Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2574/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) oğlunun və onun müdafiəçisi X4 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən ## #### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayəti təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən ## #### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən ## #### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli. *(*-**)-****/**** saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsi inzibati xəta hadisəsinin həqiqətən baş veribvermədiyini, Qərardan şikayət verən orqan (şəxs) konkret olaraq hansı hərəkəti etməklə yol hərəkəti qaydasını pozduğunu və həmin hərəkətin hansı obyektiv sübutlarla təsdiq edildiyini tam şəkildə araşdırmamışdır. Hadisəni əks etdirən videoyazı, fotoşəkil, patrul avtomobilinin videoregistrator görüntüləri, polis əməkdaşının xidməti kamerasının qeydləri, hadisə verinin sxemi, həmin ərazidə veri əsən vol nişanları və yol nisanl anma xətləri barədə məlumatlar is materiallarında mövcud devil və məhkəmə tərəfindən də tələb edilməmişdir. Bundan əlavə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən SMS RADAR mobil tətbiqində müvafiq inzibati xəta üzrə məlumatlara daxil olarkən belə, hadisəni təsdiq edən hər hansı foto və va video görüntünün mövcud olmadığı müəvvən edilmişdir. Bu hal xüsusilə əhəmiyyətlidir, çünki İnizbati Xətalar Məcəlləsinin 122.4-cü maddəsi 327.1-327,5-ci maddələrdə nəzərdə tutulan xəta hadisələrinin videogörüntüsünün saxlanılmasını nəzərdə tutur. Buna baxmayaraq, məhkəmə həmin görüntülərin niyə mövcud olmadığım, mövcud olduğu halda isə nə üçün iş materiallarına əlavə edilmədiyini araşdmnamış və hüquqi qiymət verməmişdir. İnzibati xəta haqqında protokol və protokolu tərtib etmiş polis əməkdaşının izahatı digər sübutlarla müqayisədə əvvəlcədən müəyyən edilmiş üstün hüquqi qüvvəyə malik deyildir. Protokolda göstərilən hallar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən mübahisələndirildiyi halda, həmin hallar başqa mötəbər və obyektiv sübutlarla yoxlanılmalıdır. Lakin hazırkı iş üzrə inzibati xəta hadisəsinin baş verdiyini və Dadaşov' Nuran Qara oğlunun həmin xətam törətdiyini təsdiq edən hər hansı obyektiv sübut təqdim edilməmiş, məhkəmə isə protokolda göstərilən məlumatların həqiqiliyini yoxlamadan və şikayətçinin etirazlarını aradan qaldırmadan protokol və polis əməkdaşının izahatının kifayət edən sübut kimi qəbul etmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) izahatına əsasən, nəqliyyat vasitəsi hər hansı obyektiv sübut təqdim edilmədən cərimə meydançasına aparılmış, avtomobilin duracağa aparıldığı anda inzibati xəta haqqında protokol və nəqliyyat vasitəsinin saxlanılmasına dair müvafiq akt tərtib edilərək ona təqdim olunmamışdır. Halbuki nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi yalnız qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda mümkündür. Məhkəmə isə şikayətçinin bu barədə izahatını yoxlamamış, nəqliyyat vasitəsinin saxlanılmasına dair aktı və digər əlaqəli sənədləri tələb etməmiş, polis əməkdaşının hərəkətlərinin İnizbati Xətalar Məcəlləsinin tələblərinə uyğun olub-ol mamasına hüquqi qiymət verməmişdir. Bununla da məhkəmə valrnz inzibati xətanın mövcudluğunu deyil, is üzrə icraat zamanı səxsiıı hüquqlarının təmin olunubolunmamasını da araşdırmaq vəzifəsini verinə yetirməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə halları hərtərəfli, tam və obyektiv araşdırmamış, şikayətçinin izahat və etirazlarına hüquqi qiymət verməmiş, sübut etmə yükünü faktiki olaraq inzibati məsuliyyətə cəlb olunan şəxsin üzərinə qoymuş və təqsirsizlik prezumpsiyası prinsipini pozmuşdur. Yol verilmiş prosessual pozuntular işin düzgün həllinə birbaşa təsir etmiş, nəticədə Qərardan şikayət verən orqan (şəxs) müdafiə, iş materialları ilə tanışlıq və ədalətli məhkəmə araşdırması hüquqları təmin olunmamışdır. Bu hallar İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasını təsdiq edir və birinci instansiya məhkəməsinin qərannın ləğv edilməsi üçün əsas yaradır. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) və onun müdafiəçisi apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında polis idarəsinin nümayəndəsi iştirak etmədiyindən sədrlik edən məhkəmə iclasının onun iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən ## #### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən ## #### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2026cı il tarixdə, saat 00:30-da Həsən Əliyev küçəsində “X3 Hibrid” minik markalı, ** UZ *** dövət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnizbati Xətalar Məcəlləsinin 327.2 və 327.7-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə bilavasitə tabe olan yol-patrul xidməti alayı yol patrul xidməti inspektoru, R X7 izahatında bildirmişdir ki, iş materialları ilə tanış olmuşdur və verilmiş şikayəti əsassız hesab edir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) X5 Qanunun tələblərini kobud surətdə pozaraq inzibati xəta törətmişdir. Qərardan şikayət verən orqan (şəxs) üstünlüyü olan nəqliyyat vasitəsinə yol verməmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Qeyd etdiklərinin nəzərə alınaraq şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlmişdir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilmədiyindən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materailları ilə Qərardan şikayət verən orqan (şəxs) qanunvericiliyin tələblaərini pozaraq üstünlüyü olan nəqliyyat vasitəsinə yol verməməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 327.7-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343- 1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 101.3-cü maddəsinə əsasən, inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5-ci maddəsinə əsasən, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iş üzrə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən ## #### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayəti təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev
Məhkəmə qərarları › İş №3(3-6)-2574/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2574/2026
17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver