Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2548/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun barəsində Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsin tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN 2484950 protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu apellyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkənin qərarı tamamilə qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə ləğv ediİməli və əməllərində inzibati xətanın tərkibi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Sabunçu Rayon Məhkəməsində o özünü İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilməmişdir və ifadəsində göstərmişdir ki, o heç vaxtı aliment ödənişindən yayınmamış, davamlı olaraq hər ay ödənişlər etmişdir. Səhhətində yaranmış problemlə əlaqədar işləyə bilmədiyinə görə borc yaranmış, üzrlü səbəbdən həmin borc məbləğini hal-hazırda birdəfəlik ödəməyə maddi imkanı olmasa da, göstərilən aliment borcunu hissə-hissə ödəməyə hazırdır. Eyni zamanda bildirmişdir ki, o ikinci dəfə ailə qurmuşdur, həmin nikahdan iki azyaşlı uşağı vardır, həyat yoldaşı və anası ağır xəstədir. ailə vəziyyətim ağırdır, səhhətimdə yaranmış problemlərlə əlaqədar işləyə bilmədiyimə görə hal-hazırda hər hansı qazancı və gəliri yoxdur. Belə olan halda mənim alimenti tam odəməməyim üzrsüz sayıla bilməz və mən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb oluna bilmərəm. Digər tərəfdən, onun haqqında icra məmuru tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilən bu günə olan aliment borcun 15323 manat təşkil edilməsi həqiqətə uyğun deyil, çünki tələbkar tərəfindən icra məmuru İ.A.Ağayeva bank ödənişlərin yalnız bir bankdan çıxarış təqdim edilmiş, digər bank çıxarışı tələbkar təqdim etmədiyi üçün yalnız əldə olunan qəbzlər əsasında borc hesablanmış, həmin məbləğ isə həddindən artıq hesablanmış və onun tərəfindən tələbkarın adına digər banka ödənilən məbləğlər nəzərə alınmamışdır. Bundan əlavə qeyd olunmalıdır ki, hal-hazırda uşaqların 18 yaşına çatması səbəbindən alimentin hesablanması dayanmışdır və o davamlı olaraq hər ay ödənişlər etdiyinə görə faktiki olaraq ümumi borcun məbləği getdikcə azalır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiyindən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Təqdim olunmuş materialı nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb, tərəfin çıxışını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2021-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 525 manat pulun tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair icra sənədini icra etməyərək ümumilikdə icra sənədi üzrə 15323 manat borcunu ödəməməklə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2021-ci tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birgə nikahından doğulmuş ## ###### 2026-cı il təvəllüdlü Həsənov Yusif Zəkəray oğlunun, ## ###### 2006-cı il təvəllüdlü X1 və ## ####### 2007-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2015-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün 175 manat aliment olmaqla, cəmi 525 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - İcraata başlamaq haqqında ## #### 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ### 2021-ci tarixli icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu hissə-hissə ödənişlər etmişdir. Heç vaxt tam məbləğdə ödəniş etməmiş, bəzi dövrlərdə isə ümumiyyətlə aliment ödəməmişdir. Ona görə də borc yaranmışdır. Onun ödədiyi bütün məbləğləri özündə qeyd etmişdir. Onun hesablamasına görə borclunun bu günə olan aliment borcu 18000 manat təşkil edir. İcra məmuru borcu düzgün hesablamamışdır. Məhkəmədən aliment borcunun ödənilməsini tələb etmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2006-cı il tarixli, * nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş iş materiallarından da göründüyü kimi icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğluna Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə həm rəsmi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. İnzibati tənbeh tətbiq edilməsi məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hesab edirəm ki, birinci instansiya məhkəməsi əsaslı olaraq barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi göstərilənləri və işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayətin dəliləri əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq qərara alıram: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2548/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2548/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver