Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2517/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X41 Xidmətinin ## ###### 2025-cı il tarixli, MN ******* saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Bakı şəhər Nəsimi rayon məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X41 Xidmətinin ## ###### 2025-cı il tarixli, MN ******* saylı qərarından şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026 -cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X41 Xidmətinin ## ###### 2025-cı il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanımışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026 -cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) (VÖEN: **********) vəzifəli şəxsi - direktoru olaraq barəmdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) yanında X41 Xidməti (bundan sonra - Xidmət) tərəfindən ##.##.2025-ci il tarixli MN******* nömrəli “Əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında" elektron qərar qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Sözügedən qərara əsasən, Xidmət tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılan təhlillər zamanı əldə edilmiş məlumatlar əsasında məlum olmuşdur ki, Cəmiyyətin işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi üzrə müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanması təmin edilmədiyindən Cəmiyyətin direktoru olaraq (vəzifəli şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - AR İXM) 469-1-ci maddəsi ilə (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin edilməməsi) təqsirli bilinərək barəmdə Xidmət tərəfindən sözügedən elektron qərar qəbul edilmişdir. Bununla bağlı tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə Xidmətin sözügedən qərarından şikayət verilmiş, həmin məhkəmənin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli Qərarı ilə şikayətim təmin edilməmiş və Xidmətin ## ###### 2025-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Qərarında "inzibati icraat aparılan şəxs tərəfindən bununun əksini sübut edən sənəd təqdim edilməmişdir" şəklində tamamilə həqiqətə uyğun olmayan nəticəyə gəlmişdir. Lakin, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyim şikayət ərizəsində bütün bu hallar öz əksini tapmış və şikayət ərizəsinə “xxxx“ ASC ilə bağlanmış ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixli sığorta müqavilələrinin illik qoşmalarının əlavələri rəsmi sübut kimi əlavə olunmuşdur. Məhkəmə bu mötəbər yazılı sübutları tamamilə görməzdən gəlmiş, Xidmətin qanunsuz və əsassız qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Həmçinin səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026 -cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Qərarından şikayət verilən orqan ## ###### 2025-ci il tarixli, MN ******* saylı qərarına əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (VÖEN: **********) İlkin Məmmədov Vəfadar oğlu, X14, İsa Qurbanov Bəyalı oğlu, X15, Nicat İsmayılov Xamis oğlu, Anar Məmmədov İlqar oğlu, X2, Mahir İsayev Alik oğlu, X16, X3, Orxan Ağaliyev Fərazi oğlu, X17, X4, İlqar Lətifov Məzahir oğlu, Kərəm İbrahimov Musa oğlu, X51, X5, X32, X10, X11, X19, X20, X21, X28, X33, X22, X6, X42, X7, X12, X34, X62, X29, X13, X43, Vüqar Zeynalov İxtiyar oğlu, İncilab Mustafayev Aydın oğlu, X52, X26 arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamış, buna görə Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi üzrə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin İ hissəsinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər ("Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla); istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar: Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Beləliklə müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) "xxxx” MMC- nin direktoru kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X41 Xidməti tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN ******* saylı qərara əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (VÖEN: **********) İlkin Məmmədov Vəfadar oğlu, X14, İsa Qurbanov Bəyalı oğlu, X15, Nicat İsmayılov Xamis oğlu, Anar Məmmədov İlqar oğlu, X2, Mahir İsayev Alik oğlu, X16, X3, Orxan Ağaliyev Fərazi oğlu, X17, X4, İlqar Lətifov Məzahir oğlu, Kərəm İbrahimov Musa oğlu, X51, X5, X32, X10, X11, X19, X20, X21, X28, X33, X22, X6, X42, X7, X12, X34, X62, X29, X13, X43, Vüqar Zeynalov İxtiyar oğlu, İncilab Mustafayev Aydın oğlu, X52, X26 arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə edilmişdir. Şikayət vermiş şəxs barəsində qəbul edilmiş qərarın əsassız olduğunu, həmin işçilər ƏMAS alt sisteminə üzrə məlumatlar 2025-ci ilin iyul, avqust ayında elektron informasiya sisteminə daxil edilsə də, yalnız 2025-ci ilin oktyabr ayında İcbari Sığorta Bürosu tərəfindən tam inteqrasiya olunduğunu, baş vermiş gecikmənin sırf texniki xarakter daşıdığını, işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlərin vaxtında görüldüyünü qeyd etsə də, müəyyən olunur ki, İlkin Məmmədov Vəfadar oğlu və digərlərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından vaxtında icbari sığortalanmamışdır. Eyni zamanda barəsində inzibati icraat aparılan şəxs tərəfindən bununun əksini sübut edən sənəd təqdim edilməmişdir. Belə olan halda “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) əməlində İnzibati Xətalar Məcəlləsinin 469- 1-ci maddəsinin tərkib əlamətləri olduğundan, barəsində düzgün olaraq həmin maddə üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, daha sonra bağlanılmış icbari sığorta müqaviləsinin bağlanılması özü-özlüyündə inzibati xətanın mövcudluğunu aradan qaldırmır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026 -cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X41 Xidmətinin ## ###### 2025-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026 -cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2517/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2517/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver