Məhkəmə qərarları › İş №3(3-6)-2577/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2577/2026

17.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2577/2026 17.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi ## #### 2026-cı il tarixli qərar və əsassız və qanunsuz olduğundan onu ləğv edilməlidir. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində tərtib edilmiş ## #### 2026-cı il tarixli EQ seriyalı ******** nömrəli ‘inzibati tənbeh vermə haqqında” qərarın əsasını təşkil edən fotoşəkillər nəqliyyat vasitəmin 5.9, 5.10.1-5.10.3 nişanları ilə müəyyən edilmiş xüsusi hərəkət zolağında davamlı hərəkət etdiyini birmənalı sübut etmir. İnzibati orqan tərəfindən təqdim edilmiş foto-materiallardan açıq şəkildə görünür ki, nəqliyyat vasitəsinin sağ dönmə işıq göstəricisi (sağ siqnalı) aktiv vəziyyətdə olmuşdur. Bu hal fotoşəkillərdə aydın şəkildə əks olunmuş və mübahisə doğurmayan sübutdur. Sağ dönmə işıq göstəricisinin aktiv olması onu göstərir ki, onun məqsədi xüsusi hərəkət zolağında davamlı hərəkət etmək deyil, yolun sağ hissəsində yerləşən obyektə, servisə və ya köməkçi yola daxil olmaq üçün manevr etmək olmuşdur. Buna baxmayaraq, inzibati orqan tərəfindən hadisənin bütün faktiki halları araşdırılmamış, nəqliyyat vasitəsinin hərəkət trayektoriyası müəyyən edilməmiş, sağ dönmə manevrinin məqsədi araşdırılmamış və yalnız iki fotoşəkil əsasında inzibati məsuliyyət tətbiq edilmişdir. Bundan başqa fotoşəkillərdən görünür avtobus zolağı yoldan yolayrıcının hüdudlarında hərəkət zolaqlarını göstərən (cizgiləri qısa və onların aralarındakı məsafə cizginin uzunluğuna bərabər olan qırıq xətlər) 1.7 üfiqi nişanlanma (Yol hərəkəti haqqında qanunun 69-cu maddəsinin VJ bəndinin 7-ci hissəsi) qırıq-qırıq xətləri ilə ayrılmışdır. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 69-cu maddəsinin Vll bəndinin 3-cü hissəsində göstərilmişdir ki, 1.5-1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir. Təqdim edilmiş materiallardan: nəqliyyat vasitəsinin avtobus zolağına hansı nöqtədən daxil olduğu müəyyən edilmir; həmin zolaqda nə qədər məsafə qət etdiyi görünmür; zolaqda davamlı hərəkət etməsi sübuta yetirilmir, sağa dönmə məqsədilə həyata keçirilən manevr ilə xüsusi zolaqdan istifadə arasında hüquqi fərq nəzərə alınmır, hadisənin tam videosu təqdim edilməmişdir. Yalnız ayrı-ayrı fotoşəkillər əsasında inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinin qərarını əsassız hesab edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri vaxtı barəsində lazımı qaydada məlumatlandıırlmış polis idarəsinin nümayəndəsi erizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyin məhkəmə iclasının onun iştirakı olmadan davam etdiirlməsi mümükün hesab edilmişdir. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -## #### 2026-cı il tarixli EQ seriyalı ******** saylı elektron qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.1-1-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 90 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. - əlavə edilmiş fotoşəkillərdən aydın olur ki, 90- ZK-711 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi istifadədə olan nəqsliyyat vasitələri üçün ayrılmış yoldan hərəkət etmişdir. Birinci instansiya məhkəməsi sübutları qiymətləndirərək hesab etmişdir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ seriyalı ******** nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə törədilmiş inizbati xəta öz təsdiqini tapır. Eyni zamanda apellyasiya şikayətinin dəlillərində inizbati xatanı istisna edən hər hansı bir sübut əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin: 327.1.-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. 101.3-cü maddəsinə əsasən, inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5-ci maddəsinə əsasən, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, iş üzrə işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli EQ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar