Məhkəmə qərarları › İş №3(3-6)-2539/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2539/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2539/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katitbi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublıkasının Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin * saylı Bakı Regional Bölməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib, 1.000 (min) manat cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ona iclas barədə məlumat verməmişdir. Barəsində məhkəmə işinin mövcudluğundan yalnız ## #### 2026-cı il tarixində “eicra” sistemindən mobil nömrəsinə daxil olmuş SMS vasitəsilə xəbər tutmuşdur. Fəaliyyətə başladığı dövrdə obyekt üzrə aidiyyəti dövlət orqanlarında, o cümlədən vergi orqanlarında və elektrik təchizatı üzrə qeydiyyatdan keçmiş olsa da, həmin ərazidə mərkəzləşdirilmiş su təchizatı xətti mövcud olmamışdır. Bu səbəbdən su təchizatının təmin edilməsi məqsəd ilə aidiyyəti quruma dəfələrlə şifahi müraciətlər edilmiş, lakin hər dəfə ona və digər sakinlərə həmin ərazidə su xəttinin olmadığı və çəkilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Nəticədə, ərazidə yaşayan sakinlər və fəaliyyət göstərən təsərrüfat subyektləri olaraq, kommunal xidmətdən məhrum vəziyyətdə qalıblar. Uzun müddət davam edən müraciətlərinin nəticəsiz qalmasından sonra, sakinlər kollektiv şəkildə, öz şəxsi vəsaitləri hesabına əraziyə su xəttinin çəkilməsini təmin etməyə məcbur olmuşlar. Bu, talama və ya oğurluq məqsədi daşımamış, zəruri həyati tələbatın və istehsalat ehtiyacının ödənilməsi üçün məcburi bir addım olmuşdur. Ümumiyyətlə, həmin dövrdə ərazidə yaşayan və fəaliyyət göstərən şəxslərin heç birinin qanuni su sayğacı və ya mərkəzləşdirilmiş su təchizatı xətti olmamışdır. Ərazi sakinlərinin kollektiv müraciətlərinə baxmayaraq aidiyyəti qurum tərəfindən su xəttinin çəkilməsi istiqamətində tədbir görülməmiş, nəticədə sakinlər öz vəsaitləri hesabına əraziyə su xəttinin çəkilməsini təşkil etmişlər. Bütün bu müddət ərzində, yəni 2021-ci ildən 2026-cı ilədək aidiyyəti dövlət orqanları tərəfindən su təchizatı ilə bağlı ona qarşı hər hansı irad bildirilməmiş, qanunsuz qoşulma ilə əlaqədar heç bir akt və ya protokol tərtib edilməmiş, habelə su sayğacının quraşdırılması və ya su təchizatı müqaviləsinin bağlanması barədə ona hər hansı qanuni tələb irəli sürülməmişdir. Əksinə, aidiyyəti qurumun əməkdaşları ilə telefon danışığı zamanı onlara dəfələrlə bildirib ki, obyektə gələrək qanunvericiliyin tələblərinə uyğun qaydada su sayğacı quraşdırsınlar, su təchizatı müqaviləsini bağlasınlar və xidmət haqqını qanuni əsaslarla ödəməyə hazırdır. Lakin bu istiqamətdə heç bir tədbir görülməmişdir. Qərarda Binəqədi rayon Sukanal Idarəsinin arayışına əsasən, onun 2,196 manat məbləğində maddi ziyan vurduğu göstərilir. Bu hesablama tamamilə əsassızdır. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli Qərarı ilə təsdiq edilmiş X3"nın istehlakçılar üçün müəyyən etdiyi öhdəliklər ilk növbədə su təchizatı müəssisəsinin qanunla üzərinə düşən vəzifələri yerinə yetirdiyi, yəni istehlakçının qanuni qaydada su təchizatı sisteminə qoşulması imkanını təmin etdiyi hallarda tətbiq edilir. Belə olan halda haqlı sual yaranır: əgər aidiyyəti su təchizatı qurumu uzun illər ərzində həmin əraziyə mərkəzləşdirilmiş su xətti çəkmir, qanuni qoşulma və abonent olmaq imkanı yaratmırsa, həmin ərazidə yaşayan və fəaliyyət göstərən şəxslər elementar yaşayış və təsərrüfat ehtiyaclarını necə təmin etməli idilər? Qanunvericilik heç bir şəxsin su təchizatı müəssisəsinin uzunmüddətli hərəkətsizliyi nəticəsində susuz qalmasını və ya təsərrüfat fəaliyyətini dayandırmasını tələb etmir. Dövlət orqanının öz qanuni vəzifəsini yerinə yetirməməsinin mənfi nəticələri vicdanla fəaliyyət göstərən və qanuni qaydada xidmət almaq istəyən şəxsin üzərinə qoyula bilməz. Bundan əlavə, eyni ərazidə yerləşən digər qeyri-yaşayış obyektləri və təsərrüfat subyektləri də eyni vəziyyətdə olmuş, onların da mərkəzləşdirilmiş su təchizatı xətti və qanuni su sayğacı olmamışdır. Buna baxmayaraq, inzibati məsuliyyət yalnız ona tətbiq edilmişdir. Iş materiallarında məhz hansı səbəbdən yalnız onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi, eyni hüquqi və faktiki vəziyyətdə olan digər şəxslər barədə isə hər hansı tədbirin görülmədiyi əsaslandırılmamışdır. Məhkəmə də bu halı araşdırmamış və seçici yanaşmanın səbəblərinə hüquqi qiymət verməmişdir. Belə yanaşma iş üzrə bütün hallarının obyektiv araşdırılması tələbinə uyğun gəlmir və inzibati icraatın qərəzsiz aparılması ilə bağlı ciddi şübhələr yaradır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin * saylı Bakı Regional Bölməsi tərəfindən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib ## ##### 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, ona məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində ## ###### 2026-cı il tarixində su təchizatı şəbəkəsinə d=15 mmlik boru vasitəsilə qanunsuz qoşulmaqla suyun az miqdarda talanmışdır. Iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin * saylı Bakı Regional Bölməsinin əməkdaşları Nümayəndə, K.E.Abdullayev və İ.M.Quliyevin iştirakları ilə tərtib edilmiş ## ##### 2026-cı il tarixli ****** nömrəli Aktdan görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı Binəqədi qəsəbəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus qeyri-yaşayış obyektində müqavilə bağlamadan və lazimi icazə almadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar olunmuşdur. Vətəndaş obyektin qanunsuz su şəbəkəsinə qoşulmasını d=15 mm boru xətti vasitəsilə həyata keçirmişdir. Obyektin sahibi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə telefon danışıqları aparılmış və qanunvericiliyin tələbləri izah edilmişdir. Eyni zamanda baxış zamanı video çəkilişdən istifadə edilmiş və videofayl Akta əlavə edilmişdir. Akta əlavə edilmiş videomaterialdan aydın görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış obyektində (mebel sexi) su təchizatı şəbəkəsinə boru vasitəsilə qanunsuz qoşulma halı mövcuddur. Binəqədi rayon Sukanal Idarəsi tərəfindən tərtib edilmiş Arayışdan görünür ki, ünvan 1 ünvanında qeyri-yaşayış obyektindən 15 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq sudan istifadə olunması nəticəsində hesablanmış maddi ziyanın məbləği 2.196 manat təşkil edir. Bakı şəhəri X2 və Uçotun təşkili Baş Idarəsinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin * saylı Bakı Regional Bölməsinə ünvanladığı ## ##### 2026-cı il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən təsərrüfat obyektində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (VÖEN **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə vəzifəli şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. “Su təchizatı və tullantı suları haqqında” qanunun 67-ci maddəsinin birinci hissəsinə görə bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Həmin qanunun 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın 3.1-ci maddəsinə görə STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək; 3.1.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək. Həmin Qaydalarının 8.7-ci maddəsinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların * nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Göründüyü kimi, qanunvericilik su təchizatı sisteminə qanunsuz qoşulmanı qadağan edərək, buna görə inzibati məsuliyyət nəzərdə tutsa da, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeyri-yaşayış obyektinin sahibi vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sözügedən qeyri-yaşayış sahəsində 15 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq suyun talanması nəticəsində az miqdarda ziyan vurmaqla hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törətmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, uzun müddət obyektin yerləşdiyi ərazidə su xətti olmamışdır və o, bu su xəttini çəkməyə məcbur olmuşdur. Həmçinin məhkəmə məlumatlandırma vəzifəsini yerinə yetirməmişdir. Şikayətin dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, apellyator inzibati orqana su xəttinin çəkilməsinə dair yazılı müraciət etməsini sübut edə bilmədiyinə görə onun dəlilləri əsaslı hesab edilə bilməz. Bundan başqa inzibati orqan və məhkəmə tərəfindən inzibati araşdırma zamanı məlumatlandırma vəzifələrini yerinə yetirmişdir. Odur ki, məhkəmə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Habil Məmmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar