Məhkəmə qərarları › İş №3(3-6)-2529/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2529/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2529/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iştirakları ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə ## ##### 2026-cı il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 10184.28 Avro valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 2.036.856 Avro (Avronun Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarın qəbul edilməsinə əsas olmuş hal - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## #### 2024-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabdan Almaniya Federativ Respublikasının Lübekke şəhərində yerləşən "xxxx" şirkətindən (ayaq və dırnaq quluğu məhsuları ilə məşhur olan, əsası 1868-ci ildə qoyulmuş kimya-farmaasevtika şirkəti) ## ##### 2023-cü il tarixli *** nömrəli müqaviləyə əsasən sifariş olunmuş malların Azərbaycan Respublikasına geri qaytarılmaması olmuşdur. Halbuki hazırkı şikayətə əlavə edilmiş ## ### 2024-cü il tarixli gömrük bəyannaməsindən açıq şəkildə görünür ki, ## ##### 2023-cü il tarixli *** nömrəli müqaviləyə əsasən sifariş olunmuş mallar ölkəyə gətirilmişdir. Bu Bəyannamənin "Təqdim olunan sənədlər" adlı 44-cü qrafasından açıq şəkildə müəyyən edilir. Azərbaycan Respublikası X3 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, ## ### 2024-cü il tarixli gömrük bəyannaməsinə əsasən ## ##### 2023-cü il tarixli *** nömrəli müqavilə üzrə sifariş olunmuş malar ölkəyə gətirildiyindən inzibati xəta hadisəsi mövcud deyil. Malların ölkəyə vaxtında idxal edilməsinə baxmayaraq, Protokolu tərtib edən orqan əsassız olaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində ## ##### 2026-cı il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Şirkət barəsində əsassız protokol tərtib etməklə yanaşı Protokolu tərtib edən orqan inzibati xətanın araşdırılması zamanı məlumatlandırma qaydasını da riayət etməmişdir. Belə ki, həmin qurum inzibati araşdırmanın tarixi, vaxtı və yeri barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə heç bir məlumat vermədən protokol tərtib etmiş, bununla da barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin hüquqlarını pozmuşdur. Halbuki Azərbaycan Respublikası X3 106-cı maddəsinin tələbləri baxımından (106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı) inzibati xəta haqqında protokolu tərtib edən orqanın məlumatlandırma qaydasına əməl edibetməməsini yoxlamaq birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin eyni hal, yəni məlumatlandırma qaydasına əməl olunmamasına birinci instansiya məhkəməsinin özü tərəfindən də yol verilmişdir. Belə ki, inzibati xəta haqqında protokola birinci instansiya məhkəməsində baxılan zaman hüquqi şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada heç bir məlumat verilməmişdir. Inzibati xəta haqqında protokol tərtib səlahiyyətli orqan və inzibati tənbeh vermə haqqında qərar qəbul edən birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi məlumatlandırmadığından işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, nəticədə hüquqi şəxsi qanunsuz olaraq inzibati cərimə növündə inzibati tənbeh olunmuşdur. Belə ki, xaricə köçürülmüş avans ödənişi müqabilində mallar faktiki olaraq Azərbaycan Respublikasına gətirilmişdir. Icra prosesində icra sənədləri əldə edildikdən sonra müəyyən edilmişdir ki, inzibati tənbehin verilməsinə səbəb olan pul köçürməsi ilə bağlı ölkəyə gətirilməsi nəzərdə tutulmuş mallar Azərbaycan Respublikasına idxal olunmuş və bununla bağlı müvafiq gömrük bəyannaməsi mövcuddur. Məhkəmə isə malların faktiki idxal olunması, bununla bağlı mövcud sənədlərin olub-olmaması, malların hansı tarixdə ölkəyə daxil olması və digər mühüm halları araşdırmamışdır. Inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi nümayəndə1 tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Nümayəndə şikayətin təmin edilməməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya şikayətinə əlavə edilmiş ************** saylı bəyannamə araşdırılan zaman icraatınızda olan iş materialları ilə uyğunlaşmadığı müəyyən edilmişdir. Belə ki, idxal bəyannaməsindəki idxal müqaviləsi avans ödənişin icrası zamanı banka təqdim edilmiş idxal müqaviləsindən fərqli olduğu müəyyən edilmişdir. Bundan əlavə ************** saylı bəyannamə ilə cəmiyyətin müxtəlif başqa tarixlərdə icra edilən avans ödənişləri bağlanmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı haqqında inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üzürlü səbəbdən iştirak etməməsi ilə bağlı məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, EP ******* saylı protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10184.28 Avro məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 10184.28 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Iş materiallarına əlavə edilmiş ## #### 2024-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 10184.28 Avro məbləğində xarici valyutada olan pul vəsaiti ## #### 2024-cü il tarixdə “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, KB-***/*- ***/**** nömrəli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş 10184.28 Avro məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X2 ##.##.2016-cı il tarixli, **/* saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2019-cu il tarixli qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ## #### 2024-cü il tarixdə 10184.28 Avro məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin pul vəsaiti müqabilində alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 02 (iki) il müddətində banka təqdim edilməmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, icra prosesində icra sənədləri əldə edildikdən sonra müəyyən edilmişdir ki, inzibati tənbehin verilməsinə səbəb olan pul köçürməsi ilə bağlı ölkəyə gətirilməsi nəzərdə tutulmuş mallar Azərbaycan Respublikasına idxal olunmuş və bununla bağlı müvafiq gömrük bəyannaməsi mövcuddur. Həmçinin inzibati orqan və məhkəmə məlumatlandırma vəzifəsini yerinə yetirməmişdir. Şikayətin dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, işə əlavə edilən ************** saylı bəyannamənin iş materialları ilə uyğunlaşmadığı müəyyən edilmişdir. Belə ki, idxal bəyannaməsindəki idxal müqaviləsinin avans ödənişin icrası zamanı banka təqdim edilmiş idxal müqaviləsindən fərqli olduğu müəyyən edilmişdir. Bundan başqa inzibati orqan və məhkəmə tərəfindən inzibati araşdırma zamanı məlumatlandırma vəzifələrini yerinə yetirmişdir. Odur ki, məhkəmə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar