Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2558/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Məhkəmə iclasında videozəng vasitəsilə əlaqə yaradılan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhər Baş Polis Idarəsi X1 Idarəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək iş materialları baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Iş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, qeyd edir ki, protokolda qeyd olunan saat 06:30-da o, yaşadığı evdə olmuş və 07:00-da evdən çıxmışdır. O, avtomobilini idarə edən zaman səbəbsiz olaraq polis əməkdaları onu saxlamış və sərxoşluq vəziyyətini yoxlamalı olduqlarını bildirmişlər. O da buna etiraz etməyərək alkotesterlə yoxlanılmışdır. Lakin, alkotesterdə sərxoşluğu müəyyən olunmamışdır. Sonradan polis əməkdaşı yenidən yoxlanılmalı olduğunu təkid etmişdir. O, həmin vaxt işə gecikdiyini və vaxtında çata bilməyəcəyini bildirərək, buna narazılığımı ifadə etmişdir. Bu zaman ona bildirilmişdir ki, imza etsə onu tez buraxacaqlar. O, iş yerinə gecikməmək üçün razılıq verib sənədlərə imza etmişdir. Daha sonra imza etməli olmadığını, polis əməkdaşlarının onu aldadaraq imzanı əldə etdiklərini düşünərək tibbi müayinədən keçmək üçün müvafiq qürüma müraciət etdi və tibbi müayinədən keçdi. Sözügedən müayinə aktında ayıq olduğu müəyyən olundu. Daha sonra müayinə aktını polis əməkdaşlarına təqdim etmək istədi, lakin onlar qəbul etməyərək işi məhkəməyə göndərəcəklərini bildirdilər. Məhkəmə iclasına videozəng vasitəsilə əlaqə yaradılan iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqan tərəfindən nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını iddia edilərək tələbi IXM-in 135.1.1 və 135.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.1 və 135.1.2-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri, izahatı, sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətinin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ## #### 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs saxlanılan zamanı sərxoş olmamasını bildirsə də, xəta törədilən zaman sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən müəyyən olunur ki, müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs alkoqolun miqdarı 0,401% promill olmuşdur. O, izahatında alkotesterin nəticəsinin kifayət etdiyini, həkimə getməyə ehtiyac olmadığını bildirmiş, bir daha sərxoş vəziyyətdə avtomobil idarə etməyəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tibbi müayinəyə aparılmadığını iddia etsə də, bu dəlil də əsaslı olmamışdır. Çünki, IXM-in 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşdığından tibbi müayinəyə aparılmasına zərurət olmamışdır. Məhkəmə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna münasibətdə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin gün saat 06:25-də xüsusi texniki müayinədən keçmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu üzrə müayinə isə 2 saat 31 dəqiqədən sonra saat 08:56-da aparılmışdır. Göründüyü kimi, müayinələr arasında vaxt fasiləsi olmuş, saat 06:25-də sərxoş olmuş şəxsin 2 saat 31 dəqiqədən sonra ayıq olunması mümkün olmaqla, şəxsin saat 06:25-də sərxoş olmasını təkzib etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatları aldatma nəticəsində verməsi barədə dəlillər irəli sürsə də bu əsaslı görünməmiş, onun aldadılması iddiaları müvafiq dəlillərlə dəstəklənməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, hazırki iş üzrə toplanmış sübutlar kifayət etmiş və həmin sübutlar yekun nəticəyə gəlməyə imkan vermişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2558/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2558/2026
20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver