Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2528/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(*- ***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh verilməsi haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)-****/**** saylı qərarı ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası DİN BDYPİ-nə geri qaytarılmışdır. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarının işin yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi hissəsi dəyişdirilməsini, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqınd; qərarı ləğv edilmiş hesab edilərək qüvvədə saxlanılmasını və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Şikayət onunla əsaslandılmışdır ki, Birinci instansiya məhkəməsinin qərarından açıq şəkildə görünür ki, məhkəmə iclasında iş materialları araşdırılarkən İXM-in 346.9-cu maddəsində nəzərdə tutulan xətanın əsas elementi olan ərazinin səki olub-olmadığını müəyyən etmək mümkün olmayıb. Məhkəmə həmçinin müəyyən etmişdir ki, inzibati tənbeh haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi tərəfindən hadisəni təsdiq edən foto və video materiallar məhkəməyə təqdim edilməyib. Daha əhəmiyyətlisi isə məhkəmə qərarında açıq şəkildə qeyd etmişdir ki, 346.9-cu maddənin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmayıb. Belə olan halda şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsasını təşkil edən hüquqpozmanın mövcudluğu sübut edilmiş hesab edilə bilməz. İXM-in 75-ci maddəsinin müddəalarınaəsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi müəyyən edilməlidir. Hazırkı işdə isə məhz bu əsas məsələ - mənim nəqliyyat vasitəsini saxladığım yerin qanun baxımından “səki” olması - sübuta yetirilməmişdir. Sübut edilməmiş hüquqpozma üzrə işi yenidən inzibati orqana göndərmək qanunun məqsədinə uyğun deyil. İXM-in 8.1-ci maddəsinə əsasən şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə şəxs təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə görə isə şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Hazırkı işdə isə sübut edilməli olan əsas məsələni mənim deyil, inzibati xəta haqqında qərarı qəbul edən orqanı sübut etməlidir. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən isə: -avtomobilin məhz səki üzərində saxlanıldığını təsdiq edən foto təqdim edilməmiş; -video material təqdim edilməmiş; -həmin ərazinin səki olduğunu təsdiq edən sənəd təqdim edilməmiş; -ərazinin yol hərəkətinin təşkili baxımından statusunu müəyyən edən sənəd təqdim edilməmiş; -mənim təqdim etdiyim fotoşəkilləri təkzib edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə vəziyyətdə işin yenidən həmin orqana göndərilməsi faktiki olaraq sübutetmə yükünün mənim üzərimə keçirilməsinə və inzibati orqana əvvəlki qərarını sonradan əsaslandırmaq üçün yeni sübutlar toplamaq imkanı yaradılmasına səbəb ola bilər. Bu isə təqsirsizlik prezumpsiyasının mahiyyətinə uyğun deyil. İXM-in 53-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. İXM-in 53-cü maddəsinə əsasən həmin maddədə göstərilən hallarda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.0.1-ci maddəyə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəyə əsasən isə inzibati xəta tərkibi olmadıqda icraata xitam verilməlidir. Eyni zamanda İXM-in 105.1-ci maddəsinə əsasən 53-cü maddədə nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Bu normalar baxımından hazırkı işdə məsələ sadəcə “işin tam araşdırılmaması” ilə məhdudlaşmır. Çünki birinci instansiya məhkəməsinin özünün müəyyən etdiyi faktlardan görünür ki, mənim 346.9-cu maddə ilə nəzərdə tutulan hüquqpozmanı törətməyimə dair kifayət qədər sübut mövcud deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə onun qəbul etdiyi qərarın digər hissəsi ilə ziddiyyət təşkil edir. Məhkəmə bir tərəfdən inzibati tənbeh haqqında qərarı ləğv etmiş, digər tərəfdən isə həmin qərarın əsasını təşkil edən halların sübut olunmadığını göstərmişdir. Əgər inzibati xəta hadisəsi və onun tərkibinin əsas elementi olan “səki” faktı müəyyən edilməyibsə, həmin işin yenidən eyni inzibati orqana qaytarılması hüquqi qeyri-müəyyənliyi aradan qaldırmır. Əksinə, bu halda qanunun nəzərdə tutduğu hüquqi nəticə - inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi - tətbiq edilməlidir. İXM-in 134.1.3-cü maddəsinə əsasən 53-cü maddədə nəzərdə tutulmuş hallar olduqda qərar ləğv edilir və inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İş üzrə əsas sübutetmə imkanı artıq məhkəmə tərəfindən qiymətləndirilmişdir. Məhkəmə qərarında xüsusi olaraq qeyd etmişdir ki, qərarda göstərilən ərazinin həqiqətən səki olub-olmadığını müəyyən etmək mümkün olmayıb. Bundan əlavə, qərarda hadisəni əks etdirən foto və video materialların inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmədiyi də göstərilib. Deməli, inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan əsas faktiki hal təsdiqlənməyib. Belə olan halda “yenidən araşdırılsın” yanaşması şəxsin inzibati məsuliyyətinin sübut olunmaması faktını aradan qaldırmır. Əksinə, sübut edilməmiş hüquqpozma üzrə icraatın davam etdirilməsi şəxsin uzun müddət hüquqi qeyrimüəyyənlik vəziyyətində saxlanılması ilə nəticələnə bilər. Məhkəmə iş üzrə bütün əhəmiyyətli halları artıq müəyyən etmişdir. İXM-in 48-ci maddəsi inzibati xətalar haqqında işlərin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv aydınlaşdırılmasını icraatın vəzifələrindən biri kimi müəyyən edir. İXM-in 133.2.8-ci maddəsinə əsasən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Hazırkı işdə birinci instansiya məhkəməsi artıq inzibati tənbeh haqqında qərarın qanuni və əsaslı olmadığını müəyyən edib və onu ləğv edib. Bu nəticənin məntiqi hüquqi davamı isə iş üzrə inzibati xəta hadisəsi və tərkibinin sübuta yetirilməməsi nəzərə alınmaqla icraata xitam verilməsidir.Məhkəmə tərəfindən təqdim etdiyim səkkiz fotoşəkilə lazımi hüquqi qiymət verilməmişdir. İş üzrə ən mühüm hallardan biri ondan ibarətdir ki, mən inzibati xətanın törədildiyi iddia olunan ərazidə piyada səkisinin olmadığını təsdiq edən 8 ədəd fotoşəkli məhkəməyə təqdim etmişəm. Həmin fotoşəkillər təsadüfi və ya işə aidiyyəti olmayan materiallar deyil. Fotoşəkillər birbaşa inzibati xəta kimi mənə istinad edilən ərazini əks etdirir və mənim müdafiə mövqeyimin əsasını təşkil edir. Həmin fotoşəkilləri PDF formatında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin “E-məhkəmə” informasiya sistemindəki şəxsi kabinetim vasitəsilə iş materiallarına əlavə etmişəm. Lakin məhkəmə həmin sübutlara faktiki olaraq hüquqi qiymət verməmişdir. Məhkəmə qərarında yalnız fotoşəkillərə baxış keçirildiyi və “inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən ərazinin həqiqətən səki olub-olmamasını müəyyən etmək mümkün olmadığı” göstərilmişdir. Halbuki mənim təqdim etdiyim fotoşəkillərin əsas məqsədi məhz həmin ərazidə piyada səkisinin faktiki olaraq mövcud olmadığını göstərmək olmuşdur. Məhkəmə həmin fotoşəkillərin hər birini, onların çəkildiyi ərazini, yolun quruluşunu, piyadaların hərəkət imkanını, avtomobilin saxlanıldığı hissənin səki ilə faktiki əlaqəsinin olub-olmamasını araşdırmalı və nəticəsini qərarda əsaslandırmalı idi. Məhkəmənin bu sübutlara münasibət bildirməməsi və ya onları yalnız ümumi şəkildə qiymətləndirərək nəticə çıxarmaması işin obyektiv və hərtərəfli araşdırılması tələbinə uyğun deyil. Daha da mühüm olan odur ki, məhkəmə həmin fotoşəkilləri mənim təqdim etdiyim formada “E- məhkəmə” sistemi vasitəsilə iş materiallarına əlavə edilmiş rəsmi prosessual material kimi nəzərə almalı idi. Mənim tərəfimdən sübut təqdim edilmiş, lakin həmin sübutun mahiyyətini təşkil edən hal - yəni ərazidə piyada səkisinin olub-olmaması - məhkəmə tərəfindən faktiki olaraq araşdırılmamışdır. Bu isə xüsusilə əhəmiyyətlidir, çünki İXM-in 346.9-cu maddəsinin tətbiqi üçün nəqliyyat vasitəsinin məhz səki üzərində dayandığının və ya durduğunun müəyyən edilməsi zəruridir. Əgər ərazinin səki olması sübuta yetirilməyibsə, həmin maddənin mənə tətbiq edilməsinin hüquqi əsası da yoxdur. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi sübutları görməməzliyə vurmuş və onların əhəmiyyətini əsaslandırılmış şəkildə rədd etməmişdir. Məhkəmə tərəfindən mənim təqdim etdiyim sübutların mahiyyətinə münasibət bildirilməməsi sadəcə texniki çatışmazlıq kimi qiymətləndirilə bilməz. Çünki həmin sübutlar işin nəticəsi üçün birbaşa əhəmiyyətli olan əsas faktı - avtomobilin saxlandığı yerin səki olub-olmamasını müəyyən etməyə yönəlmişdir. Məhkəmə bir tərəfdən həmin ərazinin səki olub-olmadığının müəyyən edilməsinin mümkün olmadığını bildirir, digər tərəfdən isə məhz bu məsələni aydınlaşdırmağa yönəlmiş mənim sübutlarımı hərtərəfli araşdırmır. Belə yanaşma müdafiə tərəfinin təqdim etdiyi sübutların faktiki olaraq nəzərə alınmaması deməkdir. Məhkəmə qərarında mənim təqdim etdiyim 8 fotoşəkilin hansı səbəbdən mötəbər hesab edilmədiyi, fotoşəkillərdəki hansı görüntülərin gerçək vəziyyəti əks etdirmədiyi və ya həmin fotoşəkillərin işə aidiyyətsiz olmasının hansı əsasla müəyyən edildiyi göstərilməmişdir. Bu baxımdan məhkəmənin nəticəsi əsaslandırılmış məhkəmə aktı tələbinə cavab vermir. Təqdim etdiyim jurnalist araşdırmaları Hakim tərəfindən əsassız olaraq “foto montaj” adlandırılmışdır. Bundan əlavə, mən məhkəməyə müxtəlif kütləvi informasiya vasitələrində həmin ərazi ilə bağlı dərc edilmiş jurnalist araşdırmalarını və materialları da təqdim etmişəm. Həmin materialların təqdim edilməsində məqsəd həmin ərazidə yol hərəkətinin və piyadaların hərəkətinin təşkili ilə bağlı problemin təkcə mənim subyektiv iddiam olmadığını, eyni ərazi ilə bağlı ictimai və jurnalist araşdırmalarının mövcud olduğunu göstərmək idi. Lakin təqdim etdiyim həmin materiallara da mahiyyəti üzrə münasibət bildirilməmiş, onlar “foto montaj” kimi qiymətləndirilmişdir. Məhkəmənin bu nəticəsi isə ayrıca əsaslandırılmalıdır. Əgər məhkəmə hesab edirdisə ki, təqdim olunan jurnalist materiallarının müəyyən hissəsi montajdır və ya onların həqiqiliyi şübhəlidir, məhkəmə bunu hansı konkret faktlara əsasən müəyyən etdiyini qərarında göstərməli idi. Sadəcə “foto montajdır” ifadəsi sübutun hüquqi qiymətləndirilməsini əvəz edə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, həmin materiallar yalnız fotoşəkillərdən ibarət olmayıb, müxtəlif media orqanlarında həmin ərazi ilə bağlı aparılmış jurnalist araşdırmalarını da əhatə etmişdir. Bu materialların iş üzrə əhəmiyyəti ən azı ondan ibarət idi ki, onlar həmin ərazidə yol və piyada hərəkətinin təşkili ilə bağlı problemin mövcudluğunu araşdırmaq üçün əlavə məlumat mənbəyi təşkil edirdi. Məhkəmə həmin materialları sübut kimi qəbul etmirdisə belə, onların niyə qəbul edilmədiyini, hansı hissələrinin etibarsız olduğunu və hansı əsasla “foto montaj” hesab edildiyini konkret və əsaslandırılmış şəkildə göstərməli idi. Məhkəmənin sübutlara münasibəti obyektiv araşdırma prinsipinə ciddi şübhə yaradır. İşin xüsusilə diqqətçəkən tərəfi ondan ibarətdir ki, mən müdafiə mövqeyimi təsdiq edən fotoşəkli və müxtəlif media materiallarını işə əlavə etmişəm. Buna qarşılıq inzibati xəta haqqında qərarı qəbul etmiş orqan tərəfindən məhkəməyə hadisəni əks etdirən foto və video materiallar təqdim edilməmişdir. Bu hal birinci instansiya məhkəməsinin öz qərarında da açıq şəkildə əksini tapmışdır: məhkəmə qeyd edir ki, protokolu tərtib edən DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməyib. Beləliklə, yaranmış vəziyyətdə müdafiə tərəfi tərəfindən təqdim edilmiş sübutlar mövcud olduğu halda, ittiham tərəfinin əsaslandırıcı sübutları təqdim edilməmişdir. Buna baxmayaraq, müdafiə tərəfinin təqdim etdiyi sübutların əsas mahiyyəti üzrə araşdırılmaması və onlara lazımi hüquqi qiymət verilməməsi məhkəmənin obyektivliyinə dair əsaslı suallar yaradır. Mən hesab edirəm ki, məhkəmənin bu davranışı müdafiə tərəfinin təqdim etdiyi sübutlara qərəzli yanaşma təsiri yaratmışdır. Ən azı, məhkəmə həmin sübutları niyə qəbul etmədiyini və onların hansı konkret səbəbdən hüquqi əhəmiyyət daşımadığını ətraflı əsaslandırmalı idi. Məhkəmə aktında isə bu məsələlərə lazımi və konkret münasibət bildirilməmişdir. Sübutlar mənim əleyhimə deyil, mənim xeyrimə olan şübhələrin həllinə xidmət edir. İş üzrə əsas mübahisə avtomobilin dayandığı yerin səki olub-olmamasıdır. Mən həmin ərazidə səkinin olmadığını göstərən fotoşəkillər təqdim etmişəm. İnzibati orqan isə bunun əksini təsdiq edən mötəbər foto, video və ya digər obyektiv sübut təqdim etməyib. Birinci instansiya məhkəməsi də nəticə etibarilə həmin ərazinin səki olub-olmadığını müəyyən edə bilmədiyini qərarında qeyd edib. Belə vəziyyətdə yaranmış şübhə mənim əleyhimə deyil, mənim xeyrimə həll edilməlidir. Əks halda inzibati məsuliyyət üçün zəruri olan “səki üzərində dayanma və ya durma” faktı sübuta yetirilmədən şəxs məsuliyyətə cəlb edilmiş olacaq. Əlavə olaraq hesab edirəm ki, iş üzrə inzibati xətanın mövcudluğunu təsdiq edən mötəbər və kifayət qədər sübut olmadığı üçün həmin sübut çatışmazlığı mənim əleyhimə deyil, qanuna uyğun olaraq mənim xeyrimə qiymətləndirilməlidir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) onun avtomobili hazırda həbsdədir. Bu protokolla bağlı 60 gün ödəməmə səbəbindən axtarış verilmişdir. Yasamal rayon Məhkəməsinin qərarının qanuni qüvvəyə mindiyini, qarşı tərəfdən də həmin qərardan şikayət vermədiyini, avtomobilinin axtarışda olduğunu və qanuni qüvvəyə minməyən qərarın icra edilməsi üçün idarəyə təqdim etdiyini, həmin qərardan ona şikayət veriləcəyini bildirilmişdir. İşdə sübut yoxdur, işə xitam verilməlidir. Orda səki yoxdur. Şəkilləri də təqdim etmişdir. İlk öncə polisə müraciət etmişdir, ona cavab verilməmişdir. Məhkəmədən şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apellyasiya qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il, *(*-***)-****/**** saylı saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “Hyundai Sonata” minik markal, **-RJ- *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə ##.##.2026-cı il tarixdə, saat 09:50-də Binəqədi şossesi ərazisində Azərbaycan Respublikası İXM-nin 346.9 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə) təqsirli bilinib 60 manat məbləğində (2 cərimə balı) cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş şikayətçi tərəfindən təqdim edilmiş fotoşəkillərdən inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən ərazinin həqiqətən səki olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qərarı ilə hesab etmişdir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Həmçinin qərardan şikayət vermiş şəxs həm şikayətində, həm də məhkəmə iclasında qeyd etmişdir ki, avtomobili saxladığı yer asfalt və ya plitə örtüyünə malik səki deyil və piyadaların hərəkəti üçün nəzərdə tutulmuş hissə hesab edilmir, ərazidə yerləşən marketin qarşısında yaradılmış avtomobil dayanacağıdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. Qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Göstərilənləri nəzərə alaraq şəxsin inzibati xəta törətməsini sübut etmək, qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6- cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(*- ***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, Həmin qərarla şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti qismən təmin olunaraq həmin qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin quruma göndərilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir. Odur ki, hesab edirəm ki, apellyasiya qaydasında verilmiş şikayətdə göstərilənlər inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə və ya dəyişdirilməsinə əsas olmadığından təmin edilməməli, sözügedən inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh verilməsi haqqında qərarından verdiyi şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(*- ***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2528/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2528/2026
14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver