Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2520/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Milana Varis qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN BDYPI-nin ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin BDYPI-nin X1 tərəfindən barəsində tərtib edilmiş EQ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası IXM-nin 346.9-cıı maddəsində nəzərdə tutulmuş inzibati xətanı (##.##.2026-cı il tarixində, saat 15:04-də ünvan 1 ərazidə MITSUBISI OUTLANDER MINIK markalı **RG*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 346.9. nizamlanma vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə) törətməkdə təqsirli bilinərək 60 manat (altmış) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Adı çəkilən qərarı tam qanunsuz və əsassz hesab edir. Belə ki, ilkin olaraq baş verməsi ##.##.2026-ci il tarixdə qeyd olunan inzbati xətanı o törətməmiş, həmin günlərdə ümumiyyətlə Bakı şəhərində olmamışdır. Həmin gün (##.##.2026-cı il tarixdə) və sonrakı günlərdə avtomaşını atası idarə etmişdir. Ikincisi, atası tərəfindən də qeyd olunan inzibati xəta törədilməmişdir. Şikayətə əlavə etdiyi fotoşəkillərdən, habelə DIN BDYPI-nin X1 yerləşdirilmiş fotoşəkilldərdən də göründüyü kimi avtomaşın “səki”də saxlanılmamışdır. Həmin yer səkidən təxminən 1,5-2 metr aralıda yerləşir, avtomaşın isə səkidə deyil, “Sevinc” restoranının 2-ci mərtəbəsinə qalxan pilləkənin qarşısında, avtomaşınların saxlanılması üçün nəzərdə tutulmuş yerdə saxlanılmışdır. Belə ki, avtomobilim səkidə deyil, yol kənarında, səki hissəsindən kənarda saxlanılmışdır. Təqdim olunan şəkillərdən də aydın görünür ki, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki hissəsi tam açıq qalmış, avtomobili piyadaların hərəkətinə maneə yaratmamış, avtomobil səkinin üzərində çıxarılmamış və yol kənarındakı ayrılmış hissədə saxlanılmışdır. Bundan əlavə, çəkilmiş fotolarda avtomobilin səkidə saxlanıldığını təsdiq edən aydın və mübahisəsiz görüntü mövcud deyil. Əksinə, avtomobilin səkidən kənarda saxlanılması aydın görünür və piyadaların səkidən istifadəsini sahəsini məhdudlaşdırmır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 16-cı bəndində “səki”nin anlayışı velə verilmişdir: Səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti iiçün nəzərdə tutulan hissəsidir. Qeyd olunan inzibati xətanın törədilməsinə səbəb olmuş “Mitsubitsi” markalı, “Outlander” modelli **RG*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi və mülkiyyətçisi atası Abışov Ismayıl Abış oğludur və nəqliyyat vasitəsini də daim özü idarə edir. Sadəcə olaraq hər hansı bir fövqaladə hal üçün atası ona nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verib və o, nadir hallarda avtomobili idarə edir. Qevd olunan nəqliyyat vasitəsi (“Mitsubitsi” markalı, “Outlander” modelli **RG*** dövlət qeydiyyat nişanlı) ilə inzibati xəta törədilməsi iddia olunan ##.##.2026-cı il tarixdə də həmin nəqliyyat vasitəsini atası özü idarə etmişdir. Lakin qərardan da göründüyü kimi baş verməmiş inzibati xətaya görə cərimə inzibati tənbeh tədbiri barəsində tətbiq edilmişdir. Hazırkı vəziyyətdə hətta belə hesab etsə ki, qeyd olunan inzibati xəta törədilmişdir, lakin törətmədiyi inzibati xətaya görə onun inzibati məsuliyyətə cəlb olunmağı da tam qanunsuz və əsassızdır. Ona görə də BDYPI X1 EQ******** saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, qeyd olunan inzibati xəta hadisəsinin baş vermədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli tarixli saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN BDYPI-nin ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, barəsində tərtib edilmiş Qərar tərtib olunduğu vaxtda, yəni ##.##.2026-cı il tarixdə (saat 15:04-də) mən ümumiyyətlə Bakı şəhərində olmamışdır. Həmin vaxt o, Bərdə şəhərində yerləşən “Qarabağ Regional DOST Mərkəzində” iş yerində olmuşdur. Belə olan halda tərəfindən inzibati xəta törədilməsi mümkün deyil və o, subyekt ola bilmir. Ikincisi, ona istinad edilən Azərb.Respub. IXM-nin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, yəni səkidə avtomaşının dayanması hadisəsi baş verməmişdir. Belə ki, şikayətinə əlavə etdiyi fotoşəkillərdən, habelə DIN BDYPI-nin X1 yerləşdirilmiş fotoşəkilldərdən də göründüyü kimi avtomaşın “səki”də saxlanılmamışdır. Həmin yer səkidən təxminən 2-3 metr aralıda yerləşir, avtomaşın isə səkidə deyil, “Sevinc” restoranının 2-ci mərtəbəsinə qalxan pilləkənin qarşısında, avtomaşınların saxlanılması üçün nəzərdə tutulmuş yerdə saxlanılmışdır. Belə ki, avtomobilin səkidə deyil, yol kənarında, səki hissəsindən kənarda saxlanılmışdır. Təqdim olunan şəkillərdən də aydın görünür ki, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki hissəsi tam açıq qalmış, piyadaların hərəkətinə maneə yaratmamışdır. Üçüncüsü, məhkəməyə təqdim olunmuş fotoşəkillərdə avtomobilin səkidə saxlanıldığını təsdiq edən aydın və mübahisəsiz görüntlər mövcud deyil. Əksinə, tərəfindən şikayətinə əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, avtomobil səkidən kənarda saxlanılmış və piyadaların səkidən istifadəsinə maneçilik törətmir. Dördüncüsü, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş, hadisə yerinə baxış keçirilməmişdir. Törətmədiyi və baş verməmiş inzibati xəta hadisəsinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Belə olan halda hesab edir ki, hərəkətlərində Azərb. Respub. IXM-nin 346.9- cu maddəsinin tərkibi (həm subyekt deyildir, həm də inzibati xəta hadisəsi baş verməmişdir) yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı, sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etməmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Şikayətçinin iddiasına görə o, inzibati xətanı törətməmişdir. Şikayətçinin qeyd edilən dəlillərini iş materialları ilə yoxladıqda əsaslı olmadığı görünür. Belə ki, ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 1 ünvanında ##.##.2026-cı il tarixdə, saat 15:04-də nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə, “Mitsubishi Outlander” minik markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 346.9-cu maddəsi ilə 60 manat məbləğində inzibati cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin IV bəndinin 9-cu hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa səkilərdə dayanmaq qadağandır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxs tərəfindən IXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi həqiqətən törədilmişdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 15:04-də ünvan 1 ünvanında “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin IV bəndinin 9-cu hissəsinin tələblərini pozmuş, nəqliyyat vasitəsini nizamlama vasitələrinə başqa qayda nəzərdə tutulmadığı halda səkidə saxlamışdır. IXM-nin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsini tənzimləyən IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, birinci instansiya məhkəməsində şikayətçinin göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə şikayətin rəddi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2520/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2520/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver