixdə törədilməsini, inzibati xəta haqqında protokolun ##.##.2026-cı il tarixdə tərtib edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ##.##.2026-cı il tarixdə qəbul edilməsini, şikayətin məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmasını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bu yanaşmasını qanuni və əsaslı hesab edərək qeyd edir ki, burada inzibati xətanın törədilməsi əməli uzanan xəta hesab edilmir və bədbəxt hadisənin baş verdiyi gün işə götürən tərəfindən bu hadisə barədə müvafiq dövlət orqanına məlumat verilməməsi əməlin bitməsi ilə nəticələnir və inzibati xətanın törədilməsi müddətinin axımı həmin gündən başlayır. Məhkəmə eyni zamanda diqqət yetirir ki, burada bədbəxt hadisənin gizlədilməsi deyil, bu hadisə barədə məlumat verilməməsi baş vermişdir. Çünki inzibati xətaya dair tərtib olunmuş protokolda da məhz bədbəxt hadisə barədə işəgötürən tərəfindən məlumat verilməməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda qeyd olunan normaların əlaqəli təhlilindən görünür ki, inzibati xətalara dair işlər üzrə obyektiv nəticəyə gəlmək, qanuni və əsaslı qərarları qəbul etmək, bir sözlə İXM-in 2 və 48ci maddələri ilə qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə nail olmaq üçün iş üzrə bütün sübutlar əldə edilməli və İXM-in 84.1-ci maddəsinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) şikayəti əsasında onun barəsində olan inzibati xəta haqqında material əsasında düzgün olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar