Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2519/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsinin nümayəndəsi X3 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)- 3212/2026 nömrəli qərarından Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin rəisi Rəşid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə saat 17:38-də ünvan 2 ərazisində “Toyota Camry” markalı, 90-UV437 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, svetoforun və ya nizamlayacının qadağanedici verilərkən hərəkətin davam etdirilməsi ilə bağlı qanunsuz olaraq BDYP əməkdaşı tərəfindən Azərbaycan Respublikası IXMnin 327.2-ci maddəsinə əsasən IXP7897213 protokol tərtib edilmişdir. Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayacının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 100 azn və 2 bal məbləğində cərimə olunmuşdur. Bildirir ki, o, həmin həmin qanunda nəzərdə tutulan xətanı törətməmişdir, svetoforun yaşıl işığında keçmişdir. Ona görə də BDYP heç bir sübut, dəlil təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)-3212/2026 nömrəli qərarı ilə (hakim Nəriman Mehdiyev) şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin rəisi Rəşid Piriyev apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)-3212/2026 nömrəli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, Inzibati Xətalar Məcəlləsinin maddi və prosessual normalarını düzgün tətbiq etməmişdir. Iş materiallarından müəyyən edilir ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026-cı il tarixdə saat 17:38-də ünvan 2 ünvanında idarə etdiyi "Toyota Camry" markalı, **-UV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə svetoforun qadağanedici siqnalı verilərkən hərəkəti davam etdirmişdir. Bu hal yol hərəkətinə nəzarət edən səlahiyyətli polis əməkdaşı tərəfindən bilavasitə aşkar edilmiş, həmin fakt üzrə Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və qanunvericiliyin tələblərinə uyğun inzibati tənbeh tətbiq edilmişdir. IXM-in sübutlarla bağlı müddəalarına görə inzibati xəta haqqında protokol, vəzifəli şəxslərin izahatları, digər sənədlər və iş üzrə əldə edilmiş məlumatlar sübut hesab olunur və onların hər biri digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi isə inzibati xəta haqqında protokola, inzibati tənbeh vermə haqqında qərara və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının müəyyən etdiyi faktlara hüquqi qiymət vermədən yalnız təqdim edilmiş video görüntü əsasında nəticəyə gəlmişdir. Məhkəmə qərarında həmin rəsmi sənədlərin hansı hüquqi əsaslarla mötəbər sübut hesab edilmədiyi göstərilməmiş, onların sübutetmə qüvvəsi əsaslandırılmış qaydada təkzib edilməmişdir. Məhkəmə qərarında video görüntüdə inzibati xəta hadisəsinin əks olunmadığı göstərilsə də, bu hal inzibati xətanın baş vermədiyini birmənalı təsdiq etmir. Təqdim olunmuş video görüntünün texniki imkanları, baxış bucağı, görüntünün keyfiyyəti, svetoforun siqnalının tam əks olunub-olunmaması və nəqliyyat vasitəsinin stop xəttini hansı anda keçməsi məsələləri məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmənin "xüsusi texniki vasitələrlə qeydə alınmadığı üçün inzibati xəta baş verməmişdir" məzmunlu hüquqi nəticəsi də qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi inzibati məsuliyyətin yalnız avtomatik foto və ya video qeydiyyat vasitələrinin mövcudluğu ilə tətbiq edilməsini nəzərdə tutmur. Yol hərəkəti qaydalarının pozulması yol patrul xidməti əməkdaşı tərəfindən birbaşa aşkar edildikdə də inzibati xəta haqqında protokol tərtib edilə və inzibati məsuliyyət tətbiq oluna bilər. Bundan başqa, məhkəmə iş üzrə həqiqətin müəyyən olunması üçün zəruri prosessual hərəkətləri həyata keçirməmiş, inzibati xəta faktını aşkar etmiş polis əməkdaşını məhkəmə iclasında dindirməmiş, hadisənin başvermə şəraitini əlavə sübutlarla araşdırmamış, bununla da iş üzrə mühüm əhəmiyyət kəsb edən halların tam müəyyən edilməsini təmin etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticələr iş üzrə toplanmış sübutlarla uzlaşmır, sübutların qiymətləndirilməsi tam və obyektiv aparılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə iclasında, inzibati orqanın nümayəndəsi X3 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il # ######## tarixli X4 Məcəlləsinin 9-cu maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. Inzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. Inzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). Qanunvericiliyin yuxarıda qeyd olunan normalırını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)-3212/2026 nömrəli qərarı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul olunmuş ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası IXM-in 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biridir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin l-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxarkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Səlahiyyətli orqanın gəldiyi nəticəyə görə isə, Qərardan şikayət verən orqan (şəxs) “Toyota Camry minik” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Qərardan şikayət verən orqan (şəxs) ünvan 1 ünvanında ## #### 2026-cı il tarixdə, saat 17:38-də svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. Apellyasiya icraatı zamanı inzibati xəta hadisəsinin video görüntüsünü özündə əks materiallara baxış keçirilmişdir. Həmin video görüntü ilə açıq-aydın görünür ki, Qərardan şikayət verən orqan (şəxs) svetoforun sarı, ardınca qırmızı rəngli işığına məhəl qoymadan hərəkəti davam etdirir, baxmayaraq ki, onunla parallel və ondan qarşıda olan maşınlar svetoforun sarı rəngli işığının yanmasını görüb avtomaşınlarını tormozlamaqla dayanma həddinə çatdırırlar. Apellyatorun iddialarına və hüquqi mövqeyinə münasibətdə apellyasiya instansiya məhkəməsi aşağıdakıları qeyd edir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin İ hissəsinə əsasən yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir. Qanunun həmin maddəsinin III-cü hissəsinə əsasən svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb-sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə əsasən: İ. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. II. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. IV. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Məhkəmə qeyd edir ki, svetoforun yaşıl rəngli işığın yanıb-sönməsi artıq sürücüyə xəbər verir ki, onun vaxtı qurtarır və tezliklə qadağan siqnalı yanacaqdır. Bu zaman sürücü stop-xəttə qədər məsafəni düzgün dəyərləndirməli və təhlükəsiz dayanma rejimi seçərək sürəti azaltmaqla avtomaşını dayanmaya hazırlamalıdır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış və əlavə təqdim olunmuş sənədləri, aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət verməmiş, xətanın mövcudluğuna işarə edən işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və tənbeh olunması ilə bağlı inzibati icraatın xüsusiyyətlərini düzgün təhlil etməmiş və onları işin faktiki hallarına uyğun qiymətləndirməmişdir. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və inzibati xətalar qanunvericiliyinə əsasən, Qərardan şikayət verən orqan (şəxs) yol hərəkəti qaydaları əleyhinə törətdiyi inzibati xəta faktının aşkar edilməsi və bununla bağlı müvafiq qərarın qəbul edilməsində, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən prosessual qaydalara əməl olunmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Inzibati xəta haqqında icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 327.2 ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini istisna edən hallar iş üzrə müəyyən edilməmişdir. Şikayətə və inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına münasibətdə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Inzibati Xətalar Məcəlləsinin maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında birinci instansiya məhkəməsinin qərarı əsaslı olmamışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri iş materiallarına və onun faktiki hallarına uyğun hesab etmir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)-3212/2026 nömrəli qərarı ləğv olunmalı və Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi haqqında ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin rəisi Rəşid Piriyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-99)-3212/2026 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsinin ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2519/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2519/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver