Məhkəmə qərarları › İş №3(3-6)-2525/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2525/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2525/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Serkan Özkayanın və vəkili Vəkil, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1, “xxxx” MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, “xxxx” MMC-nin direktoru Serkan Özkayanın Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, 3(5-104)–****/**** saylı qərarından "xxxx" MMC-nin direktoru Serkan Özkaya tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: nümayəndə3 “xxxx” MMC tərəfindən ##.##.2026-cı il tarixdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən malyar vəzifəsi üzrə işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da həmin hüquqi şəxs və onun direktoru Azərbaycan Respublikası IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdirlər. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər Idarəsi tərəfindən ##.##.2026-cı il tarixli, MN № ******* və MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə (Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə) “xxxx” MMC Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, “xxxx” MMCnin direktoru Serkan Özkaya Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan «xxxx” MMC-nin direktoru Serkan Özkaya apelyasiya qaydasında şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Serkan Özkayanın və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qərarın ləğv edilərək, icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin faktiki halları və hüquqi məsələlər: Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, «xxxx” MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, nümayəndə3 ilə əmək müqaviləsi olmadan «xxxx” MMC tərəfindən işlərin və xidmətlərin gürülməsinə cəlb edilmişdir. Məhkəmə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qənaətini aşağıdakılarla əsaslandırır. Işə baxan birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları qiymətləndirərək hüquqi şəxsi təqsirli bilmişdir. Lakin, birinci instansiya məhkəməsi bu qənaətə nəyə görə gəldiyini qərarda əsaslandırmadan yekun nəticəyə gəlinmişdir ki, bu məhkəmənin funksiyası və qanunvericiliyin tələbləri ilə uzlaşmamışdır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların məhkəmə təminatı bütövlükdə insan hüquq və azadlıqlarının müdafiə sisteminin əsasını təşkil etməklə, ən etibarlı və yüksək hüquqi qüvvəyə malik müdafiə mexanizmidir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsini nəzərdə tutur. Insan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında ədalətli məhkəmə araşdırması hüququna xüsusi önəm vermişdir (məsələn, “Morera və Azevedo Portuqaliyaya qarşı” iş üzrə ## ####### 1990-cı il, “X2rşı” iş üzrə ## ###### 2009-cu il tarixli Qərarlar). “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Məhkəməsi bir çox qərarında qeyd etmişdir ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin məhkəməyə müraciət etmək hüququnun olmasını təmin edir. Bu yalnız məhkəmə araşdırmasını başlatmaq hüququnu deyil, həmçinin mübahisələrin məhkəmələr tərəfindən ədalətli həll edilməsi hüququnu ehtiva edir. Məhkəmə araşdırması aparılmadığı təqdirdə prosessual təminatların, o cümlədən məhkəmə baxışının açıqlığı, ədalətliliyi və çevikliyi kimi prinsiplərin heç bir hüquqi əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, MMC tərəfindən nümayəndə3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilməmişdir. Belə ki, nümayəndə3 Nərimanov RPI 18-ci Polis Bölməsinin rəisinə ünvanladığı məktubda qeyd edilmişdir ki, “Biz 3 gün deyil, yanvar ayının 23-dən fevral ayının 23-nə kimi 1 ay çalışmışıq. Onlar bizə ümumi 30345 manat ödəməlidir. Çalışdığımız müddətdə Elvin adlı şəxsdən 370 manat pul almışıq. Qalan borc isə ödənilməyib.” Həmçinin, apellyasiya baxışı zamanı nümayəndə3 ərizəsində nəyə görə 23 yanvar tarixindən işə başlamasını qeyd etməsinə dair verilmiş suallara məntiqi cavablar verə bilməmişdir. nümayəndə3 ziddiyyətli izahatlar vermişdir. Iş materiallarında olan “xxxx” MMC-nin **/** saylı, ## ###### 2026-cı il tarixli işə qəbul haqqında əmrinə əsasən nümayəndə3 ## ###### 2026-cı il tarixdən malyar ustası vəzifəsinə işə qəbul edilmiş, əmək haqqısı 450 manat təşkil etmişdir. Iş materiallarında olan 2026-cı ilin yanvar ayı üçün iş vaxtının uçotu tabelinə əsasən nümayəndə3 malyar ustası kimi ##.##.2026-cı il tarixdə iş yerində olması qeyd olunmuşdur. Inzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar “MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Göründüyü kimi, səlahiyyətli orqan tərəfindən nümayəndə3 MMC tərəfindən işə cəlb olunmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məjəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, “xxxx” MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, “xxxx” MMC-nin direktoru Serkan Özkayanın Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, 3(5-104)–****/**** saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53, 134-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Şikayət təmin edilsin. “xxxx” MMC-nin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi, “xxxx” MMC-nin direktoru Serkan Özkayanın Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, 3(5-104)–****/**** saylı qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar