Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2559/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, ## #### 1976-cı ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Lerik rayonu, Şingədulan ərazi dairəsi, Şingədulan kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, R Abbas Novruzov tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə ##.##.2026-cı il tarixli MN ******* saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Ramilə Xəzri) Nəzərov Mədə Arif oğlu Azərbaycan Respublikası İXMin 510.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulmuş bir ay müddətinə inzibati həbs seçilməsi və məhkəmə zalından dərhal həbs edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dəfələrlə, sonuncu dəfə isə ## ###### 2026-cı ildə “Tik-tok” sosial şəbəkəsində özünün yaratdığı müxtəlif adlar vasitəsilə onun və azyaşlı övladlarının (##.##.2008-ci il təvəllüdlü X2, ##.##.2011-ci il təvəllüdlü X1) foto və videolarını, həmçinin onun mobil telefon nömrəsini paylaşaraq, onu və azyaşlı övladlarını sosial şəbəkə vasitəsilə rüsvay edir və onları özünü öldürmək həddinə gətirir. İşə baxan məhkəmə, yəqin ki bu şəxsin 50-dən artıq yaşı olmasına baxmayaraq, öz müsbət əməlləri ilə cavanlara nümunə olmaq əvəzinə, bu cür əxlaqsız və mənəviyyatsız hərəkətlərə yol verməsini ağırlaşdırıcı hal kimi nəzərə almaq əvəzinə, onu ən aşağı həddə 500 manat cərimə etməsini başa düşə bilmir. Halbuki bu qərarı qəbul edən şəxsin özü də xanımdı, ən azından qadınlar barəsində bu cür əxlaqa sığmayan hərəkətləri edən şəxs ən ağır cəzaya layiqdir. Halbuki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ## ###### 2025-ci il tarixli *** saylı sərəncamı ilə “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmiş, 2026–2028-ci illəri əhatə edən proqram qadınların hüquqlarının qorunması, cəmiyyətdə və idarəetmədə rolunun artırılması məqsədi daşıyır. Bu şəxsin niyyəti onu və övladlarını rüsvay etmək, yaşadıqları Binə qəsəbəsində qonşuların və iş yoldaşlarının yanında nüfuzdan salmaqdan ibarətdir. Çünki həmin şəxs də Binə qəsəbəsində ev alqı-satqısı ilə məşğuldur. Bu şəxs onu da bezdirib Binə qəsəbəsində ev alqı-satqısı ilə məşğul olmaqdan imtina etməsi üçün bu cür vasitələrlə ona təzyiqlər edir. Nəticədə tanımadığı müxtəlif şəxslər bu şəxsin sosial şəbəkələrdə yaydığı mobil telefon nömrəsinə zəng edərək əxlaqsız təkliflər edir və onu bir insan kimi rahat yaşamağa imkan vermirlər. Bu əməlləri hazırda da törətməkdə davam edən şəxsə qarşı ən aşağı həddə cəza vermək nə dərəcədə düzgündür? Budurmu Prezidentimizin təsdiq etdiyi qəbul Milli Fəaliyyət planının icrası? Məhkəmə nəzərə almır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazırda da özünün sosial şəbəkələr vasitəsilə yaratdığı səhifələri bağlamamış və internet informasiya resurslarında barəsində yazdığı əxlaqsız məlumatları və görüntüləri silməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu şəxs öz əməlindən peşmandır. Bu adam necə peşmandı ki, özünün yaydığı yalan məlumatların sosial şəbəkələrdə necə yayılmasından məlumatsız olduğunu, heç bir sosial şəbəkəyə videoların onun tərəfindən yayılmadığını məhkəməyə bildirir. Bu hal onu sübut edir ki, bu adam öz əməlindən hər hansı peşmançılıq çəkmir, cərimə cəzası onun üçün islah olunma vasitəsi deyil və sosial şəbəkələrdə bugünədək paylaşdığı məlumatları silməyib. Birinci instansiya məhkəməsi qeyd edir ki, işə baxarkən təqsirin dərəcəsini, onu şəxsiyyətini və digər halları nəzərə alıb. Halbuki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində hər hansı yüngülləşdirici hal mövcud olmadığı və onun yaydığı saxta məlumatları və görüntüləri bugünədək silmədiyi və ondan etdiyi bu hərəkətlərə son qoyub üzr istəmədiyi, onun hazırda da şikayətçi olduğu halda, həmin şəxs barəsində həbslə bağlı olmayan inzibati cərimə növündə cəza təyin etməkdə haqlı olmamışdır. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qərəzli olaraq onu sosial şəbəkələr vasitəsilə rüsvay edir, onu cəmiyyətdə əxlaqsız şəxs kimi tanıtmağa yönəlik addımlar atır və müxtəlif şəxslərin onu narahat etməsinə səbəb olur. Birinci instansiya məhkəməsində məhkəmə işin hallarını ətraflı araşdırmamış, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində hər hansı yüngülləşdirici halların olmamasını, bunun əksinə yaydığı videolarda onun və azyaşlı övladlarının barəsində saxta video və foto görüntülərin hələ də silinməməsini, onun məhkəmə iclasında iştirakının təmin edilməməsini nəzərə almamışdır. O məhkəmə iclasında iştirakı təmin ediləcəyi təqdirdə, bütün sübutları məhkəməyə təqdim edəcək. Bu adam əməlindən peşman olmasını formal olaraq bildirsə də, bu əməllərin onun tərəfindən edilmədiyini bildirir. Bunu necə başa düşmək olar? Əgər sən etməmisənsə, hansı əməlindən və niyə peşman olursan? Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, iş materiallarını araşdırıb, proses iştirakçılarının çıxışını dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Birinci instansiya məhkəməsində etdiyi çıxışında da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən bu inzibati xətanın törədilməsi təkzib edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilmişdir. Həmin Məcəllənin 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin sanksiyasından da göründüyü kimi, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə həm cərimə, həm də inzibati həbs növündə tənbeh tədbirləri nəzərdə tutulmuş, inzibati həbs növündə tənbehin tətbiq edilməsi əsası kimi cərimə növündə tənbeh tədbirinin tətbiqinin inzibati tənbehin məqsədlərini təmin etmək baxımından kifayət sayılmaması və xətanı törədənin şəxsiyyətinin nəzərə alınmalı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh növünü və həddini seçərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh tətbiq etmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə almışdır. Şikayətin dəlillərinə münasibətdə, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarının tələblərinə əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2559/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2559/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver