Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2567/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, İbrahimova İlahə Arif qızının katibliyi ilə, İsbatov Həmid Hacıbaba oğlunın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Bakı Şəhər X1 İdarəsinin İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə” qərarı ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Bakı Şəhər BPİ-nin X1 İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İsbatov Həmid Hacıbaba oğlu barəsində ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə” haqqında qərar ona görə qəbul edilmişdir ki, o, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İsbatov Həmid Hacıbaba oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 12##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, # ### 2026-cı il tarixli qərarı ilə şikayətin qismən təmin edilməsi, İsbatov Həmid Hacıbaba oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə geri qaytarılması qərara alınmışdır. Bakı Şəhər X1 İdarəsinin İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş ##.#.2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə” qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə İsbatov Həmid Hacıbaba oğlu barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İsbatov Həmid Hacıbaba oğlu şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixində Bakı şəhəri Nəsimi rayonu Moskva prospektindən üzü 3-cü mikrorayon dairəsi üzrə hərəkət etmiş, daha sonra 20 Yanvar dairəsində əsas işıqforun yaşıl işığında hərəkətini davam etdirmişdir. O, 6 metr öndə olarkən dublyor işıqforda sarı işığın anidən yanması və1 saniyə aralıqla qırmızı işığa keçid etmişdir. “X4 Qanun”un 76-cı maddəsinin IV hissəsində qeyd olunub ki, svetoforun yaşıl işığında yolayrıcına daxil olmuş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun (dublyor svetoforun) işığından asılı olmayaraq hərəkətini davam etdirə bilər. Hərəkətini qaydalar çərçivəsində davam etdirib 20 Yanvar dairəsində işıqforun qabağında stop-xətlər (5.33 nişanı) qarşısında dayanmışdır. Bu zaman Rövşən Cəfərov küçəsi adlanan ərazidə Bakı şəhəri X1 əməkdaşları tərəfindən saxlanılmışdır. Bakı şəhəri DYPİ-nin əməkdaşı ona videogörüntünü təqdim etdi. Ona düzgün şəkildə izah etdiyinə baxmayaraq israrla öz ittihamını irəli sürmüşdür. Yaşıl işığı guya ki, ərazidə yerləşən aptekin yaşıl işığı ilə səhv salmışdır. Vəzifə borcunu layiqincə yerinə yetirməyən DYPİ-nin əməkdaşı tərəfindən ona protokol tərtib edərək İXM-in 327.2 maddəsinə əsasən cərimə tətbiq edilmişdir. Həmin protokola əsasən ##.##.2026-cı il tarixində TP******* nömrəli qərar qəbul edilmişdir. *(*-**)-****/**** nömrəli işin yekun qərarın mənim leyhimə olmasına rəğmən X1 ## #### 2026-cı il tarixindən həmin cəriməni yenidən qərara mindirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qərarın ləğv edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə İsbatov Həmid Hacıbaba oğlu tərəfindən verilmiş şikayət təmin edilmiş, İsbatov Həmid Hacıbaba oğlunın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Bakı Şəhər X1 İdarəsinin İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş ##.#.2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə” qərarı ləğv edilmiş, İsbatov Həmid Hacıbaba oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından narazı qalan Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini, İsbatov Həmid Hacıbaba oğlu barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarı qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Azərbaycan. Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibatı xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Belə k, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə görə inzibati xətanın mövcudluğu və onun aşkarlanması inzibati xəta haqqında protokolun tərtib olunrpası ilə yekunlaşır. ;„İnzibati xəta haqqında protokol özünün mahiyyəti etibarı ilə onu tərtib etmiş şəxsdən başlayaraq,xəta törətmiş şəxs barəsində məlumatı, bu barədə itihamı, onun izahatını, şahidlär barəsində məlumatları, ilkin sübutlar haqqında məlumatları, inzibati xəta törətmiş şəxşin hüquq və vəzifələrinin izahı və inzibati xəta haqqında protokolla inzibati xəta törətmiş şəxsin tanış edilməsi barədə məlumatları əks etdirir ki, geniş mənada inzibati xəta haqqında protokolun mahiyyəti üzrə izahı verilmiş olunsa, onda inzibati xəta haqqında protokolu cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş ittiham aktı ilə eyniləşdirmək olar. İnzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun qaydada tərtib edilmişdir. Hakim iş üzrə toplanmış sübutlara tam və obyektiv hüquqi qiymət verməmişdir. İnzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli vəzifəli şəxs tərəfindən xidməti vəzifələrinin icrası zamanı bilavasitə aşkar edilmiş hüquqpozma əsasında tərtib edilmiş rəsmi prosessual sənədlərdir. Bu sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş sübut növlərindən hesab olunur və məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Məhkəmə qərarında əsas arqument kimi inzibati orqan tərəfindən şəxsin təqsirini təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyi göstərilmişdir. Lakin məhkəmə işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan yalnız həmin halı əsas götürərək inzibati xəta haqqında qərarı ləğv etmiş və icraata xitam vermişdir. İnzibati, xəta haqqında protokol qanunla müəyyən edilmiş qaydada səlahiyyətli vəzifəli şəxs tərəfindən tərtib edilmiş rəsmi prosessual sənəddir və onun düzgünlüyü əks sübutlarla təkzib edilmədiyi halda sübut kimi qiymətləndirilməlidir. Məhkəmə həmin protokolun etibarlılığına dair hüquqi qiymət verməmişdir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etmirlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhər X1 İdarəsinin İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə” qərara əsasən İsbatov Həmid Hacıbaba oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. İsbatov Həmid Hacıbaba oğlu barəsində ##.##.2026-cı il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə” haqqında qərar ona görə qəbul edilmişdir ki, o, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərarında qeyd etmişdir ki, inzibati tənbeh vermə haqqında qərar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, # ### 2026-cı il tarixli qərarı ilə ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilmişdir. Məhkəmə qəbul edilmiş qərarı ləğv edərkən inzibati orqan tərəfindən xətanı təsdiq edən sübutları məhkəməyə təqdim edilməmə halına istinad etmişdir. 14. Bakı Şəhər X1 İdarəsinin İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş ##.#.2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə” qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə İsbatov Həmid Hacıbaba oğlu barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. 15. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəmə iclasında nümayəndə iştirak etməmiş, hər hansı bir sübut təqdim edilməmişdir. Bundan əlavə İsbatov Həmid Hacıbaba oğlu məhkəmə iclasında da qərarın qəbulu barəsində məlumatsız olduğunu, ümumiyyətlə araşdırmaya onun dəvət edilmədiyini bildirmişdir. Bu səbəbdən əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli, qeyri-müəyyən qərar əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. “X4” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hakiminin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, vətəndaş İsbatov Həmid Hacıbaba oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini iddia edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi hadisəni əks etdirən videogörüntünü və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd edilən maddənin tələblərini pozmasını təsdiq edəcək hər hansı mötəbər sübutlar təqdim etməmişdir. İsbatov Həmid Hacıbaba oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. İsbatov Həmid Hacıbaba oğlu yol hərəkəti qaydalarını pozmadığını iddia etmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, İsbatov Həmid Hacıbaba oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir. Odur ki, İnzibati xəta haqqında materialı araşdırıb məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi İsbatov Həmid Hacıbaba oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaqla, düzgün, qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş materiallarında İsbatov Həmid Hacıbaba oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı Şəhər X1 İdarəsinin İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə” qərarın əsaslı olmasını təsdiq edən mötəbər sübutlar mövcud deyil. Göstərilənləri nəzərə alaraq şəxsin inzibati xəta törətməsini sübut etmək, qərarı qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab edirəm. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-8.3-cü maddəsində deyilir: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Bakı şəhəri BPİ-nin X1 İdarəsinin rəisi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsbatov Həmid Hacıbaba oğlunın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Bakı Şəhər X1 İdarəsinin İXP ******* nömrəli protokolu əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli “İnzibati xəta haqqında iş üzrə” qərarı ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2567/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2567/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver