Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2560/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin sədri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müdafiəçisi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Union Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin sədri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə həmin hissədə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və onun barəsində 5.000 (beş min) manat məbləğində inzibati cərimənin tətbiq edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Materialdan görünür ki, ## #### 2026-cı il tarixdə hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin və həmin Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin sədri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1 ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokollar və onlara əlavə edilmiş materiallar bir icraatda birləşdirilməklə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə həmin hissədə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, hüquqi və faktiki ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 72 ünvanı olan (VÖEN: **********) hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və onun barəsində 5.000 (beş min) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya qaydasında şikayət verərək, həmin qərarın barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və barəsində 5.000 (beş min) manat məbləğində inzibati cərimə tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Inzibati Məcəllənin tələbləri baxımından Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunduqda inzibati xəta haqqında elektron protokol tərtib edilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Lakin işçinin ## ##### 2026-cı il tarixində xəsarət almasından dərhal sonra inzibati orqana məlumat verilsə də, inzibati orqan tərəfindən inzibati xəta tərkibinin mövcud olduğu iddia edilən əmələ münasibətdə yalnız ## #### 2026-cı il tarixində protokol qəbul edilmişdir. Hazırkı işdə isə inzibati orqan qanunvericinin və Konstitusiya Məhkəməsinin mövqeyinə zidd olaraq prosessual müddətlərə əhəmiyyət verməmişdir və nəticədə müddəti ötürərək əsassız olaraq protokol tərtib etmişdir, məhkəmə isə bu faktı qiymətləndirməmiş, inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsini yoxlamadan qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq belə nəticəyə gəlmək olur ki, baxılan inzibati xəta haqqında iş üzrə hüquqi şəxsin əməlində inzibati xəta hadisəsi mövcud deyildir və inzibati orqan tərəfindən inzibati xəta üzrə icraat prosessual müddətlərə və qaydalara əməl edilmədən aparılmışdır. Birinci instanasiya məhkəməsi isə işə baxarkən sadalanan hallara düzgün hüquqi qiymət vermədən qərar çıxarmışdır. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti apellyasiya qaydasında şikayəti verərək, həmin qərarın ləğv edilməsini və Xidmət tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, dövlət orqanlarının elektron informasiya sistemlərindən əldə olunan rəsmi məlumatlara əsasən Xidmət tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən işçinin icbari sığortalanmasını həyata keçirilmədiyi müəyyən edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda işçinin icbari sığortalanmasını təmin etmədiyinə görə, haqlı olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə barəsində elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən “Işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir”. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılması nəzərdə tutulmuşdur. Həmçinin “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Göründüyü kimi X6 Xidməti iş üzrə səlahiyyətli orqan kimi qanun pozuntusunun və işçinin hüquqlarının bərpası məqsədilə üzərinə düşən bütün vəzifələri qanuni və şəffaf şəkildə icra etmişdir. Məhkəmə isə X6 Xidmətindən fərqli olaraq iş materiallarına qiymət vermədən və araşdırmadan, naməlum səbəblərdən inzibati xəta törətmiş şəxsi əsassız və qərəzli şəkildə müdafiə etmək məqsədi ilə ümumiyyətlə inzibati xəta tərkibinin olmadığını irəli sürüb işçinin hüquqlarını pozan və qanuna zidd olan qərar qəbul etmişdir. Iş materiallarında olan sənədlərə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı qanunvericiliyin tələblərinə tam uyğun olması öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X1 verdikləri apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin sədri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 müdafiəçisi və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Union Vəkil Bürosunun vəkili Nümayəndə verdikləri apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin sədri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 aid hissədə ləğv edilməli və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən təqdim edilmiş ## #### 2026-cı il tarixli, MN № ******* və MN № ******* nömrəli inzibati xəta haqqında protokollardan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq işçisi X9 ## ##### 2026-cı il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərinin pozulduğu, yəni hər bir işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir. Buna görə ## #### 2026-cı il tarixdə hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və həmin Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin sədri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində X6 Xidmətinin Bakı şəhər Idarəsinin məsləhətçi əmək müfəttişi X4 tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Iş materiallarında olan “xxxx” X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanlanmış ## ##### 2026-cı il tarixli məktubdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin “Azərekspresspoçt” RM-in moto-kuryeri X10 ## ##### 2026-cı il tarixində, saat 15:30-da Nərimanov rayonu ərazisində yerləşən “xxxx” QSC-nin qarşısında idarə etdiyi motosikldən düşərkən ayağından xəsarət almışdır. Iş materiallarında olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X5 arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, X5 ## ###### 2026 cı il tarixdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir. Iş materiallarında olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin üzvü X5 ilə X10 arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, X10 ## ##### 2026-cı il tarixdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin “Azərekspresspoçt” RM-in müştəri xidmətləri şöbəsinə ştatdankənar motokuryer vəzifəsinə təyin edilmişdir. Iş materiallarında olan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin üzvü X5 ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 arasında bağlanılmış əmək müqaviləsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ## ##### 2026-cı il tarixdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər Idarəsi hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinə ## ### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərərək bildirmişlər ki, X9 ##.##.2026-cı il tarixdə xəsarət alması ilə bağlı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanladığı müraciətə X6 Xidmətində (bundan sonra - Xidmət) baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq müraciətinizə münasibət bildirilməsi və vətəndaş Muhəmmədəli Budaqova aid iş vaxtının uçotu cədvəlindən çıxarış (2025ci ilin avqust və sentyabr ayları üzrə), iş vaxtının uçotu cədvəlindən çıxarış (2026-cı ilin aprel ayı üzrə), əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatlar haqqında sənədlərdən çıxarışlar, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarış və təminat dövrünü əhatə edən sənədlərin surətlərinin 7 (yeddi) iş günü ərzində Xidmətə (ünvan: AZ 1114 Bakı şəhəri Svetana Məmmədova küçəsi 107) təqdim edilməsi xahiş olunmuşdur. Iş materiallarında olan sənədin elektron kabinetə yerləşdirilməsi haqqında arayışdan görünür ki, ## ### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub həmin tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinə çatdırılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər Idarəsi hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və həmin Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin sədri vəzifəsini icra edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ## #### 2026-cı il tarixdə *-**-*/*-*****/**** nömrəli məktub göndərərək bildirmişlər ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi X10 ## ##### 2026-cı il tarixdə xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər Idarəsində araşdırma aparılır. X6 Xidmətinin Bakı şəhər idarəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə ## #### 2026-cı il tarixdə, saat 11:00-da * saylı Bakı DOST Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Ismayıl Qutqaşınlı 86 və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetlərinə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunmuşlar. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin sədri vəzifəsini icra edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və ya səlahiyyətli nümayəndənin iştirakının təmin edilməsi və iş üzrə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmçinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Məsələnin daha operativ həlli məqsədilə müvafiq sənədlərin elektron ünvan 1 elektron poçt ünvanına göndərilməsi mümkündür. (Əlaqələndirici şəxs – Adilə Zeynallı) Qeyd:Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 57.3-cü maddəsinə əsasən ünvan sahibi olmadıqda bildiriş ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Bildirişi və ya inzibati xətalar haqqında işlər üzrə digər sənədləri qəbul etməkdən imtina edən və səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı, yaxud onun işlədiyi yer üzrə müdriyyətin vəzifəli şəxsləri Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 531-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunurlar. Iş materiallarında olan sənədin elektron kabinetə yerləşdirilməsi haqqında arayışdan görünür ki, ## #### 2026-cı il tarixdə *-**-*/*-*****/**** nömrəli məktub elektron kabinetə yerləşdirilmiş və ## #### 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinə çatdırılmışdır. Iş materiallarında olan Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli, *-**-*-*-*/*-*****/**** nömrəli çıxarışdan görünür ki, (VÖEN) ********** dövlət qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki qanuni təmsilçisi X5, hazırki qanuni təmsilçisi isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1dur. Iş materiallarında olan X10 tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin sədri vəzifəsini icra edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 ünvanlanmış ## ##### 2026-cı il tarixli ərizənin surətindən görünür ki, sonuncu ## ### 2026-cı il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını ətraflı tədqiq edərək hesab etmişdir ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Idarə heyətinin sədri vəzifəsini icra edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyəti və təqsirliliyi sübuta yetirilmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 daxil olmuş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 nümayəndələrinin izahatlarını və iş materiallarında olan mötəbər sübutların məcmusunu ətraflı tədqiq edərək belə qənaətə gəlmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, hazırki işin faktiki hallarından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Idarə Heyətinin sədri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti müəyyən edilmir və təqsirliliyi sübuta yetirilmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X10 ## ##### 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətində əmək fəaliyyətinə başlamış və onunla əmək müqaviləsi həmin dövrdə cəmiyyətin qanuni təmsilçisi və Idarə Heyətinin üzvü olan X5 tərəfindən bağlanmışdır. Işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi öhdəliyi də məhz əmək münasibətlərinin yarandığı anda işəgötürəni təmsil edən vəzifəli şəxsin səlahiyyətlərinə aid olmuşdur. Iş materiallarından görünür ki, barəsində protokol tərtib edilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 yalnız sonradan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin üzvü təyin edilmiş, daha sonra cəmiyyətin qanuni təmsilçisi olmuşdur. Iddia olunan inzibati xətanın baş verdiyi dövrdə isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1, hələ Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olmamış, X10 ilə əmək müqaviləsinin bağlanmasında iştirak etməmiş, həmin işçi barəsində icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi ilə bağlı hüquqi vəzifə daşımamış, həmin vəzifəni isə birbaşa işəgötürən Isi Mustafayev daşımışdır. Hazırkı iş üzrə isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 üzərinə aid edilə biləcək hər hansı hərəkət və ya hərəkətsizlik, habelə onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın obyektiv tərəfini təşkil edən əməli törətməsinə aidiyyəti və təqsirliliyi iş materiallarında olan sübutlarla təsdiq edilmir. Məhkəmə birinci instansiyanın bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Məhkəmə işə baxılmasında, yalnız barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən onun müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan irəli sürdüyü mülahizələrə əsaslanmışdır. Inzibati xəta haqqında qərar qəbul etmiş orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq iş üzrə icraata xitam verilmişdir. Belə ki, dövlət orqanlarının elektron informasiya sistemlərindən əldə olunan rəsmi məlumatlara əsasən Xidmət tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən işçinin icbari sığortalanmasını həyata keçirilmədiyi müəyyən edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda işçinin icbari sığortalanmasını təmin etmədiyinə görə, haqlı olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə barəsində elektron qərar qəbul edilmişdir. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1 -1 -ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Bundan başqa, “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “Icbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. Göründüyü kimi X6 Xidməti iş üzrə səlahiyyətli orqan kimi qanun pozuntusunun və işçinin hüquqlarının bərpası məqsədilə üzərinə düşən bütün vəzifələri qanuni və şəffaf şəkildə icra etmişdir. Məhkəmə isə X6 Xidmətindən fərqli olaraq iş materiallarına qiymət vermədən və araşdırmadan, naməlum səbəblərdən inzibati xəta törətmiş şəxsi əsassız və qərəzli şəkildə müdafiə etmək məqsədi ilə ümumiyyətlə inzibati xəta tərkibinin olmadığını irəli sürüb işçinin hüquqlarını pozan və qanuna zidd olan qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən, “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsinin bağlamımayaraq Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan maliyyə və sığorta qanunvericiliyinə, habelə əlavə obyekti sayılan əmək qanunvericiliyinə ziyan vurulmuşdur. Inzibati xəta tərkibinin obyektiv cəhəti barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməyərək “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanılmasını təmin etməməkdə (hərəkətsizliklə) ifadə olunmuşdur. Eyni zamanda, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik təşkilat olduğundan tam əhatə olunur və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edliir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlməmişdir. Belə ki, hüquqi şəxsin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 vəzifədə olan zaman əmək müqavilə bağlanmasa da inzibati xətanın uzanan xəta olması səbəbindən inzibati xəta onun rəhbərliyi dövründə aşkar edilmiş və hüquqi qiymət verilmişdir. Ona görə hüquqi şəxsin rəhbəri kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin tərkib əlamətləri olmuşdur. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qismən, xitam hissədə ləğv edilməlidir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, xətanı törədən şəxsin təqsirini və ya işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakim və səlahiyyətli orqanın əsaslana bildiyi faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, icraat aparılan şəxsin, zərərçəkmişin və şahidlərin izahatları ilə, şəxsin təqsirini təsdiq edən digər sənədlərlə, ekspertizanın rəyləri ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla, eləcə də mötəbər sənədlərlə müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. Inzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik– davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Iş materiallarında olan sənədlərə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyəti və Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmətin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə tam uyğun olması öz təsdiqini tapmışdır. Şikayətdə səlahiyyətli orqanın barəsində prosessual pozuntu olaraq qeyd edilmişdir ki, səlahiyyətli inzibati orqan inzibati xətanı aşkar etdikdən dərhal sonra protokol tərtib etməli olduğu halda uzun müddət sonra tərtib etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasn inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. Göründüyü kimi qanunvericilik bir gündən daha artıq müddətdə protokolun tərtib edilməsini təsbit etmişdir. Məhkəmə qərarının barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsirli bilinməsinə dair hissəsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qəbul olunmuş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinin Idarə Heyətinin sədri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 aid hissədə ləğv edilsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı hüquqi şəxs barəsində inzibati xəta haqqında icraat aparılan şəxs2 Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2560/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2560/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver