Məhkəmə qərarları › İş №3(3-6)-2546/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2546/2026

24.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2546/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra – Qərardan şikayət verən orqan (şəxs)) verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) qəbul etdiyi ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 15:47-də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ünvanında “BMW 428İ minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – həmin avtomobil) 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etdirməsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş, səlahiyyətli orqanın qəbul etdiyi ## #### 2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan şikayət verən orqan (şəxs) həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, eyni inzibati xətaya dair qərardan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə verdiyi şikayəti həmin məhkəmənin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə qismən təmin edilmiş, ## ##### 2026-cı il tarixli qərar ləğv edilmiş və iş yenidən baxılması üçün inzibati orqana qaytarılmışdır. Həmin qərarda məhkəmə yolun sağ tərəfində avtomobillərin park edilməsi üçün ayrıca parklanma cərgəsinin mövcud olması və həmin parklanma yerinə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olmadan keçməyin mümkün olmamasının müəyyən edildiyini, nəqliyyat vasitəsinin həmin zolağa parklanma, yoxsa zolaq üzrə hərəkət etmək məqsədilə daxil olmasının müəyyən edilmədiyini, inzibati orqanın hər hansı araşdırma aparmadan və videogörüntülərə baxış keçirmədən qərar qəbul etdiyini, həmin xüsusatlar üzrə əlavə araşdırma aparılmalı olduğunu müəyyən etmişdir. Beləliklə, ## ### 2026cı il tarixli məhkəmə qərarı ilə həm inzibati orqanın hərəkətsizliyi, həm də inzibati xəta haqqında iş üçün həlledici olan zolağa daxil olma məqsədinin müəyyən edilmədiyi rəsmən təsbit olunmuşdur. İnzibati xəta haqqında iş əlavə araşdırma aparılması üçün səlahiyyətli orqana qaytarıldıqdan sonra inzibati orqan məhkəmənin göstərdiyi halları araşdırmamış, hər hansı yeni sübut toplamamış və ya təqdim etməmiş, videogörüntüyə baxış keçirildiyini sənədləşdirməmiş, parklanma cərgəsinin mövcudluğuna və həmin yerə giriş imkanına qiymət verməmiş, zolağa daxil olmanın məqsədini müəyyən etməmiş, ## #### 2026-cı il tarixdə mahiyyətcə əvvəlki qərarla eyni olan yeni qərar qəbul edilmişdir. ## #### 2026-cı il tarixli elektron sənəddə qərarın saat 11:56-da, onun əsaslandığı protokolun isə bir dəqiqə sonra saat 11:57-də tərtib edildiyi göstərilmişdir. Eyni sənəddə xətanın tarixi kimi ## ##### 2026-cı il saat 15:47, xətanın törədildiyi yer bölməsində isə ## ##### 2026-cı il saat 17:59 qeyd olunmuşdur. Yəni sənədin öz məzmununa görə qərar onun hüquqi əsasını təşkil edən protokoldan əvvəl qəbul edilmiş, hadisənin tarixi və vaxtı barədə isə bir-birinə zidd məlumatlar göstərilmişdir. Əvvəlki məhkəmə qərarından sonra aparılmış hər hansı əlavə araşdırmanın nəticəsi sənəddə əks olunmamışdır. Hazırki qərarı qəbul edən zaman birinci instansiya məhkəməsi əvvəlki məhkəmə qərarında göstərilmiş çatışmazlıqların inzibati orqan tərəfindən aradan qaldırılıb-qaldırılmamasını yoxlamamış, yalnız ümumi şəkildə sübutların məcmusunun kifayət etməsi barədə nəticəyə gəlməklə kifayətlənmişdir. İnzibati orqan onun idarə etdiyi nəqliyyat vasitəsi ilə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdan qanunsuz hərəkət zolağı kimi istifadə etməsini və inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcudluğunu sübut etməmişdir. O, sağ tərəfdə yerləşən parklanma yerinə daxil olmaq üçün qısa manevr etməsi araşdırılmadan, həmin zolaq üzrə hərəkəti, bunun hüquqazidd və təqsirli olması müəyyən edilmədən inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, o, zolaqdan əlavə hərəkət zolağı kimi istifadə etməmiş, başqa cür daxil olmaq mümkün olmayan parklanma yerinə çatmaq üçün qısa manevr etmişdir. İşin halları inzibati orqan və birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Apellyasiya məhkəməsi iclaslarına tərəflər vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə şikayətə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48.IV maddəsinə əsasən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin, belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan fotoşəkillərə əsaslanıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXM-in 75, 76 və 84-cü maddələrinin tələblərinə və iş üzrə səlahiyyətli orqanın qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun olaraq, Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 15:47-də Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti ünvanında “BMW 428İ minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etdirməsini müəyyən etməklə, iş üzrə sonuncunun əməlində Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətinin olması barədə düzgün nəticəyə gəlmişdir. Səlahiyyətli orqan Qərardan şikayət verən orqan (şəxs) inzibati cərimə tənbeh tədbirini Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsinin sanksiyası həddində tətbiq etmişdir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar