Məhkəmə qərarları › İş №3(3-6)-2532/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2532/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2532/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Yasamal Rayon Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X2 iştirakı ilə, Yasamal Rayon Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyinin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim: Yasamal Rayon Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. Inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Yasamal Rayon Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyinə *-**-*/*-*****/**** nömrəli ##.##.2026-cı il tarixli göndərilən məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMXnin BŞI-nə təqdim olunması tələb olunsada tələb olunan sənədlər ##.##.2026-cı il tarixinədək tam şəkildə (məzuniyyətin ödənilməsini təsdiq edən sənədlər) DƏMX-nin BŞInə təqdim edilməmişdir. Bununla da, Yasamal Rayon Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyi Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Rauf Daşdəmirov) ##.##.2026-cı il tarixli qərarı ilə Yasamal Rayon Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyinin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 şikayəti əsasında X4 Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Yasamal Rayon Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyi-yə ##.##.2026-cı il tarixli, 3-17- 5/2-32766/2026nömrəli məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun çatdırılmasına baxmayaraq sənədlər tam təqdim olunmamışdır. Belə ki, məzuniyyətin ödənilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Göründüyü kimi Yasamal Rayon Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi təsdiq edilmişdir. Odur ki, Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən Yasamal Rayon Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyi barəsində tərtib edilmiş ##.##.2026- cı il tarixli, MN ******* nömrəli protokol qanuni və əsaslıdır. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5- ***)-****/**** nömrəli qərarı qəbul edilərkən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Yasamal Rayon Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyi-nin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Yasamal Rayon Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X2 şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə vaxtında və lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi, məhkəmə iclasının səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatları sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, iş üzrə icraata xitam vermişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin ##.##.2026-cı il tarixli 3-17-5/2- *****/**** saylı məktubuna əsasən X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə Nazirlik yanında X4 Xidmətinin Bakı şəhər Idarəsində baxılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X1 müraciətinə dair vətəndaşa aid aşağıdakı sənədlərin 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər Idarəsinə (ünvan: AZ1114 ünvan 1) təqdim edilməsi xahiş olunmuşdur. Tələb olunan sənədlərin siyahısı: 1. Məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər (işçinin ərizəsi, işəgötürənin əmri (məzuniyyətdən istifadə etdiyi sonuncu iş ili üzrə) 2. Məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti (məzuniyyətdən istifadə etdiyi sonuncu iş ili üzrə) 3. Vətəndaşın izahatında qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair ətraflı cavab məktubu. Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər Idarəsinə ünvanladığı ## ### 2026-cı il tarixli *- **-**-**/*-***/**** nömrəli məktubdan görünür ki, ##.##.2026-cı il tarixdə saat 16-30 radələrində ZOOM vasitəsilə keçirilən videokonfrans zamanı X1 Yasamal rayon MKTB-də əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə aydınlıq gətirilməsi və ona aid tələb edilən sənədlərin təsdiq olunmuş surətinin təqdim edilməsi ilə əlaqədar şifahi tələb edilən T.M.Əliyevanın məzuniyyət haqqının hesablanması və ödənilməsini təsdiq edən sənəd-arayış bir daha göndərilmişdır. Videokonfransda bildirilmiş iradlara cavab olaraq nəzərə çatdırılmışdır ki,3- **-*/*-*****/**** saylı ##.##.2026-cı il tarxli T.M.Əliyevanın müraciəti ilə əlaqədar Bakı şəhər MKTD-nə ünvanlandırdığınız məktub *-**-**/*-***/**** saylı ##.##.2026- cı il tarixdə Yasamal rayon MKTB-nə daxil olmuşdur. 3-52-13-12/2- ***/**** saylı ##.##.2026-cı il tarixdə məktubunuzda tələb olunan sənədlər təqdin olunaraq cavablandırılmışdır, (məktubların surətləri əlavə olunur - 6 (altı) vərəqə) Təkrar olaraq 3-17- */*-*****/**** saylı ## ##### 2026-cı il tarixli T.M.Əliyeva və Z.H.Zeynalovanın müraciəti ilə əlaqədar məktubunuzda tələb olunan eyni sənədlərə vətəndaşın izahatında qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair ətraflı cavab məktubu əlavə olunaraq bir daha 3- **-**-**/*-***/**** saylı ## ##### 2026-cı il tarixdə cavablandırılaraq göndərilmişdir, (məktubların surətləri əlavə olunur-7 (yeddi) vərəqə) Cavab məktublarına qoşma olaraq Sizə göndərilən sənədlərin surətlərinin SIYAHISI təqdim olunur. Z.H.Zeynalovanın (2025/2026-cı Iş ili dövründə əmək məzuniyyətində olmayıb bu səbəbdən 2024/2025-ci il dövrü) sonuncu iş ili üzrə məzuniyyət ərizəsinin surəti 1 vərəqə Z.H.Zeynalovanın məzuniyyət əmrinin surəti - 2 vərəqə -Z.H.Zeynalovanın iş vaxtı uçotunun tabeli yanvar 20## #### 2026-cı illər dövrü-4 vərəqə Z.H.Zeynalovanın yanvar 2025- mart 2026-cı illər üzrə əmək haqqının və məzuniyyət haqqının hesablanması və ödənilməsi ilə bağlı ARAYIŞ -1 vərəqə Z.H.Zeynalovaya aid təqdimat və aktların surəti - 4 vərəqə Göndərilən və cavablandırılan məktubların surətləri və T.M.Əliyevanın yanvar 20## #### 2026-cı illər üzrə əmək haqqının və məzuniyyət haqqının hesablanması və ödənilməsi ilə bağlı arayış məktuba əlavə olunur Qoşma 14 (on dörd) vərəqədən ibarətdir. AR ƏvəƏSMN yanında DMX-nın Bakı şəhər idarəsinin *-**-*/*-*****/**** saylı ## #### 2026-cı il tarixli Bakı şəhər MKTD-nə ünvanlandırdığı məktubun surəti-4 vərəqə -AR Bakı şəhər IH MKTD-nin *- **-**/*-***/**** saylı ## ##### 2026-cı il tarixli Yasamal rayon MKTB-nə ünvanlandırdığı məktubun surəti 1 vərəqə Yasamal rayon MKTB-nin *-**-**-**/*-***/**** saylı ## ##### 2026-cı il tarixli AR ƏvəƏSMN yanında DMX-nın Bakı şəhər idarəsinə ünvanlandırdığı məktub-1 vərəqə AR ƏvəƏSMN yanında DMXnın Bakı şəhər idarəsinin *-**-*/*-*****/**** saylı ## ##### 2026-cı il tarixli Yasamal rayon MKTB-nə ünvanlandırdığı məktubun surəti- 5-vərəqə (3+2 qoşma) - Yasamal rayon MKTB-nin *-**-**-**/*-***/**** saylı ## ##### 2026-cı il tarixli AR ƏvəƏSMN yanında DMX-nın Bakı şəhər idarəsinə ünvanlandırdığı məktub 2 vərəqə - T.M.Əliyevanın yanvar 2025- mart 2026-cı illər üzrə əmək haqqının və məzuniyyət haqqının hesablanması və ödənilməsi ilə bağlı ARAYIŞ -1 vərəqə Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər Idarəsinin ## ### 2026-cı il tarixli *- **-**-**/*-***/**** saylı məktubu ilə tələb edilən sənədlər təqdim edildiyindən Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Yasamal Rayon MənzilKommunal Təsərrüfatı Birliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər Idarəsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXMnin 2-ci maddəsi). IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Inzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Təqsirsizlik prezumpsiyası prinsipini özündə ehtiva edən normalara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (IXM-in 8-ci maddəsi). Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (Inzibati Xətalar Məcəlləsinin 75-ci maddəsi). Ümumdünya Insan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Səlahiyyətli orqanın sənədləri almadığına dair iddiasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Icra Hakimiyyəti Başçısının Aparatının Mənzil Kommunal Təsərrüfatı Birliyinin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ## ### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar