Məhkəmə qərarları › İş №3(3-6)-2550/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2550/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2550/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Mərkəzi Bankı tərəfindən ## ##### 2026-cı il tarixli EP******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 11.308,80 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 2261.76 ABŞ dolları cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rəhbərlik etdiyim şirkətlə İndoneziya Respublikasının Palmas Prima tndonesiya şirkəti arasında bağlanmış ## #### 2024-cü il SC-MP/PP/001 III-**** saylı müqavilə üzrə 37696 dollar və # ### 2024-cü il tarixli SC- MP/PP/003 V-**** saylı müqavilələri üzrə isə 38000 dollar dəyərində sabun idxalı ilə bağlı müqavilə bağlanmışdır. İlkin müqavilə üzrə 30% yəni (11308.80) dollar dəyərində pul əvvəlcədən xarici şirkətin hesabına köçürülmüşdür. Bunun müqabilində dəyəri 38000 dollar olan mal ölkəyə idxal olunmuşdur. Mal ölkəyə daxil olduqdan sonra malın ümumi dəyərindən ödənilmiş məbləğ çıxılaraq Palmas Prima İndonesiya şirkətinə ödənilmişdir.Birinci müqavilə üzrə göstərilən şirkətə heç bir borcum qalmamışdır. Malın ikinci partiyası ölkəyə daxil olma vaxtı gəldikdə şirkət zavodun bağlandığını bəhanə edərək malı göndərə bilməyəcəyini bildirdi. Ödənişin müqabilində mənə məxsus mal ## ######## 2026-cı il tarixdə ölkəyə daxil olmuş və rəsmiləşdirilmişdir. Lakin Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərarla rəhbəri olduğum şirkət əsassız yerə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 11308 .80 manat vəsaitin 20% miqdarında yəni 2276.76 dollar dəyərində cərimə olunmuşdur. Bildirmişdir ki, ona məxsus şirkət tərəfindən xaricə göndərilmiş vəsaitin miqdarında mal ölkəyə daxil olaraq rəsmiləşdirilmişdir. Barəsində qəbul edilmiş qərar əsassız və qanunsuzdur. Ona görə də briinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclaslasında iştirak etmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru apellyasiya şikayətinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Mərkəzi Bankın nümayəndəsi iştirak etmədiyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş sənədlər: - İnzibati xəta haqqında 23 aprel 2026-cı il tarixli EP******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 11.308,80 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 11.308,80 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. - ## #### 2024-cü il tarixli “Contract”dan müəyyən edilir ki, həmin müqavilə satıcı-“ “PT Palmas Prima İndonesia” ilə Alıcı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC arasında bağlanmışdır. - ## #### 2024-cü il tarixli “İnvoice”dan müəyyən edilir ki, cəmi 37.696 ABŞ dolları olan mallar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən alınmışdır. - “xxxx” ASC tərəfindən Mərkəzi Bankına ## #### 2026-cı il tarixli məktubdan müəyyən edilir ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeydi-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın tələbi olaraq, idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində mal və ya xidmətin idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin siyahısında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC də vardır. - İnternet Vergi idarəsindən çıxarışdan müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin VÖEN-i **********-dir. Birinci instansiya məhkəməsi iş üzrə sübutları qiymətləndirərək hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində törədilmiş inzibati xətanın bilavasitə obyekti olmuş 11.308,80 ABŞ dolları məbləğində valyuta vəsaitinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 20 (iyirmi) faizi miqdarında cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədəmüvafiqdir Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əlavə edilmiş sənədlər inzbati xətanın törədilməsini istisna etmir. Təqdim edilmiş sənədlərdən görünür ki, qeyd olunan mal 2 il 6 aydan sonra idxal olunmuşdur. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd edilən inzibati xətanı törətməsi inzibati işin materialları ilə kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlmişdir. İnzibati tənbeh məsələsinə gəldikdə isə birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati təhbeh təyin edərkən qanuni və ədalətli inzibati təhbeh təyin etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən, hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati məsuliyyət yaradır Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, həmin qərarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş tərkib əlamətinin olması barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar