Məhkəmə qərarları › İş №3(3-6)-2545/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2545/2026

11.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2545/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X4, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim : Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim X3) *(*-**)-****/**** saylı, ##.##.2026cı il tarixli qərarı ilə, hüquqi ünvanı ünvan 1 **********) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 539.3-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata, ## ######## 1959-cu il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan respublikası vətəndaşı, evli, ünvan 2 ünvanında qeydiyyatda olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: Materialdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsindən MMC və MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən MMC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubu göndərilərək sənədlərin 7(yeddi) iş günü müddətində təqdim edilməsi tələb olunmuş, məktub elektron kabinetə göndərilsə də, tələb olunan sənədlər ##.##.2026-cı il tarixədək təqdim edilməmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti apellyasiya qaydada şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Bakı şəhər İdarəsi tərəfindən MMC və MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində tərtib edilmiş ##.##.2026cı il tarixli, MN 2510439 və MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında MMCnin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, X1 şikayəti əsasında Xidmətin Bakı şəhər İdarəsi aparılan araşdırma zamanı MMC-nin rəhbərliyinə ##.##.2026-cı il tarixli, *- **-*/*-*****/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı şəhər İdarəsinə verilməsi tələb olunmuşdur. MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən sənədlər təqdim edilməmişdir. İXM-in 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Xidmətin Bakı şəhər İdarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Belə ki, məhkəmə tərəfindən sübutlara obyektiv hüquqi qiymət verilməmiş, yalnız barəsində protokol tərtib olunmuş hüquqi şəxsin nümayəndəsinin MMC-nin və onun vəzifəli şəxsinin məsuliyyətdən yayınması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. Protokolları tərtib etmiş səlahiyyətli orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Belə ki, müəyyən edilmiş 7 (yeddi) iş günü ərzində sənədlər təqdim olunmadığı üçün MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən inzibati xəta törədilmişdir. Beləliklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 tələb olunan sənədlərin təqdim olunmadığını bildirib şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və direktoru məhkəmə iclasına gəlməmişdir. Elektron kabinet vasitəsilə müraciət edilərək iş üzrə hüquqpozmaya səbəb olan hallar tələb olunan müvafiq sənədlər tərəflərindən təqdim edildiyi, həmin sənədlərin təqdim edilməsini təsdiq edən sənədlərin iş materiallarında öz əksini tapdığı, göstərilən halları nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsini bildirmişlər. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi İXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Odur ki, məhkəmə mübahisələndirilən qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən MMC-yə ünvanlanmış ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** saylı məktubdan görünür ki, X1 MMC-də əmək hüquqlarının pozulması barədə X5 Xidmətinə daxil olmuş müraciətinə baxılır. Qeyd edilən müraciətə baxılması ilə əlaqədar məktubda qeyd edilən sənədlərin (əmək müqaviləsinin surəti, iş vaxtınını uçotu cədvəlləri, əmək haqqının hesablanması cədvəlləri, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, vətəndaşın müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməsi ilə əlaqədar cavab məktubu) 7 iş günündən gec olmayaraq X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsinin qənatinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubla tələb olunan sənədlər MMC tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə tam təqdim edilmişdir. İş materiallarından görünür ki, MMC-yə ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubu göndərilərək sənədlərin 7 (yeddi) iş günü müddətində təqdim edilməsi tələb olunmuşdur. Sənədin elektron kabinetə yerləşdirilməsi haqqında arayışlardan görünür ki, ##.##.2026cı il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubu MMC-nin elektron kabinetinə ##.##.2026-ci il tarixdə yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi sorğunun MMC-nin elektron kabinetinə ##.##.2026-ci il tarixdə yerləşdirilməsi faktını müəyyən etmiş, həmçinin, MMC-in müvafiq sənədləri səlahiyyətli orqana təqdim etdiyini göstərmişdir. Halbu ki, işdə olan sənədlərlə bu hal müəyyən edilməmiş, MMC tərəfindən təqdim edilmiş cavab məktubu ## #### 2026-cı il tarixə təsadüf etməklə inzibati xəta haqqında materiallar məhkəmənin icraatında olduğu dövrdə baş vermişdir. Həmçinin, səlahiyyətli orqanının nümayəndəsi MMC tərəfindən göndərilməsi iddia olunan məktubun və sənədlərin səlahiyyətli orqana çatmadığını bildirmişdir. Göründüyü kimi, MMC və vəzifəli şəxsi ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubu ilə tələb olunan sənədləri müəyyən edilmiş müddətdə təqdim etməmiş, nəticədə inzibati xətanı törətmişdir. İXM-in: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 40-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) aşağıdakılardır; 40.0.1. rayon (şəhər) məhkəmələri və hərbi məhkəmələr; 40.0.2. uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); 40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Eyni Məcəllənin 43.3-1-cü maddəsinə əsasən bu Məcəllənin 18.6-cı maddəsində nəzərdə tutulan hallarda inzibati xətalar haqqında işlərə məhkəmələr baxır. İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Eyni Məcəllənin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Göründüyü kimi, MMC və direktoru İXM-də inzibati cərimənin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulan xətanı törətmiş, MMC-nin və direktorunun eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları müəyyən edilməmişdir. Sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, MMC və MMC-nin direktoru İXM-nin 539.3-cü maddəsi maddəsi ilə təqsirli bilinməli, tətbiq edilən inzibati cərimə şərti olaraq tətbiq edilməli, hüquqpozmanı aradan qaldırması üçün müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi MMC-yə və direktoruna izah edilməlidir. İXM-in 134.1.2-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və İXM-in 134.1.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinsin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC barəsində 2000 (iki min) manat, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin İXM-nin 116.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə İXM-nin 539.3-cü maddəsi ilə tətbiq edilmiş 2000 (iki min) manat, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İXM-nin 539.3-cü maddəsi ilə tətbiq edilmiş 1000 (bir min) manat miqdarında inzibati cərimə şərti tətbiq edilsin. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 (bir) ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cəriməni ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-yə və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 izah edilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar