Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2518/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, Məhkəmə iclas katibi X10, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X42 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi Abşeron Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh olunması haqqında inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından apellyasiya qaydasında verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X42 Xidməti tərəfindən qəbul olunmuş ## ###### 2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, işçilər - X11, X17, X18, X48, X12, X29, X30, X43, X4, X2, X49, X8, X31, X19, X50, X13, X20, X32, X21, X56, X33, X22 və X5 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması nəticəsində işəgötürən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ## ###### 2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Ə.Tağıyev) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmişdir. Qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə sözügedən sığortalanmama halı mövcud olmamışdır. Qərarda göstərilən şəxslərlə tərəf arasında əmək müqavilələri 2025-ci ilin noyabr-dekabr aylarında bağlanmış və həmin ilin dekabr ayında sığortalanma prosesi tam həcmdə Paşa Həyat Sığorta ASC ilə tərəf arasında bağlanmış “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin illik qoşmasına əlavələr tərtib edilməklə tam olaraq rəsmiləşdirilmişdir. Eyni zamanda sığorta haqları da həmin ilin dekabr ayında tam həcmdə ödənilmişdir. Bununla bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində bütün bu hallar öz əksini tapsa da, məhkəmə Xidmətin qanunsuz və əsassız qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərinə uyğun çıxış edərək, təmin olunmamasını xahiş emişdir. Məhkəmə iclasında X42 Xidmətinin nümayəndəsi X1 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi verilmiş şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb proses iştirakçılarının çıxışlarını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış məhkəmə icraatının xüsusiyyətlərini, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işin faktiki hallarına uyğun qərar qəbul edilmişdir. Belə ki, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının mübahisəsi ilə bağlı şikayətin dəlilləri, iş materialları və məhkəmədə tədqiq olunaraq araşdırılmış mümkün sübutların məcmusu, habelə Əmək Məcəlləsinin tələbləri ilə müqayisədə əsassızdır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, mübahisə ilə əlaqədar, tərəflərin istinad etdiyi hallar ətraflı yoxlanılmış, tədqiq olunmuş sübutlar və iş materialları Əmək Məcəlləsi ilə rabitəli şəkildə müqayisə olunmuş, hər bir xüsusat detallı şəkildə araşdırılmış və yekun nəticə olaraq qəbul olunmuş məhkəmə aktı, işin müəyyən olunmuş həqiqi halları ilə əlaqəli surətdə ətraflı şərh olunaraq əsaslandırılmışdır. Apellyasiya qaydasında baxılan şikayətin dəlilləri ilə müqayisədə, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına və Əmək Məcəlləsinin tələbinə əsasən Qərardan şikayət verən orqan (şəxs) şikayəti üzrə birinci instansiya məhkəməsində müəyyən olunmuş hallar bir daha apellyasiya baxışı zamanı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin İ hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Inzibati iş üzrə toplanmış məlumatlardan görünür ki, işçilər - X14 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X23 ##.##.2025ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X24 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X51 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X15 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X34 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X35 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X44 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X6 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X3 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X52 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X9 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X36 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X25 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X53 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X16 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X26 ##.##.2025ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X37 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X27 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X57 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X38 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış; X28 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və X7 ##.##.2025-ci il tarixdə işə qəbul olunmuş və ##.##.2025-ci il tarixdə sığorta müqaviləsi bağlanmışdır. Göründüyü kimi işə qəbul edilən işçilərə münasibətdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələri işə qəbul günü deyil, təxminən 1-13 gün gecikmələrlə bağlanmışdır. Şikayətin “...##.##.2026-cı il tarixdə sözügedən sığortalanmama halı mövcud olmamışdır...”, dəlilinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan məlumatları nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar əsaslı olmuş və məhkəmədə tədqiq edilmiş sənədlərlə müqayisədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinin iş materialları ilə təkzib olunduğunu və inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Bununla əlaqədar, apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün bu xüsusda verilmiş şikayəti əsassız hesab edir. Apellyasiya baxışı zamanı inzibati iş üzrə inzibati orqan və birinci instansiya məhkəməsi tərəfindən prosessual qaydalara əməl olunduğu və qanun pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni iş materiallarına və məlumatlara uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda qeyd olunan xüsusatlara əsasən şikayət təmin edilməməli və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında X42 Xidmətinin ## ###### 2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında X42 Xidmətinin ## ###### 2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2518/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2518/2026
26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver