Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2579/2026 18.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hüseyn Cavid Vaqif oğlu, məhkəmə iclas katibi X2, şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ X1 İdarəsi tərəfindən verilmiş şikayət üzrə işə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qərarı ilə, Qərardan şikayət verən orqan (şəxs) (##.##.1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan) şikayəti qismən təmin edilmiş, Bakı şəhər BPİ X1 İdarəsi tərəfindən İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. İşin halları: Bakı şəhər BPİ X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 14:50-də “BYD Destroyer 05 Plug-in Hibrid” minik markalı, **-QD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması və bu Məcəllənin 327.1-1, 327.1- 2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanması əsas gətirilərək barəsində İXM-in 327.2 və 327.7-ci maddəsinə əsasən barəsində sürücülük hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət edərək İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Bakı şəhər BPİ X1 İdarəsi şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş İXP ******* saylı protokol əsasında qəbul edilmiş ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, idarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Hazırki qərardan belə nəticə hasil olur ki, yol-nəqliyyat hadisəsi baş vermiş lakin heç kim bunun nəticəsində təqsirli olmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə sübutları tam və obyektiv qiymətləndirməmiş, nəticədə işin faktiki hallarına uyğun olmayan hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qərarında göstərmişdir ki, inzibati orqan tərəfindən təqdim olunmuş videogörüntüdə şikayətçi tərəfindən yolayrıcını keçmə qaydalarının pozulması təsdiq olunmur. Lakin, eyni qərarda məhkəmə həmin videogörüntüyə əsasən şikayətçinin ara məsafəsini saxlamadığını və inzibati xəta törətdiyini qeyd etmişdir. Beləliklə, məhkəmə qərarının motivləri arasında açıq ziddiyyət mövcuddur. Bir tərəfdən məhkəmə inzibati orqanın sübutlarını kifayət hesab etmir, digər tərəfdən isə həmin sübutlara əsaslanaraq başqa inzibati xəta barədə nəticəyə gəlir. Bu isə qərarın daxili ardıcıllığını pozur və qəbul edilmiş nəticənin hüquqi əsaslandırılmasını zəiflədir. Bundan əlavə, məhkəmə videoyazıya əsaslanaraq ara məsafəsinin saxlanılmaması barədə nəticəyə gəlmişdir. Halbuki belə nəticə xüsusi bilik tələb edən hallarda yalnız müvafiq sübutlar və ya digər prosessual vasitələrlə dəstəkləndikdə hüquqi əhəmiyyət kəsb edə bilər. Məhkəmə bu hissədə inzibati orqanın araşdırma səlahiyyətini əvəz edən qiymətləndirmə aparmışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin l-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yol hərəkəti qayda pozuntusunun törədilməsi yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Digər tərəfdən, iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) yol-nəqliyyat hadisəsinin baş verdiyi tarixədək yol hərəkəti qaydalarının pozulmasına görə barəsində tətbiq edilmiş inzibati tənbehlər nəticəsində 17 cərimə balı toplamışdır. Bu hal onun yol hərəkəti qaydalarının tələblərinə dəfələrlə əməl etmədiyini göstərən obyektiv göstəricilərdən biridir. Məhz bu səbəbdən ##.##.2026-cı il tarixdə törədildiyi hesab edilən inzibati xəta nəticəsində ümumi cərimə ballarının 20-yə çatması əsası ilə İXM-in 327.7-ci maddəsinə uyğun olaraq onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən sürücünün əvvəlki inzibati xətaları və topladığı cərimə ballarını işin faktiki halları ilə qarşılıqlı əlaqədə kifayət qədər qiymətləndirməmiş, yalnız son hadisəyə dair ayrıca qiymətləndirmə aparmaqla kifayətlənmişdir. Halbuki, 327.7-ci maddənin tətbiqi üçün hüquqi əhəmiyyət kəsb edən hallardan biri də sürücünün bir il ərzində topladığı cərimə ballarının ümumi sayıdır. Göründüyü kimi hakim yuxarıda sadalanan halların heç birini araşdırmadan həmin hallara hüquqi qiymət vermədən formal yanaşma edib qanuni və əsaslı qərarı ləğv etməklə kobud səhvə yol vermişdir. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə səlahiyyətli orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətində səlahiyyətli orqan hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi İXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. İXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, İXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərarı ləğv etmiş və işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini qərara almışdır. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya şikayətində Qərardan şikayət verən orqan (şəxs) yolayrıcını keçmə qaydalarını pozmasının sübutlarla təsdiq edildiyi göstərilmişdir. Qərardan şikayət verən orqan (şəxs) isə etiraz edərək sol tərəfdən gələn avtomobili buraxaraq dairəyə daxil olduğunu, həmin zaman qarşıdakı Toyota RAV-4 markalı avtomobilin səbəbsiz olaraq idarə etdiyi avtomaşının irəlisində qəfil olaraq əylənci basdığını, bunun nəticəsində həmin Toyota RAV-4 markalı avtomobilin buferinin arxa sağ tərəfindən dəydiyini göstərmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların məhkəmə təminatı bütövlükdə insan hüquq və azadlıqlarının müdafiə sisteminin əsasını təşkil etməklə, ən etibarlı və yüksək hüquqi qüvvəyə malik müdafiə mexanizmidir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin məhkəməyə müraciət etmək hüququnun olmasını təmin edir. Bu yalnız məhkəmə araşdırmasını başlatmaq hüququnu deyil, həmçinin mübahisələrin məhkəmələr tərəfindən ədalətli həll edilməsi hüququnu ehtiva edir. Məhkəmə araşdırması aparılmadığı təqdirdə prosessual təminatların, o cümlədən məhkəmə baxışının açıqlığı, ədalətliliyi və çevikliyi kimi prinsiplərin heç bir hüquqi əhəmiyyəti yoxdur. İnzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-nin 2-ci maddəsi). İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İnzibati məsuliyyətə səbəb olan hər bir əməlin (hərəkət və ya hərəkətsizliyin) tərkibinin düzgün müəyyən edilməsi inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməlin inzibati xəta olub-olmamasını, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə inzibati xəta törətmiş şəxsə ədalətli tənbehin təyin edilməsinə yönəlmişdir. Bu mövqenin məntiqi davamı olaraq qanunvericiliyin tələbinə görə, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (İnzibati Xətalar Məcəlləsinin 75ci maddəsi). Məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməmiş, inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsası ilə qərar ləğv edilərək işə yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmışdır. Məhkəmə razılaşır ki, nə inzibati xəta haqqında protokoldan, nə də inzibati tənbeh vermə haqqında qərardan Qərardan şikayət verən orqan (şəxs) yolayrıcını keçmənin məhz hansı qaydasını pozulması göstərilməmişdir. Bununla da, ona irəli sürülmüş ittihamın mahiyyəti də aydın olmamışdır. Məhkəmə hesab edir ki, yenidən araşdırma zamanı hadisənin görüntülərinə baxış keçirilməli, hər iki sürücüsünün izahatı alınmalı, hadisənin hansı şəraitdə baş verməsi araşdırılmalı, hər iki sürücünün izahatı videogörüntü ilə tədqiq edilməli, yolayrıcını keçmənin məhz hansı qaydasını pozulması müəyyən edilməli, yalnız bunlardan sonra müvafiq qərar qəbul edilməlidir. Odur ki, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2579/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2579/2026
18.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver