Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2565/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Hüseynov Ələddin Qulam oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, 2(001)- ***/**** saylı icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətə inzibati həbs edilmişdir. Həbsdə saxlama müddətinin əvvəli ## ###### 2026-cı il tarixdən hesablanmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə həbs edilmişdir. Həmin qərarla razı deyil və köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şikayətin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliyə uyğun məlumatlandırılmış icra şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsinin mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -## ###### 2026-cı il tarixdə icra məmuru tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, qərar həmin tarixdə “tələbin könüllü icrasına dair bildiriş”lə birlikdə borcluya göndərilmişdir. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-93)- ****/**** saylı qərarına əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, barəsində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərarına əsasən tələbkar Musayeva (Əliyeva) Xəyalə Zakir qızının şikayəti təmin edilmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Hüseynov Ələddin Qulam oğlu tərəfindən tərtib olunmuş ## #### 2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. -## #### 2026-cı il tarixli qərara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Birinci instansiya məhkəməsi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Eyni zamanda iş materaillarının tədqiqi zamanı aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlu daha əvvəl İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə təqsirli bilinərək cərimə edilsə də cəzadan nəticə çıxarmamış və tələbkara olan borcunu ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun barəsində iznibati həbsin seçilməsi qərarı tam ədalətli qərardır. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı inzibati iş üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun barəsində inzibati təhbeh təyin edilərkən qanuni və ədalətli inzibati təhbeh təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Məcəllənin: 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh verilməsi haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilməklə tərtib edilərək qəbul edilmişdir, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı isə şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq qərara a l ı r a m: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Akif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2565/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2565/2026
11.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver