Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2564/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən X1, aidiyyət barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar mübahisəni həll etmək məqsədilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 332.2 və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) yetkinlik yaşına çatmamışdır. IXM-in 110.2-ci madəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılmalı olduğundan hazırkı materiala onun yaşayış yeri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə inzibati xətaya dair materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olması əsas gətirilərək, məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün materialın Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə şikayətə baxılmasının aidiyyəti Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində nəzərdə tutulmuş ümumi qaydaya əsasən, inzibati xətanın törədildiyi yer üzrə müəyyən edilməlidir. Materialı nəzərdən keçirib hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində IXM-in 332.2 və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, IXM-in 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. IXM-in 110.2-ci maddəsinə əsasən tetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən isə IXM-in 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilən şikayətə şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılır. Şikayət və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, yetkinlik yaşına çatmayan şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati orqan tərəfindən icraat aparılmış və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırda barəsində müvafiq qərar qəbul edilmiş şəxs şikayət verərək inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmasını xahiş edir. Belə olan halda hazırkı materialın ərazi üzrə məhkəmə aidiyyəti IXM-in 110.2-ci maddəsinə (inzibati xəta haqqında işlərə ilkin baxılması zamanı işin baxılması yeri) əsasən deyil, həmin Məcəllənin 63.1 və 129.1.3-cü maddələrinə (inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan verilmiş şikayət və ya protest əsasında iş üzrə qərara yenidən baxılması) əsasən müəyyən edilməlidir. Iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərara əsasən törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin Bakı şəhərinin Suraxanı rayonu ərazisində baş verdiyi müəyyən olunur. Eyni zamanda qeyd olunmalıdır ki, barəsində inzibati icraat aparılan şəxs tərəfindən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatət təqdim edilməmişdir. Belə olan halda törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi Bakı şəhərinin Suraxanı rayonu ərazisində baş verdiyindən hazırkı materiala məhz Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin, qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. IXM-də məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosessual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 77.1-ci maddəsinə istinad olunmalıdır. CPM-in 77.1-ci mаddəsinə əsаsən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh edilənlərə əsasən və CPM-in 77-ci mаddəsini rəhbər tutaraq, QƏRARA ALDIM: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.2 və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP ******* nömrəli qərardan verilmiş şikayətə dair material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №3(3-6)-2564/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2564/2026
12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver