Məhkəmə qərarları › İş №3(3-6)-2568/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2568/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2568/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Materialdan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsinin baş müfəttişi X2 tərəfindən ## #### 2026-cı il tarixində tərtib edilmiş IN № ******* nömrəli protokola əsasən, ## #### 2026-cı il tarixində barəsində MN № ******* saylı Inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sentyabr ayı üçün nəzərdə tutulan həmin qərarla o, fiziki sahibkar Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq olunmuşdur. Qeyd edilən qərar rəsmi şəkildə onun qeydiyyatda olduğu ünvanına ## #### 2026-cı il tarixində çatdırıldığı üçün qeyd edilən qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət tərəfindən buraxılmamışdır. Şikayətə əlavə etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Həyat Sığortası) fiziki sahibkar Qərardan şikayət verən orqan (şəxs) ünvanladığı # #### 2026-cı il tarixli, № О-Н-****-**** saylı rəsmi məktubunda açıq şəkildə qeyd olunur ki: "## #### 2026-cı il bayram günü və qeyri-iş günü olduğu üçün Sizin 'Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta' müqaviləniz ## #### 2026-cı il tarixində yenilənmişdir". Göründüyü kimi, müqavilənin yenilənmə dövrü Novruz bayramı ilə əlaqədar rəsmi qeyri-iş günlərinə təsadüf etdiyindən, sığorta şirkəti tərəfindən müqavilə ilk iş günlərində — rəsmi olaraq ## #### 2026 cı il tarixində dərhal yenilənmişdir. Inzibati orqanın qərarında iddia olunan sığortasızlıq müddəti (## ##### 2026-cı il tarixi və s. ilə bağlı iddialar) tamamilə əsassızdır, çünki sığorta müqaviləsi artıq ## #### 2026-cı il tarixindən etibarən yenilənərək qüvvədə olmuşdur. Burada sahibkarın hər hansı bir hüquqazidd hərəkətsizliyindən və ya qanundan yayınmasından söhbət gedə bilməz. Müqavilə vaxtında rəsmiləşdirilmiş və ödənişlər təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə şikayətin qismən təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsiilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinin ## #### 2026cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti apellyasiya qaydasında şikayət verərək, həmin qərarın ləğv edilməsini və Xidmətin Bakı şəhər Idarəsi tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə” haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən sübutlara obyektiv hüquqi qiymət verilməmiş, yalnız barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) məsuliyyətdən yayınması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. “Inzibati tənbeh vermə” haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq həmin qərar ləğv edilmişdir. Iş materiallarında olan sənədlərə əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmətin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə tam uyğun olması öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) müdafiəçisi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində ## #### 2026-cı il tarixli, MN ******* nömrəli “Inzibati tənbeh vermə” haqqında qərar ona görə qəbul edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ilə işçi X4 arasında ## ##### 2025-ci il tarixində bağlanmış əmək müqaviləsi üzrə işçinin "Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Rəespublikası Qanununa uyğun olaraq icbari sığortalanması təmin edilməmiş və sığorta müqaviləsinin müddəti ## ##### 2026-cı il tarixində bitmişdir. Bununla da, o Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Iş materiallarına əlavə edilmiş ## #### 2026-cı il tarixli “AtəşgahSığorta” tərəfindən fiziki sahibkar Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, ## #### 2026-cı il bayram günü və qeyri iş günü olduğu üçün Sizin “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləniz ## #### 2026-cı il tarixində yenilənmişdir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469.1ci maddəsi ilə 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Şikayətçi həmin inzibati xəta ilə özünü təqsirli bilmədiyini, heç bir qayda pozuntusu törətmədiyini, eyni zamanda təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmayan həddə tənbeh tədbiri tətbiq edildiyini qeyd edərək adıçəkilən qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun aparılmış araşdırmanın nəticəsi kimi qiymətləndirə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin qərardakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469.1ci maddəsinin sanksiyasına əsasən həmin inzibati xətaya görə fiziki şəxslər otuz manat, vəzifəli şəxslər səksən manat, hüquqi şəxslər isə iki yüz manat məbləğində inzibati cərimə edilirlər. Göründüyü kimi, qanunverici həmin inzibati xəta üzrə tətbiq edilə bilən inzibati tənbehin növünü və məbləğini imperativ qaydada müəyyən etmiş, inzibati orqana sanksiyada nəzərdə tutulmuş hədlərdən kənara çıxmaq səlahiyyəti verməmişdir. Belə olan halda, inzibati orqan tərəfindən ərizəçi barəsində 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi Inzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinin sanksiyası ilə uzlaşmır və qanunla müəyyən edilmiş sanksiya hədlərinin aşılması ilə nəticələnir. Inzibati məsuliyyət tədbirinin yalnız qanunda nəzərdə tutulmuş əsaslar və hədlər daxilində tətbiq edilməsinin zəruriliyi nəzərə alındıqda, səlahiyyətli orqanın qanunda nəzərdə tutulmayan məbləğdə inzibati cərimə tətbiq etməsi qanunçuluq prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə birinci instansiyanın bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Xidmətinin Bakı şəhər Idarəsinin “inzibati tənbeh vermə” haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ilə işçi X4 ilə əmək müqaviləsi ## #### 2025-ci il tarixində bağlanmış, lakin ## ##### 2026-cı il tarixədək işçi X4 Fuad Vaqif oğlu tərəfindən işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, 9 aya yaxın müddət ərzində işçi X4 istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmadan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işlərə cəlb olunmuşdur. Qeyd edilənlər protokolla təsdiq edilmişdir. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1 -1 -ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Bundan başqa, “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “Icbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. Həmçinin məhkəmə inzibati orqanın qanunla onun səlahiyyətlərinə aid edilmiş hissədə inzibati tənbeh vermək haqqında qərar qəbul etmə səlahiyyətinə müdaxilə edə bilməz, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığını yoxlaya bilər. Hazırkı halda məhkəmənin mövqeyi həm qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsinin formalaşdırdığı yanaşmaya ziddir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır, lakin qanunverici inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə tərəfindən baxılmasının bəzi məhdudiyyətlərini müəyyən etmişdir. Bu məhdudiyyətlər, ilk növbədə, inzibati xətalar qanunvericiliyinin əsaslandığı prinsiplərdən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 6-cı maddəsində əks olunmuş qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında işə baxan məhkəmə əvvəlki icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq səlahiyyətinə malik olsa da, bu araşdırma qərarın məzmununun hüdudları ilə məhdudlaşır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Məhkəmə protokola sübutedici əhəmiyyət verməmişdir. Məhkəmə tərəfindən araşdırma natamam aparılmış, sadəcə bir tərəfin, qərardan şikayət vermiş şəxsin özünü müdafiə xarakterli mülahizələrinə əsaslanaraq birtərəfli qaydada qanunazidd qərar çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlməmişdir. Belə ki, inzibati orqan şəxsin əməlini Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə deyil, 469-1-ci maddəsinə tövsif etmişdir. Tənbeh vermə haqqında qərardan görsənir ki, "Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari sığortalanması təmin edilməməsi qeyd edilmişdir. Məhkəmə bununla bağlı səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən, “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsinin bağlanmayaraq Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan maliyyə və sığorta qanunvericiliyinə, habelə əlavə obyekti sayılan əmək qanunvericiliyinə ziyan vurulmuşdur. Inzibati xəta tərkibinin obyektiv cəhəti Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməyərək “Icbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanılmasını təmin etməməkdə (hərəkətsizliklə) ifadə olunmuşdur. Eyni zamanda, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik təşkilat olduğundan tam əhatə olunur və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, xətanı törədən şəxsin təqsirini və ya işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakim və səlahiyyətli orqanın əsaslana bildiyi faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, icraat aparılan şəxsin, zərərçəkmişin və şahidlərin izahatları ilə, şəxsin təqsirini təsdiq edən digər sənədlərlə, ekspertizanın rəyləri ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla, eləcə də mötəbər sənədlərlə müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Iş materiallarında olan sənədlərə əsasən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmətin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə tam uyğun olması öz təsdiqini tapmışdır. Sığorta şirkəti ## #### 2026-cı il tarixində sığorta müqaviləsinin yünilənməsini məktubda qeyd etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, sığorta haqları ödənilmədiyindən sığorta müqaviləsi inzibati araşdırma dövründə elektron sistemdə görsənməmişdir. Sığorta müqaviləsinin əsas şərti sığorta ödənişinin ödənilməsidir. Ödəniş edilmədiyi təqdirdə sığorta hadisəsi baş verirsə sığorta ödənişinin edilməməsi riski yaranmış olur ki, bu da nəticə olaraq işçinin əmək hüquqlarını təminat altına almamış olur. Inzibati xəta qanunvericiliyinin məqsədi bu halda əmək hüquqların qorunmasını təmin etməkdir. Xidmətin Bakı şəhər Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN 1934014 “Inzibati tənbeh vermə” haqqında qərar tam qanuni və əsaslıdır. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qəbul olunmuş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin şikayəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar