Məhkəmə qərarları › İş №3(3-6)-2510/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2510/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2510/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi ilə, Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətinin rədd edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kosayev Tariyel Hüseyn oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli (hakim Anar İbadzadə) qərardadı ilə Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə Qərardan şikayət verən orqan (şəxs) vəsatəti rədd edilmişdir. Həmin qərardaddan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verib birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və materialın mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, protokol tərtib edildikdən sonra o, hüquqlarını müdafiə etmək məqsədilə ilk növbədə aidiyyəti yol polisi orqanına qanunvericiliyə uyğun qaydada şikayət etmişdir. Hesab edirmiş ki, dövlət orqanı müraciətini obyektiv araşdıracaq və qanuni qərar qəbul edəcək. Bu səbəbdən həmin müraciət üzrə rəsmi cavabı gözləmişdir. Yol polisi orqanının cavabını aldıqdan dərhal sonra məhkəməyə müraciət etmiş, eyni zamanda şikayət vermə müddətinin bərpasını xahiş etmişdir. Bu fakt açıq şəkildə göstərir ki, o hüquqlarının müdafiəsi üçün passiv davranmamışdır. Əksinə qanunla nəzərdə tutulmuş müdafiə vasitələrindən istifadə etmiş və hüquqlarını vicdanla qorumağa çalışmışdır. Müddətin buraxılması hüquqa etinasız münasibətdən deyil, dövlət orqanının müraciətinə verəcəyi cavabı gözləməyimdən irəli gəlmişdir. Birinci instansiya məhkəməsi isə yalnız formal olaraq 20 günlük müddətin ötürüldüyünə istinad etmiş, lakin müddətin buraxılmasının səbəblərini, onun vicdanlı davranışını və işin konkret hallarını lazımi qaydada qiymətləndirməmişdir. Məhkəmə yalnız prosessual müddətin keçməsinə əsaslanmış, lakin bu müddətin hansı səbəbdən buraxıldığını, onun hüquqlarını müdafiə etmək üçün fasiləsiz fəaliyyət göstərdiyini və məhkəməyə müraciət etmək niyyətindən heç vaxt imtina etmədiyini nəzərə almamışdır. Belə yanaşma həddindən artıq formal xarakter daşıyır və ədalətli məhkəmə araşdırmasının məqsədinə uyğun deyildir. Məhkəmə prosessual normaları tətbiq edərkən proporsionallıq prinsipini də nəzərə almalı idi. Onun yol polisi orqanına vaxtında müraciət etməsi hüquqlarını müdafiə etmək niyyətində olduğunu sübut edir. Belə şəraitdə yalnız 20 günlük müddətin formal keçməsinə istinad edilməklə işin mahiyyəti üzrə araşdırılmaması onun məhkəməyə çıxış hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılması ilə nəticələnmişdir. Nəticə etibarilə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan, hüquqlarının müdafiəsinə üstünlük vermədən və prosessual normaları həddindən artıq formal tətbiq etməklə qanunsuz qərar qəbul etmişdir. Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi nümayəndə1 etiraz təqdim edərək, hazırkı iş üzrə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2026cı il tarixdə inzibati cərimə ödənildiyini və bununla da inzibati xəta haqqında qərarın icra edildiyini bildirmiş, işə iştirakları olmadan baxılmasını və şikayətin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə əmin şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər İXM-nin 130-cu maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, ##.##.2026cı il tarixli, TP ******* saylı qərarından şikayət verilməsi müddətinin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən üzrlü səbəblərdən buraxılmasına əsaslar müəyyən edilmədiyinə görə şikayət verilməsi müddətinin bərpa edilməsi barədə vəsatət rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı qərarın surətinin ## #### 2026-cı il tarixdə ona təqdim edildiyini qeyd etsə də, lakin vəsatətinə barəsində qəbul edilmiş qərarın surətini rəsmi olaraq qeyd etdiyi tarixdə almasına, bununla da inzibati xəta haqqında iş üzrə qərardan qanunvericilikdə müəyyən edilmiş 20 gün ərzində şikayət verdiyinə dair vəsatətinə hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Məhkəmə şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərinə uyğun olaraq yekun nəticəyə gəlmiş və heç bir pozuntuya yol verməmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə Qərardan şikayət verən orqan (şəxs) vəsatətinin rədd edilməsinə dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar