Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2522/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında tərtib edilmiş ## ###### 2026-cı il tarixli, İXP ******* nömrəli protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə ## ###### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə inzibati xəta haqqında material barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadında istinad olunan məlumatın ## #### 2019-cu il tarixli elektron portal çıxarışından əldə edildiyi, halbuki elektron hökumət portalından əldə edilmiş ## #### 2026-cı il tarixli ən son və aktiv çıxarışa əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvan 2 317 ünvanında qeydiyyatda olduğu göstərilərək, məhkəmələr arasında yaranmış fikir ayrılığının həlli üçün material Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Materialı nəzərdən keçirib hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair materiala Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsindən, yəni hərəkətsizlikdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Baxılan material üzrə törədilməsi ehtimal olunan İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hərəkətsizlik formasında həyata keçirildiyi üçün onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin icra edilməli olduğu yer hesab olunur. Bu baxımdan, hazırkı inzibati xətanın törədildiyi yer fiziki şəxsin qeydiyyatda olduğu yer hesab olunmalıdır. Bu baxımdan, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın ərazi aidiyyətinin müəyyən edilməsi üçün həmin qərarın icra edilməməsi ilə bağlı inzibati xəta tərkibinin yarandığı vaxta mövcud olan vəziyyət əsas götürülməlidir. İş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi vaxt yaşayış yeri ünvan 1 ünvanında olmuşdur. Sonradan, ## #### 2026-cı il tarixində (yəni Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı qəbul edildikdən sonra) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvan 2 317 ünvanında qeydiyyata alınması artıq törədilmiş olan inzibati xətanın törədilmə yerini dəyişmir. Beləliklə, həm Sabunçu, həm də Nizami Rayon Məhkəməsi tərəfindən şəxsin qeydiyyat ünvanına dair məlumatlar araşdırılmışdır. Lakin inzibati xətaya dair iş üzrə ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün hüquqi əhəmiyyət kəsb edən əsas fakt şəxsin sonuncu qeydiyyat ünvanı deyil, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi vaxt onun hansı ünvanda qeydiyyatda olmasıdır. Nəzərə alınmalıdır ki, sonradan şəxsin qeydiyyatda olduğu ünvanın dəyişməsi artıq törədilmiş inzibati xətanın ərazi üzrə məhkəmə aidiyyətini dəyişmir. Odur ki, materiala ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. İXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edirəm ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında tərtib edilmiş ## ###### 2026-cı il tarixli, İXP ******* nömrəli protokola dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(3-6)-2522/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2522/2026
07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver