Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2523/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) iştirakları ilə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından Cəbrayıl rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, R Valeh Səmədovun verdiyi protestə (bundan sonra - protest) Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qəbul etdiyi ## ##### 2026-cı il tarixli qərarı və ona əlavə olunmuş sənədləri baxılması üçün Cəbrayıl Rayon Məhkəməsinə göndərmişdir. Cəbrayıl Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün adiyyəti üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim X6) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata sonuncunun əməlində müvafiq inzibati xəta tərkibinin olmamasına görə xitam verilmişdir. Protestdə həmin məhkəmə qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi xahiş edilmişdir. Protestin dəlilləri və tərəflərin izahatları: Protest onunla əsaslandırılmışdır ki, iş materiallarında olan ## ##### 2025-ci il tarixli subpodrat müqaviləsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sifarişçi, X11 isə “subpodratçı” qismində iştirak etdikləri, müqavilənin predmetinin Cəbrayıl rayonu, Şükürbəyli kənd yaşayış məntəqəsində fərdi yaşayış evlərinin tikintisində hörgü-suvaq işlərinin görülməsi olduğu məlum olmuşdur. Həmin müqavilədə müqavilə predmetinə aid işlərin həyata keçirilməsinə bilavasitə nəzarətin “subpodratçı” qismində Zeynalabdin Şükürovun üzərinə düşdüyü qeyd edilsə də, Zərərçəkmiş şəxs, X1, X4 və İbrahimov Ruslan Qiyas oğlunun (bundan sonra - onlar) verdikləri izahatları əsasında müəyyən edilmişdir ki, onlara həmin müqavilədə nəzərdə tutulmuş işləri yerinə yetirmələri ilə əlaqədar plastik əmək haqqı kartı verilməmiş, onların gördükləri işlərə nəzarəti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həyata keçirmiş, onların əmək haqqılarını Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qurban Hüseynovun şəxsi kartına göndərmiş, sonuncu onlara çatası pul məbləğlərini vermiş, onlara son aylar üzrə ödənilməli olan məbləğ Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ödənilməmiş, onlar Zeynalabdin Şükürovu tanınmamış, beləliklə, faktiki olaraq işçi olmuş onlarla işəgötürən olmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında əmək münasibətləri mövcud olmuş, sonuncu formal xarakterli müiki-hüquqi müqavilə bağlamaqla işlərin görülməsinin Zeynalabdin Şükürova həvalə edilməsi görüntüsü yaratmış, nəticədə müvafiq hüquqi məsuliyyətdən boyun qaçırmağa çalışmışdır. Həmin subpodrat müqaviləsinin mötəbərliyinin yoxlanılması mümkün olmadığından hansı tarixdə bağlanılması, müqavilənin tərəflərin sərbəst iradəsinin məhsulu olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Buna görə də iş materialları ilə iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin mövcud olması sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində verdiyi izahatı ilə eyni məzmunda izahat verib, protestin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında əlavə olaraq qeyd etmişdir ki, əgər əməlində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması müəyyən edilərsə, iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə görə xitam verilməlidir. Apellyasiya məhkəməsi iclasına Protokolu tərtib edən orqan nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə işə Protokolu tərtib edən orqan nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə protestin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54.1-ci maddəsinə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: - əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi; - işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; Azərbaycan Respublikası İXM-in: - 198.3-cü maddəsi ilə inzibati məsuliyyət bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, - 198.2-ci maddəsi ilə inzibati məsuliyyət bu Məcəllənin texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulmasının ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına səbəb olduqda yaranır. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan yazılı və elektron sübutlar inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarda adları göstərilən işçilərlə “xxxx” MMC deyil, sonuncu ilə subpodrat müqaviləsi bağlamış X11 arasında əmək münasibətlərinin olduğunu təsdiq edir. İş materiallarında “xxxx” MMC tərəfindən həmin şəxslərin işə qəbul edilməsi barədə əmr, onlara əmək haqqının ödənilməsini təsdiq edən sənəd, onlara dair tərtib edilmiş tabel uçotu, təhlükəsizlik təlimatı jurnalı, iş tapşırıqlarının verilməsində dair sənədlər mövcud olmadığına görə həmin şəxslərin Protokolu tərtib edən orqan verdiyi izahatları ilə onlarla “xxxx” MMC arasında əmək münasibətlərinin mövcud olması faktı müəyyən edilə bilməz. Cəbrayıl rayon prokuroru, R X3 qəbul etdiyi “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” ## ##### 2026-cı il tarixli qərardan görünür ki, Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanmasını 26-1-2-2-411-0006 (**-**) nömrəli material üzrə aparılmış araşdırma zamanı “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54-cü maddəsinin tələblərinə zidd olaraq, ## ### 2025-ci il tarixdə Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində dam ustası kimi işlərin icra edilməsinə cəlb etdiyi Zərərçəkmiş şəxs texniki təhlükəsizlik vasitələri ilə təmin etməməklə əməyin mühafizəsi və texniki təhlükəsizlik norması qaydalarına riayət etmədiyi şəraitdə sonuncunun başının gicəllənib yüksək hündürlükdən yıxılması nəticəsində xəsarət almasının müəyyən edilməsi ilə əsaslandırmışdır. İş materiallarında olan ## #### 2026-cı il tarixli, ** nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş II bel fəqərəsinin kompression sınığı bərk küt əşyanın təsirindən törənmiş, ## ### 2025-ci il tarixdə hündürlükdən yıxılması zamanı əmələ gələ bilərdi. İş materiallarında olan ## ####### 2023-cü il tarixli, *-**-**/*-**/**** nömrəli rəyində göstərilmişdir ki, Cəbrayıl rayonu, Şükürbəyli kəndi ərazisində tikintisi həyata keçirilən fərdi yaşayış evinin dam hissəsində, yer səthindən 6,7 metr hündürlükdə yerləşən iş sahəsinin kənarlarının qoruyucu çəpərlə bağlanmaması hadisənin texniki səbəbi olmuşdur. Peşə üzrə hazırlıq və təhlükəsizlik texnikası üzrə təlim keçməmiş, bilikləri yoxlanılmamış, fərdi mühafizə vasitələri ilə təmin edilməmiş Zərərçəkmiş şəxs tikinti-quraşdırma işlərinin icrasına cəlb olunduğuna, yer səthindən 6,7 metr hündürlükdə yerləşən iş sahəsinin kənarlarının qoruyucu çəpərlə bağlanmaması təmin edilmədiyinə görə baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları III-4-80” IV fəsil, “Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 1.19, 2.26-cı bəndlərinin tələbləri həmin işin təhlükəsiz aparılması və təhlükəsiz iş şəraitinin təmin olunmasına cavabdeh olan şəxs(lər) tərəfindən pozulmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə hazırki iş üzrə baş vermiş hadisə ilə bağlı Protokolu tərtib edən orqan aparılmış araşdırma zamanı qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarla “xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkib əlamətinin olmamasına görə xitam verilsə də, Bakı Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə Zərərçəkmiş şəxs, X1 Qurban Yaşar oğlu və İbrahimov Ruslan Qiyas oğlunun Protokolu tərtib edən orqan və məhkəmə iclasında şahid qismində verdikləri izahatları əsasında onların X11 tanımadıqları, sonuncu deyil, “xxxx” MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildikləri, onlara müvafiq müqavilədə nəzərdə tutulmuş işləri yerinə yetirmələri ilə əlaqədar plastik əmək haqqı kartının verilmədiyi, əmək haqlarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Qurban Hüseynovun şəxsi kartına göndərilməklə və sonuncunun onlara çatdırması yolu ilə ödənildiyini müəyyən edildiyinə görə protest təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı protestə münasibətdə ləğv edilmiş, “xxxx” MMC Protokolu tərtib edən orqan ## #### 2026-cı il tarixli qərarı ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatla bağlı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, lakin iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə görə xitam verilmişdir. Hazırda da apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, iş üzrə hadisənin baş verdiyi vaxt işçi olmuş Zərərçəkmiş şəxs ilə işəgötürən olmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında əmək münasibətlərinin olması faktı hazırki işin faktiki halları ilə eynilik təşkil etdiyinə görə preyudisial əhəmiyyətli Bakı Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarı ilə müəyyən olunduğuna görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Protokolu tərtib edən orqan qəbul etdiyi ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmununa uyğun olaraq, Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin mövcud olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in: - 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. - 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı ## ### 2025-ci il tarixdə törətdiyi nəzərə alınaraq, ona görə həmin Məcəllənin 38.1-ci maddəsində müəyyən edilmiş bir illik inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ümumilikdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız, verilmiş protest isə Kərmiov Elçin Adil oğlunun əməlində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin mövcud olması hissəsində əsaslıdır. Buna görə də protest qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş protestə münasibətdə ləğv edilməli, Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən Protokolu tərtib edən orqan ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həmin Məcəllənin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə görə xitam verilməli, sonuncu Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 53.1.6, 133, 134.1.3, 135.1.5-1 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Cəbrayıl rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, R Valeh Səmədovun verdiyi protest qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş protestə münasibətdə ləğv edilsin. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən Protokolu tərtib edən orqan ## ##### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həmin Məcəllənin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə görə xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2523/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2523/2026
31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver