Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2547/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X2, aidiyyət barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Qərardan şikayət verən orqan (şəxs) Malik oğlu tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə qəbul edilmiş ## #### 2026-cı il tarixli, **/*-****** nömrəli qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Mustafayev X3 Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, **/*-****** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə inzibati xətaya dair materiala Qusar Rayon Məhkəməsində baxılmalı olması əsas gətirilərək, məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün materialın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Materialı nəzərdən keçirib hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) Malik oğlu barəsində IXM-in 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair material Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, IXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən isə IXM-in 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilən şikayətə şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılır. Şikayət və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, hazırda mübahisələndirilən ## #### 2026-cı il tarixli qərar Qusar Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ###### 2023-cü il tarixli, EQ/******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsindən sonra inzibati xəta haqqında işə yenidən baxılması nəticəsində qəbul edilmişdir. Mübahisələndirilən qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) istinad olunan inzibati xəta hadisəsi “Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə körpüsü, Yasamal RPI-nin qarşısı, Qələbə dairəsi ist” ünvanında aşkar edilmişdir. Beləliklə, törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin Bakı şəhərini Yasamal rayonu ərazisində baş verdiyi müəyyən edilir. Qeyd olunan inzibati xəta 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş istisna hallara aid olmadığından hazırkı materialın ərazi üzrə məhkəmə aidiyyəti IXM-in 129.1.3-cü maddəsinə əsasən müəyyən edilməlidir. Lakin nəzərə alınmalıdır ki, IXM-in 129.1-1-ci maddəsində şikayətçiyə IXM-in 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı şikayətə yaşayış yeri üzrə baxılması barədə vəsatət verə bilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, şikayətçi bu imkandan ərazi aidiyyəti üzrə qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli məhkəməyə müraciət edən zaman istifadə edə bilər. IXM-in 132.1-ci maddəsinə əsasən şikayətə baxmağa hazırlıq zamanı hakim işin aidiyyətini müəyyən edir və təqdim edilmiş vəsatətlərə baxır. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə baxılması barədə vəsatət təmin edildikdə şikayət bütün materiallarla birlikdə aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilir. Beləliklə, qanunun sistemli təhlilindən görünür ki, əvvəlcə şikayət ümumi aidiyyət qaydasına uyğun olaraq səlahiyyətli məhkəməyə təqdim edilməli, bundan sonra həmin məhkəmə tərəfindən yaşayış yeri üzrə baxılması barədə vəsatətə hüquqi qiymət verilərək onun təmin edilib-edilməməsi məsələsi həll olunmalıdır. Iş materiallarına əsasən törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin Bakı şəhərinin Yasamal rayonu ərazisində baş verdiyi müəyyən edilmişdir. IXM-in 129.1.3-cü maddəsinə əsasən şikayətə baxılması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan şikayətçinin materiala yaşayış yeri üzrə baxılması barədə vəsatətinə hüquqi qiymət verilməsi də məhz həmin məhkəmə tərəfindən həyata keçirilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi isə şikayətçinin təqdim etdiyi vəsatətə hüquqi qiymət vermədən materialı Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Odur ki, hazırkı material səlahiyyətli məhkəmə kimi vəsatətə hüquqi qiymət verilməsi və təmin olunduğu təqdirdə birbaşa Qusar Rayon Məhkəməsinə göndərilməsi üçün məhz Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) Malik oğlu tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə qəbul edilmiş ## #### 2026-cı il tarixli, **/*-****** nömrəli qərardan verilmiş şikayətə dair material vəsatətə hüquqi qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №3(3-6)-2547/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2547/2026
11.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver