Məhkəmə qərarları › İş №3(3-6)-2544/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-2544/2026

14.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-2544/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştiraklları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının icrasını dayandırmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş ərizənin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından «xxxx” MMC-nin nümayəndəsi X2 tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- ****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının icrasını dayandırmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə MN ******* nömrəli, ## ###### 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, ##.##.2024- cü il tarixdə ünvan 1 ünvanında yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMV-nə məxsus müəssisədə aparılan yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olma faktı aşkar edilmişdir. Nəticədə «xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Nərimanov rayon Məhkəməsi protokol əsasında işə baxarkən xxxx MMC-ni təqsirli bilmiş və iş üzrə ## ###### 2024-cü il tarixində, xxxx MMC-nin 20.000 (iyirmi min) manat cərimə olunması barədə qərar qəbul etmişdir. ##.##.2024-cü il tarixində aparılan yoxlama Səhiyyə Nazirliyi tərəfindən deyil, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsi tərəfindən keçirilmişdir. Belə ki, Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsinin “X3nin keçirilməsi haqqında” ## ####### 2024-cü il tarixli ************** nömrəli qərarı əsasında ##.##.2024-cü il tarixdə xxxx MMCnin ünvan 1 ünvanda yerləşən obyektində “Nağd hesablaşmaların aparılması qaydalarına riayət olunması”, “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi” və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə hallarının aşkar edilməsi” məsələləri üzrə X3 tədbirləri həyata keçirilmişdir. Yoxlama zamanı tərtib edilmiş müvafiq Akt tədbir görülməsi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilmiş, Səhiyyə Nazirliyi isə öz növbəsində protokol tərtib edərək aidiyyəti üzrə qərar qəbul edilməsi məqsədi ilə Nərimanov rayon Məhkəməsinə göndərmişdir. Nərimanov rayon Məhkəməsində işə baxılan ərəfədə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsinin əməkdaşlarının qanuna zidd əməllərindən və eləcə də yoxlamanın əsassız keçirilməsindən Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət verərək, bu baərdə Məhkəməni ## ###### 2024-cü ildə rəsmi qaydada məlumatlandırmışdılar. Təəssüf ki, Məhkəmə onların müraciəti nəzərə almamış və ## ###### 2024-cü il tarixində, xxxx MMCnin 20.000 (iyirmi min) manat cərimə olunması barədə qərar qəbul etmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilən şikayətə isə, ## ###### 2024-cü ildə baxılmış şikayətin əsaslı olduğu nəzərə alınaraq, inzibati xəta törədilmədiyi qənaətinə gəlmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsinin “X3nin keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərarı əsasında ##.##.2024-cü il tarixdə xxxx MMC-nin ünvan 1 ünvanda yerləşən obyektində keçirdiyi yoxlamanın nəticələri ləğv edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə MN ******* nömrəli, ## ###### 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərkən, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsinin “X3nin keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərarı əsasında, ##.##.2024-cü il tarixində keçirilmiş yoxlama zamanı tərtib edilmiş Akt-a əsaslanmışdır. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş Idarəsinin “X3nin keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərarı əsasında ##.##.2024-cü il tarixdə xxxx MMC-nin ünvan 1 ünvanda yerləşən obyektində keçirdiyi yoxlamanın nəticələri ləğv edilsə də, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə MN ******* nömrəli, ## ###### 2024-cü il tarixli inzibati xəta haqqında protokolu ləğv etmək səlahiyyətinin Məhkəməyə aid olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Inzibati şikayətin təmin edilməsi haqqında ## ###### 2024-cü il tarixli, **************** nömrəli Qərarından da göründüyü kimi xxxx MMC-nin xeyirinə və ya onun maraqlarının qorunması üçün inzibati xəta hesab edilə biləcək heç bir əməl törədilməmişdir. Iş materiallarından da göründüyü kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəməyə təqdim etdiyi MN ******* nömrəli, ## ###### 2024-cü il tarixli inzibati xəta haqqında protokolda yalnız Dövlət Vergi Xidmətinin keçirdiyi yoxlamanın Aktına istinad olunur. Hansı ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Inzibati şikayətin təmin edilməsi haqqında ## ###### 2024-cü il tarixli, **************** nömrəli Qərarına əsasən həmin yoxlamanın nəticələri ləğv edilmişdir və bu da xxxx MMC tərəfindən heç bir inzibati xəta törədilməməsi kimi qiymətləndirilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının icrasını dayandırmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərarın qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının icrasını dayandırmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş ərizə təmin edilməmişdir. «xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmənin həmin qərardadından şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi X1 şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 şikayətin təmin edilməməsini xahiş etdi. Işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib aşağıdakı əsaslara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının icrasını dayandırmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı əsaslar ilə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması əsası qanunvericilikdə fərqləndirilmişdir. Belə ki, IXM-in: 53.1-ci maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda; IXM 104.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aşağıdakı hallarda dayandırılır: 104.1.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə; 104.1.2. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin ağır xəstəliyi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatda iştirakı mümkün olmadıqda; 104.1.3. inzibati xətanı törədən şəxs müəyyən olunmadıqda. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının icrasını dayandırmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı əsaslar Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığından ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı mübahisələndirilən qərardadı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: «xxxx” MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarının icrasını dayandırmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş ərizənin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar