Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2557/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs (bundan sonra – zərərçəkmiş şəxs), barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) və onun müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsmayılova Xavər Bəxtiyar qızının (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xəzər rayon İcra şöbəsi (bundan sonra – səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 528.1-ci maddəsi ilə tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. Həmin protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədi (bundan sonra - icra sənədi) üzrə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim X1) ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verib, onun ləğv edilməsi və iş üzrə inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, o, Türkiyə Respublikasından qayıtdıqdan sonra icra sənədi ilə əlaqədar övladı Arvis Sadıqovu (bundan sonra - Arvis) atası ilə ünsiyyətinin təşkil edilməsi üçün əvvəlcə Binəqədi rayon İcra şöbəsinə, sonra isə səlahiyyətli orqana aparmışdır. ## #### 2026-cı il tarixdə Arvisi xəstələnməsi səbəbindən səlahiyyətli orqana apara bilməmiş, bu barədə icra məmuruna qabaqcadan məlumat vermişdir. O, Arvisə atası ilə görüşməməsi üçün psixoloji təzyiq göstərməmişdir. İş materiallarında bu halın əksini təsdiq edəcək sübut mövcud deyildir. Arvis atası ilə görüşlərdə sonuncu ilə ünsiyyətdə olmaqdan imtina etmiş, görüş günlərində psixoloji gərginlik keçirmişdir. İcra məmuru Arvisin atası ilə görüşünü psixoloqun iştirakı ilə təmin etsə də, həmin görüşlər təxminən 10-15 dəqiqə davam etmişdir. ## #### 2026-cı il tarixdə səlahiyyətli orqanda olarkən sabiq əri Zərərçəkmiş şəxs ona fiziki zor tətbiq etmiş, o və Arvis bu hala etiraz etmiş, sonuncu bu səbəbdən atası ilə ünsiyyətdə olmaqdan imtina etmişdir. İcra məmuru isə göstərdiyi hadisəni guya onun Arvisin atası ilə ünsiyyətinə mane olması kimi rəsmiləşdirmişdir. O, sonradan Arvisin dedikləri əsasında bilmişdir ki, həmin gün səlahiyyətli orqanda olarkən icra məmuru verdiyi müvafiq suala cavab olaraq Arvisin atası ilə görüşmək istəmədiyini deməsini videoçəkilişlə qeydə almışdır. Lakin icra məmuru həmin videogörüntünü məhkəməyə təqdim etməmişdir. Bu hal icra məmurunun ona qarşı qərəzli mövqe nümayiş etdirdiyini və onun təqsirsiz olmasını bildiyi halda, sübutları gizlədərək onun əsassız olaraq inzibati məsuliyyətə cəlb olunmasına şərait yaratdığı barədə nəticəyə gəlməyə əsas verir. Birinci instansiya məhkəməsi göstərdiyi halları nəzərə almamış, işin hallarını obyektiv araşdırmamış, 10 yaşlı Arvisin izahatını almamışdır. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi şikayətin dəlillərinə uyğun məzmunda izahat verib, onun təmin edilməsini xahiş etmiş, zərərçəkmiş şəxs isə şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında əlavə olaraq göstərmişdir ki, o, övladı Arvis Sadıqovun psixoloji inkişafını təmin etmək məqsədilə zərərçəkmiş şəxslə ünsiyyətdə olmasında həmişə maraqlı olmuş, indi də bu mövqedədir. Lakin sonuncu Arvislə ünsiyyəti düzgün qura bilmədiyinə, sonuncuya və ona qarşı aqressiv hərəkətlər etdiyinə görə Arvis zərərçəkmiş şəxslə ünsiyyətdə olmaq istəməmişdir. Apellyasiya məhkəməsi iclasında zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs övladları Arvis Sadıqovu onunla ünsiyyətdə olması üçün icra sənədində göstərilmiş tarix və vaxtda icra şöbəsinə gətirsə də, Arvisə onunla ünsiyyətdə olmaması üçün onun görmədiyi şəraitdə psixoloji təsir göstərmişdir. Buna görə də hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti mövcuddur. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqan vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi gəlməmiş, məhkəməyə bunun üzrlü səbəbi barədə məlumat verilməmişdir. Buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikasının İXM-in: - 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qiymətləndirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 100.5.4-cü maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. - 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edir ki, səlahiyyətli orqan tərtib etdiyi ## #### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun “müəyyən edildi” bölməsində yalnız icra sənədi üzrə icra edilməli olan tələbi göstərmiş, iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilmiş, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi yer, tarix, vaxt və mahiyyətini göstərməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi yekun qərarında bu halları dəqiqləşdirmədən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi yer, tarix, vaxt və onun mahiyyətini müəyyən etmədən, sonuncunu həmin maddə ilə təqsirli bilməklə, səlahiyyətli orqanın yol verdiyi yuxarıda göstərilən səhvi təkrarlamışdır. Apellyasiya instansiya məhkəməsi icra işindən iş materiallarına əlavə edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki,: - icra sənədinə əsasən zərərçəkmiş şəxsə ## ###### 2016-cı il təvəllüdlü övladı X3 ilə hər həftənin bazar günü 11:00-dan 17:00-dək maneəsiz və sərbəst şəkildə ünsiyyətdə olmaq hüququ verilmişdir. - ## ###### 2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlanılmış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. - İcra sənədi üzrə icra məmurunun tərtib etdiyi, həmçinin iş üzrə tərəflərin imzaları ilə təsdiq edilmiş: ## #### 2026-cı il tarixli aktda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbi icra etmək üçün övladı X3 orqana gətirmiş, icra sənədi üzrə tələb qismən icra edilmiş, növbəti görüş ## #### 2026-cı il tarixə təyin edilmişdir. Arvis Sadıqovun psixoloqla ünsiyyətdə olmağa ehtiyacı vardır. ## #### 2026-cı il tarixli aktda göstərilmişdir ki, icra sənədi üzrə tələbin icra edilməsi üçün səlahiyyyətli orqana psixoloq dəvət olunmuş, X3 ilə danışıqlar aparılmış, zərərçəkmiş şəxs Arvis Sadıqovu səlahiyyətli orqandan aparacağı və anasına qaytaracağı vaxt, yer barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə razılaşmışdır. ## #### 2026-cı il tarixli aktda isə göstərilmişdir ki, icra sənədi üzrə tələbin icrası ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqana gətirdiyi X3 zərərçəkmiş şəxslə görüşməkdən imtina etmiş, sonuncu ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında münaqişə yaranmış, sonuncu zərərçəkmiş şəxsin ona qarşı kobudluq etdiyini bildirmiş, bu zaman Arvis Sadıqov səsini yüksəldərək atası ilə görüşmək istəmədiyini demişdir. Apellyasiya instansiya məhkəməsi həmin aktlar əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbin icrası ilə əlaqədar azyaşlı övladı X3 zərərçəkmiş şəxslə ünsiyyətdə olması üçün səlahiyyətli orqana gətirməsi, bu halla bağlı hər hansı problem yaratmaması, amma Arvis Sadıqovun zərərçəkmiş şəxslə ünsiyyətdə olmaq istəməməsi, buna görə də icra prosesinə psixoloqun dəvət edilməsi, yenə də icra prosesində istənilən nəticənin əldə edilməməsini müəyyən etmiş, başqa sözlə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbin icrasından yayınmaq məqsədilə Arvis Sadıqovu səlahiyyətli orqana gətirməməsi və ya üzrsüz səbəbdən gətirməməsi, yaxud səlahiyyətli orqanda keçirilmiş icra prosesində görüşə mane olmaq məqsədilə hər hansı hərəkət etməsini müəyyən etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi icra sənədi üzrə tələbin icrası zamanı 10 yaşlı X3 hansı səbəbdən zərərçəkmiş şəxslə ünsiyyətə girmək istəməməsi, bununla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Arvis Sadıqova hər hansı formada təsir edib-etməməsi, ## #### 2026-cı il tarixdə icra məmurunun Arvis Sadıqovdan bu hallarla bağlı videoçəkilişlə izahat alıb-almamasının və qeyd edilənlərlə bağlı digər əhəmiyyətli halların araşdırılması məqsədilə Arvis Sadıqovun və icra işinə dəvət edilmiş psixoloqun izahatlarını almamış, həmin psixoloqun Arvis Sadıqovun psixoloji vəziyyəti haqqında rəyini almamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki qərarın əsaslandırıcı hissəsində göstərilən məzmunda pozuntulara yol verməklə, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaması səbəbindən iş üzrə inzibati xəta haqqında hazırki icraat materialları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə tələbi icra etməməsi və icra edilməsinə süni maneələr yaratmasından ibarət təqsirli hərəkətlər etməsi və ya icra sənədinin icrasına yönələn hərəkətləri etməkdən yayınmasından ibarət hərəkətsizlik göstərməsi, beləliklə də, əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması barədə nəticəyə gəlməyə əsas vermir. Azərbaycan Respublikası İXM-in: - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən ibarət olan materiallar hazırki qərarın əsaslandırıcı hissəsində qeyd edilən istiqamətlərdə araşdırma aparılmaqla, yenidən baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-nin 135.1.1 və 134.1.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən ibarət olan materiallar hazırki qərarın əsaslandırıcı hissəsində qeyd edilən istiqamətlərdə araşdırma aparılmaqla, yenidən baxılması üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2557/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2557/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver