Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2576/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi – İbrahimova İlahə Arif qızının katibliyi ilə, Müdafiəçi Vəkil, İnzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ##.##.1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından inzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq; m ü ə y y ə n e t d i m: İş materiallarında olan sənədlərə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X1 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 206, 510.1, 521 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ###### 2026-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.İsmayıliova) ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510.1, və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həbsetmənin əvvəli ## ###### 2026-cı il, saat 04:00-dan hesablanmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməsi, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı mübahisələndirilən qərarından inzibati tənbeh olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarın ləğv edilməsini və iş üzrə xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510.1, və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həbsetmənin əvvəli ## ###### 2026-cı il, saat 04:00-dan hesablanmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə göndərilməsi, qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilmişdir. İş materiallarında müdafiə etdiyi şəxsin hər hansı inzibati xəta törətməsini təsdiq edən kifayət qədər, mötəbər və obyektiv sübutlar mövcud deyildir. Eyni zamanda, onun hərəkətləri ilə istinad edilən nəticə arasında səbəb-nəticə əlaqəsinin mövcudluğunu təsdiq edən hər hansı birbaşa və hüquqi baxımdan qəbul edilə bilən sübut təqdim edilməmişdir. Başqa sözlə, müdafiə etdiyi şəxsin inzibati xəta törətməsi yalnız ehtimal və fərziyyələr əsasında qiymətləndirilmiş, lakin həmin nəticəni təsdiq edən konkret və mötəbər sübutlar ortaya qoyulmamışdır. Onun təqsirini və inzibati xəta tərkibinin mövcudluğunu təsdiq edən sübutların olmaması şəraitində inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati həbs növündə tənbeh tətbiq edilinəsi hüquqi baxımdan əsassızdır. Hesab edir ki, məhkəmə tərəfindən iş üzrə mövcud olan faktiki hallar və sübutlar tam və obyektiv şəkildə araşdırılmamış, müdafiə etdiyim şəxsin təqsiri lazımi sübutlarla təsdiq edilmədən onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Bu baxımdan, mübahisələndirilən qərar qanunsuz, əsassız və işin faktiki hallarına uyğun olmayan qərar kimi qiymətləndirilməlidir. Xüsusilə vurğulamaq istəyirəm ki, müdafiə etdiyim şəxsin təqsirini təsdiq edən mötəbər sübut olmadığı halda, onun 15 (on beş) gün müddətinə inzibati həbsə məruz qalması üçün kifayət qədər hüquqi əsas mövcud deyildir. Bundan əlavə, müdafiə etdiyi şəxsin səhhəti ilə bağlı hallar da məhkəmə tərəfindən lazımi qaydada nəzərə alınmamışdır. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs II tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir və həmin xəstəlik onda ağır və proqressiv xarakter daşıyır. Tətbiq edilmiş inzibati həbsin onun səhhəti üçün ciddi risklər və ağır fəsadlar yarada biləcəyi nəzərə alınmalı olduğu halda, bu mühüm hal məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Həmçinin qeyd edir ki, müdafiə etdiyi şəxsin himayəsində yetkinlik yaşına çalmayan uşaq vardır. Sözügedən uşaq epilepsiya xəstəliyindən əziyyət çəkir və nitq pozuntusu vardır. Bu səbəbdən uşağın daim valideyn qayğısına, nəzarətinə və himayəsinə xüsusi ehtiyacı vardır. Məhkəmənin mübahisələndirilən qərarı nəticəsində müdafiə etdiyi şəxs inzibati həbsdə saxlanıldığı üçün yetkinlik yaşına çatmayan və səhhətində ciddi problemlər olan uşaq valideyn himayəsindən və gündəlik qayğıdan faktiki olaraq məhrum vəziyyətdə qalmışdır. Bu hal uşağın sağlamlığına və normal inkişafına mənfi təsir göstərə biləcək mühüm amildir. Beləliklə, müdafiə etdiyi şəxsin təqsirini təsdiq edən kifayət qədər və mötəbər sübutların olmaması, inzibati xəta tərkibinin sübuta yetirilməməsi, onun hərəkətləri ilə istinad edilən nəticə arasında səbəb-nəticə əlaqəsinin müəyyən edilməməsi, habelə onun ağır səhhət vəziyyətinin və xüsusi qayğıya ehtiyacı olan yetkinlik yaşına çatmayan uşağının mənafeyinin lazımi qaydada nəzərə alınmaması məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alır. Yuxarıda qeyd olunanlara əsasən, hesab edir ki, müdafiə etdiyi şəxs barəsində qəbul edilmiş qərar hüquqi və faktiki baxımdan əsaslandırılmamışdır və onun qüvvədə saxlanılması üçün kifayət qədər hüquqi əsas yoxdur. Birinci instansiya məhkəməsi yuxanda qeyd edilənləri nəzərə almamış, kifayət qədər əsaslandırılmamış qərar qəbul etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarın ləğv edilməsini, bu olmadıqda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini, yəni cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş səlahiyyətli orqan Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, verilmiş apellyasiya şikayəti aşağıda göstərilənlərə əsasən əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada həbs edilməsinə dair ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, ibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Birinci instansiya məhkəməsində izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, həmin gün o, içkili olmuş, gecə klubunun qarşısında mühafizə ilə mübahisəsi düşmüşdür. İçkili olduğundan tam xatırlamasa da mübahisə gedişində bir qədər qışqırmış, səsə polis əməkdaşları hadisə yerinə gəlmişdir. Həmin vaxt içkili olması səbəbindən özünü düzgün idarə edə bilməmiş, polis əməkdaşlarına müqavimət göstərib, onlarla birlikdə şöbəyə getməkdən imtina etmişdir. Bəzi nalayiq ifadələr də işlətmişdir. Amma o, bütün bunları qəsdən etməmiş, içkinin təsiri altında olmuşdur. O, dövlətinə bağlı insandır, heç vaxt dövlət, dövlətçilik əleyhinə ifadələr işlətməz. Sadəcə içkili olduğundan bu hadisə baş vermişdir. Özünə gəldikdən sonra polis əməkdaşlarından üzr də istəmişdir, əməlindən hazırda da çox peşmandır. Lakin narkotiklə bağlı hissədə özünü təqsirli bilmir. Çünki onun heç vaxt heç bir narkotik vasitə ilə işi olmamış, tərkibində psixotrop maddə olan heç bir dərman istifadə etməmişdir. Buna baxmayaraq, rəyin nə səbəbdən bunun əksini göstərdiyini bilmir. Hər bir halda məhkəmədən ailə vəziyyətinin nəzərə alınmasını, barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində izahat vermiş Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin polis sahə inspektoru, R X1 göstərmişdir ki, ##.##.2026-cı il tarixdə saat 03:30 radələrində inzibati ərazidə xidmətdə olan zaman Nəsimi rayonu Qoqol küçəsində yerləşən “Hiss” gecə klubunun qarşısında iki nəfər şəxsin bir-biriləri ilə mübahisə edərək uca səslə ünvansız və qarşılıqlı nalayiq küçə söyüşləri işlədib qarşılıqlı əl-qol hərəkətləri ilə xuliqanlıq hərəkətləri etdiklərini və ictimai asayişi kobud surətdə pozduqlarını görüb onlara yaxınlaşmışlar. Həmin şəxslərdən şəxsiyyətləri barədə məlumat vermələri tələb edilərək nizam-intizama dəvət edilsələr də onlar polisin qanuni tələblərinə tabe olmayaraq özləri barədə məlumat verməkdən imtina edib asayişi pozmağa yönələn hərəkətlərini davam etdirməklə heç bir səbəb olmadan polis və hüquq-mühafizə orqanlarının əməkdaşları barədə küçə söyüşləri işlətdilər. Həmin şəxslərin nizamsız davranışı, qeyri-adekvat hərəkətlər etmələri və danışarkən aidiyyəti olmayan ifadələr işlətmələri səbəbindən onlar polis bölməsinə dəvət edilmiş, lakin həmin şəxslər təkrarən polis əməkdaşlarına tabesizlik göstərməklə avtomobilə əyləşməkdən imtina etmişlər. Bu səbəbdən polis əməkdaşları onları məcburi şəkildə avtomobilə əyləşdirib Nəsimi Rayon Polis İdarəsinə gətirmişdir. İdarədə olarkən həmin şəxslərin - ##.##.1980-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və ##.##.1983-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan X2 olduqları müəyyən edilmişdir. Polis İdarəsində olarkən həmin şəxslər bir neçə saat ərzində polis orqanının iş rejimini pozaraq əlləri ilə sifət nahiyyələrinə və başlarını divara vurmaqla xəsarət yetirməklə qanunpozucu və tabesizlik hərəkətlərini davam etdirməyə başladılar ki, onların bu hərəkətlərinin qarşısı alındı. İlkin baxışda hər iki şəxsin alkoqol və narkotik sərxoşluq halında olmaları onlarda şübhə yaratmışdır. Daha sonra o, tibbi müayinədən keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserində müayinədən keçmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 ## ###### 2026-cı il tarixli, **** saylı rəyinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ekspress-test üsulu ilə müayinə nəticəsində MOP (+) MET (+) aşkar olunmuşdur. Hesab edir ki, şəxsin istinad edilən inzibati xətaları törətməsinə dair yetərli sübut var. Odur ki, məhkəmədən şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan ##.##.2026-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1, 521 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə, saat 04:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 ## #### 2026-cı il tarixli, **** saylı rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs götürülmüş sidik nümunəsində MOP (+) MET (+) aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, X4 oğluna istinad edilən inzibati xətaların törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı məhkəmə iclasında tədqiq edilmiş ## ###### 2026-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollrla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilərək, inzibati qaydada tənbeh etmişdir. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətalara görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmiş və bu qərar ədalətli olmaqla inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsinə xidmət edir. Bu səbəbdən məhkəmə birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilən inzibati tənbeh növünün və bu tənbehin həddinin dəyişdirilməsi üçün, həmçinin qərarını ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsi üçün hər hansı bir əsas görmür. İnzibati xəta haqqında protokol, tərəflərin məhkəmə iclasında səsləndirdiyi izahatlarının qarşılıqlı təhlili, o cümlədən protokolların məzmunu və s. belə qənaətə gəlməyə əsas verir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan izahatı tərəfindən törədilmiş inzibati xətanı təkzib edən sübut kimi qəbul edilə bilməz. Baxılan məsələ üzrə işin bütün faktiki hallarını araşdıraraq hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzbati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyasiya baxışı zamanı göstərdiyi dəlilləri müdafiə xarakterli olmaqla əsassızdır, inzibati xəta törətmiş şəxsi məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Bundan başqa, apellyasiya şikayətində və apellyasiya baxışı zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailəli olmasına, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğuna, uşağının və özünün xəstə olmasına istinad edilsə də, məhkəmə hesab edir ki, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində aşağı həddə inzibati həbs cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən və onun barəsində məhkəmə tərəfindən izibati tənbeh seçilərkən birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və İnsan hüquqları və X8 haqqında Avropa Konvensiyasının tələblərinin pozulduğu halları müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən təhbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*- **)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya qaydasında şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara a l ı r a m: İnzibati qaydada həbs olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakiminin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-2576/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2576/2026
12.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver