Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2575/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, ## ##### 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati həbs edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından müdafiəçi Nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 87.000 manat məbləğində pul və 351 manat məbləğində dövlət rüsumunun tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üzrsüz səbəbdən icra etməməklə AR İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı ilə (hakim Samirə Məmmədli) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi şikayət verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini, məhkəmənin icraata xitam verilməsi barədə qənaətə gəlmədiyi halda, işin konkret halları, 87.000 min manat məbləğində borcun ödənilməsi üçün əmlakın realizə edilməsinə dair görülən tədbirlər, şəxsin maddi vəziyyəti və digər yüngülləşdirici hallar nəzərə alınaraq 15 günlük inzibati həbsin daha yüngül inzibati tənbeh növü ilə əvəz edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən üzərinə 87.000 min manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi qoyulmuşdur. Qətnamənin icra edilməməsi qəsdən məhkəmə aktının icrasından yayınma məqsədi daşımamışdır. Əksinə, mövcud borcun ödənilməsi üçün real imkan yaratmaq məqsədilə ona məxsus olan əmlakın satılması istiqamətində tədbirlər görülmüşdür. Əmlakın satılması və əldə ediləcək vəsait hesabına 87.000 min manat məbləğində borcun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin əmlakın satılması obyektiv səbəblərdən müəyyən müddət tələb etmiş və bu səbəbdən qətnamənin icrası dərhal mümkün olmamışdır. Bu hallar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Halbuki qətnamənin icra edilməməsinin səbəblərinin, şəxsin faktiki maddi imkanlarının, borcun ödənilməsi üçün gördüyü tədbirlərin və məhkəmə aktını icra etmək niyyətinin müəyyən edilməsi mühüm əhəmiyyət daşıyır. 87.000 min manat kimi böyük məbləğdə borcun bir anda ödənilməsinin mümkün olmaması öz-özlüyündə məhkəmə qətnaməsinin qəsdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. O borcdan yayınmır və öhdəliyin icrası üçün ona məxsus əmlakın realizə edilməsinə çalışır. Əmlakın satılması ilə bağlı dəfələrlə notariusda olmuşlar lakin müəyyən səbəblərdən alıcı son anda əmlakı almaqdan imtina etmişdir. İş üzrə onun tərəfimdən məhkəmə qətnaməsini qəsdən icra etməməyə yönəlmiş hər hansı hərəkətin olmadığı, əksinə, borcun ödənilməsi üçün real tədbirlər görüldüyü nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs atası intihar etmiş tək ailə başçısı olduğu üçün başı ailənin faciəsinə qarışmışdır və işsizliyi səbəbindən borcunu ödəyə bilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxsə 87.000 manat borcunun olmasını qəbul edir. Pulu ödəməkdən yayınmır. Zavod satılacaq təqdirdə zərərçəkmiş şəxsə olan borcunu ödəyəcəyini bildirir. Zavod artıq qiymətləndirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs himayəsində iki azyaşlı uşağı və bacısının autizm sindromundan əziyyət çəkən xəstə uşağı vardır. Ailənin yeganə qazanc gətirənidir. Onun həbs olunması ailəsinin maddi vəziyyətinə mənfi təsir göstərəcəkdir. Belə ki, ##.##.2026-cı il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində olan cinayət işinə amnistiya əsasında xitam verilmiş və azadlığa buraxmışdır. Elə həmin gün evinə çatmamış Polis əməkdaşları onu zor tətbiq edərək Sabunçu rayon icra şöbəsinə təcili gətirmişlər. Məhkəmə hakim tərəfindən açıq aparılmasına baxmayaraq onun anası məhkəmə zalına buraxılmamış və hüquqlarının müdafiə olunması üçün vəkil xidmətinin göstərilməsinə şərait yaradılmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxsin pulunu ödəyəcəyinə söz vermiş və 1600 manat pul ödədiyini lakin zərərçəkmiş şəxsin pulu qəbul etməmişdir. Ona görə pulun tam ödənilməsinə vaxt verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra şöbəsinə zor ilə aparılması və oradan sərbəst gedə bilməməsi AİHK-nın 5-ci maddəsi baxımından "azadlıqdan məhrumetmə" kimi qiymətlənir və nəticədə 5-ci maddənin pozulması deməkdir. Sabunçu icra məmuru Samir Əzizov tərəfindən icra etməmənin üzürsüz səbəbi, borclunun həmin qətnaməni icra etmək üçün real maliyyə və faktiki imkanının olması, əmlakın satılması, borcun məbləği və digər səbəblər araşdırılmamışdır. Şəxs ## ###### 2026-cı il tarixdə cinayət işi üzrə azad edilməzdən əvvəl inzibati iş üzrə məhkəməyə gətirilibmi? Müdafiə hüququ tam təmin olunubmu? Məhkəmə 15 günlük inzibati həbs şəklində tənbeh tətbiq edilərkən bu hallar lazımi qaydada qiymətləndirilməmişdir. İnzibati həbs mütənasib və ədalətli olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, iş materiallarını araşdırıb, proses iştirakçısının çıxışını dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayətlə bağlı inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədindən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 87000 manat məbləğində pul və 351 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, digər cavabdeh X1 münasibətdə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan İcraata başlamaq haqqında ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə icraat başlanılmış və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Borcluya ünvanlanmış tələbin könüllü icrası haqqında ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, bü müddətdə tələb üzrsüz səbəbdən icra edilmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi bildirilmiş və borclu tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Borclunun axtarışı haqqında ##.##.2025-ci il tarixli qərardan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün araşdırma aparmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilmişdir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddənin sanksiyasından da göründüyü kimi, həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə həm cərimə, həm də inzibati həbs növündə tənbeh tədbirləri nəzərdə tutulmuş, inzibati həbs növündə tənbehin tətbiq edilməsi əsası kimi cərimə növündə tənbeh tədbirinin tətbiqinin inzibati tənbehin məqsədlərini təmin etmək baxımından kifayət sayılmaması və xətanı törədənin şəxsiyyətinin nəzərə alınmalı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh növünü və həddini seçərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi həmin Məcəllənin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmağa xidmət edən tənbeh tətbiq etmişdir. Şikayətin dəlillərinə münasibətdə inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli şəkildə təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarının tələblərinə əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2575/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2575/2026
12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver