Məhkəmə qərarları › İş №3(3-6)-2535/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2535/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2535/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, X3 Oruc qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Əliyev İlqar İkram oğlunun iştirakı ilə, Əliyev İlqar İkram oğlunun Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edimiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməsi barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Əliyev İlqar İkram oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDİLDİ: Əliyev İlqar İkram oğlu məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edimiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Əliyev İlqar İkram oğlunun Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edimiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunmamışdır. Qərardan narazı qalan Əliyev İlqar İkram oğlu apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının və Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edimiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əliyev İlqar İkram oğlu şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə toplanmış materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı və Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edimiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əliyev İlqar İkram oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb və hadisə yerinin videogörüntülərinə baxış keçirərək müəyyən edir ki, Əliyev İlqar İkram oğlunun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir Həmin Məcəllənin 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Belə ki, Əliyev İlqar İkram oğlunun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə təsdiq olunmur. Həmçinin Azərbaycan Respublikası İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qeyd edilmiş halları aydınlaşdırmadan gəldiyi nəticə yanlış olduğundan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı və Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edimiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Əliyev İlqar İkram oğlunun apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı və Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edimiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Əliyev İlqar İkram oğlu barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar