Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2569/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından tələbkar Zərərçəkmiş şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Nəsimi Rayon Icra Şöbəsinin icra məmuru X3 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi barədə ## #### 2026-cı il tarixli protokol tərtib edilərək onun inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-**)-**/**** saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs ##.##.2018-ci il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 15:00-dan 18:00-dək ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən uşaq - ##.##.2018- ci il təvəllüdlü X1 qeyd edilən vaxtda ünvan 1 ünvanında Zərərçəkmiş şəxs təqdim edilməsi, Zərərçəkmiş şəxs tərəfindən uşaq - ##.##.2018-ci il təvəllüdlü X1 qeyd edilən vaxtda ünvan 1 ünvanında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təhvil verilməsi qərara alınmışdır. Icra vərəqəsi icra şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icra sənədi üzrə tələbin könüllü icra olunması ilə bağlı müvafiq qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrasını dolayısı şəkildə icra etmir. Qeyd edilənlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev) ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayəti verib Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsi, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı ilə razı deyil. Borclu icra sənədi icra etmir. Oğlunu görüşə gətirmir. Uşağın görüşü istəməməsi ananı məsuliyyətdən azad etmir. Ana uşağı görüşə hazırlamağa məcburdur. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X2 verilmiş apellyasiya şikayətinin əsassız olduğunu, icra sənədinin icrasından yayınmadığını, uşağın atası ilə görüşmək istəməməsi səbəbindən görüşmədiklərini bildirmiş, qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının isə dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada xəbərdar olunmuş Bakı şəhəri Nəsimi Rayon Icra Şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-**)-**/**** saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs ##.##.2018-ci il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 15:00-dan 18:00-dək ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən uşaq - ##.##.2018-ci il təvəllüdlü X1 qeyd edilən vaxtda ünvan 1 ünvanında Zərərçəkmiş şəxs təqdim edilməsi, Zərərçəkmiş şəxs tərəfindən uşaq - ##.##.2018-ci il təvəllüdlü X1 qeyd edilən vaxtda ünvan 1 ünvanında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təhvil verilməsi qərara alınmışdır. Iş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-**)-**/**** saylı icra vərəqəsi üzrə tələbin 10 gün müddətində könüllü şəkildə icra edilməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təklif edilmişdir. Həmin qərar və bildiriş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqdim edilmişdir. Iş materiallarına əlavə edilmiş Nəsimi Rayon Icra Hakimiyyətinin ## #### 2026-cı il tarixli qərarının surətindən görünür ki, Zərərçəkmiş şəxs cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 60 günədək Qısamüddətli mühafizə orderi verilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar:məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi və borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Həmin maddə ilə inzibati məsuliyyətin yaranmasının müəyyən edilməsi özlüyündə icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Iş materialları ilə müəyyən edilir ki, borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Borclu tərəfindən icra sənədində göstərilən hərəkətlərin müəyyən zaman ərzində edilməməsinin obyektiv səbəbləri olmuşdur. O, bunu uşağın özünün atası ilə görüşmək istəməməsi ilə əsaslandırmışdır. Icra məmuru da izahatında, uşağın özünün atası ilə görüşmək istəmədiyindən, atanı gördükdə ağladığından icra sənədinin icrasının baş tutmamasını göstərmişdir. Borclu uşağın atası ilə ünsiyyətinin təmin olunması üçün onların görüşlərini təşkil etmiş və icra sənədi üzrə tələbi icra etməkdən yayınmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu tərəfindən icra sənədinin onun hərəkət və ya hərəkətsizliyi səbəbindən üzrsüz icra edilməməsi halının mövcudluğu istisna olunduğundan birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldım: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2569/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2569/2026
20.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver