Məhkəmə qərarları › İş №3(3-6)-2582/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2582/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2582/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Videozəng vasitəsilə əlaqə saxlanılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Bakı şəhəri Xətai RPI-nin 36-cı Polis Bölməsinin sahə inspektoru Əbilov Rauf Hafiz oğlunun iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai RPI-nin 36cı Polis Bölməsinin ##.##.2026-cı il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Xətai RPI-nin 36-cı Polis Bölməsinin ##.##.2026-cı il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi barədə ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək ##.##.2026-cı il tarixli EXP ******* nömrəli protokolun və EPQ 2366633 Qərarın ləğv edilərək yazılmış cərimənin silinməsi və ödənilmiş 300 manat cərimə məbləğinin geri qaytarılması, protokolu tərtib edən əməkdaş barədə xüsusi qərar çıxarılması məhkəmədən xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) ərizəsini onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il saat 6-12 radələrində (saat 18:00- 18:20 aralığında) Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi 23-də övladımı bağçadan götürmək hərəkətdə olarkən Xətai Rayon Polis Idarəsinin 36-cı polis şöbəsinin polis sahə inspektoru Əbilov Rauf Hafiz oğlu şikayətçidən təqribən 40-50 metr arxadan səslənərək dayanmağını və yaxınlaşaraq siqaret qalığını yerə atdığını bildirərək inzibati cərimə ediləcəyini bildirmişdir. Polis sahə inspektoru Əbilov Rauf Hafiz oğlunun bu sözlərinə cavab olaraq, siqaret qalığını yerə atmadığını, görüntü göstərməyini bildirsə də ona yaxınlaşaq şöbəyə izahat yaz göstərək, ödənişi də yerindəcə ödə deyə cavab vermiş, israrla şikayətçi siqaret qalığını yerə atmadığını, inzibati xəta törmətmədiyini bildirsə də, şikayətçiyə whatsapp sosial şəbəkə hesabını açıb göstərərək tapşırıq var reyd keçirilir yazmalıyam demişdir. Hara atdığımı göstərin mən inzibati xətanı yerindəcə aradan qaldırım desə də (çünki belə inzibati xəta törətməmişdir və göstərə bilməyəcəyinə əmindir) buna cavab olaraq yerdə olan köhnə siqaret qalığını əli ilə göstərərək “sen çəkib atmamısansa yaxınlığında niyə dayanmısan?" demiş və şikayətçi də siz məni çağırdığınız üçün burada dayandığımı bildirsə də buna məhəl qoymaymamışdır. Həmin gün övladını uşaq bağçasından götürməli olduğunu və uşağı götürüb evə təhvil vedikdən sonra şöbəyə yaxınlaşa biləcəyini bildirmişdir, bu əsnadə polis sahə inspektoru rəis dediyi adama zəng edərək onu yanına çağırmış və polsi Rı bizə yaxınlaşmış, yaxınlaşan R R.Əbilova post patrulu çağır aparsınlar şöbəyə onda boynunada alar məcbur olub ödəyər də demişdir. Yanına yaxınlaşan özünü təqdim etməyən Rna da "övladımı uşaq bağçasıdan götürüb evə təhvil verim, sonra yaxınlaşım şöbəyə” bildirsəmdə, o, uşağı götür gedək post patrul maşınında gözləsin sən gir şöbədə izahat yaz və cərimə yazaq onu ödə sonra hara gedirsən ged bildirmiş, şikayətçi də öz növbəsində bu uşaq müdafiəsinə, uşağın üstün mənafeyinə zidd olduğunu, uşağın 3 yaşı olduğunu və həmçinin milli mənəvi dəylərə zidd olduğunu bildirsə də, israrla bu şəxs problem yaradır post patrulu çağır gəlib bunu aparsın demiş və yanından uzaqlaşmışdır. Həmin R uzaqlaşdıqdan sonra Xətai Rayon Polis Idarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru Əbilov Rauf Hafiz oğlu sənə ancaq belə dəstək ola bilərik ki, bu dəqiqə yerində 300 manat cərməni ödə ged övladını götür ged evinə, sonra hara və kimə şikayət edirsənsə edərsən demiş, şikayətçi də övladı üstün mənafeyini naminə və valideynlik məsuliyyətini dərk edərək "yaxşı ödəyirəm və bilinki bunu məcburi ödətdirirsiz mənə mən bundan şikayət edəcəm" demiş, Azərbaycan Beynəlxalq Bankının mobil tədbiqindəki kart hesabına daxil olmuş və R.Əbilov telefonu əlindən alaraq, bir nəfərə zəng etdi "protokol nömrəsi aktivləşdir” dedi və həmin şəxs protokolu sistemdə aktivləşdirmiş ödənişi etmişdir. Şikayətçiyə yerindəcə nə protokolu göstərmiş, nə də ki protokolun qərarını təqdim etməmişdir. Hesab edir ki, tərtib olunmuş protokol tam əsassız və qanunsuzdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətin dəlilləri ilkin şikayətin dəlilləri ilə eynilik təşkil edir. Videozəng vasitəsilə əlaqə saxlanılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin məzmununa oxşar çıxış edərək şikayətin təmin edilməsini və Bakı şəhəri Sabunçu Rayon Məhəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi Bakı şəhəri Xətai RPI-nin 36cı Polis Bölməsinin sahə inspektoru Əbilov Rauf Hafiz oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası IXM-in 75-84-cü maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu öz daxili inamı ilə qiymətləndirmiş, sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etməmişdir. Belə ki, Bakı şəhəri Xətai RPI-nin 36-cı Polis Bölməsinin sahə rəisi Əbilov Rauf Hafiz oğlu tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 06:12-də Aşıq Ələsgər küçəsi 23 ünvanında Azərbaycan Respublikası IXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Bakı şəhəri Xətai RPI-nin 36-cı Polis Bölməsinin sahə rəisi X1 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə saat 18:07-də Azərbaycan Respublikası IXM-nin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 (üç yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. ##.##.2026-cı il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, EXP ******* saylı inzibati protokol əsasında tətbiq edilmiş cərimə məbləği Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ödənilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik hər bir iş üzrə mütləq qaydada inzibati xəta hadisəsini mövcudluğunu təsdiq edən video görüntünün və foto şəkillərin olmasını təsbit etməmişdir. Eyni zamanda, hazırkı iş üzrə inzibati xəta hadisəsinin mövcudluğu vizual şəkildə aşkar edilmiş və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polisin məcburetməsi əsasında həmin protokol əsasında ödəniş etməsini, özünün həmin xətanı törətmədiyini bildirmişdir. Məhkəmə nəzərə alır ki, inzibati xəta haqqında iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, şikayətçinin apellyasiya instansiya məhkəməsinin məhkəmə prosesində iştirakı təmin edilmiş, mübahisəli məsələyə dair xətanın mövcudluğunu təkzib edən sübutlar olduqda onları məhkəməyə təqdim etmək imkanı olmuşdur. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. buna dəlalət edən hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq məhkəmə, şikayətçinin həmin cərimə məbləğini ödəməsini onun özünü təqsirli bilməsi olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; IXM-nin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılmasına görə fiziki şəxslər 300 yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd manat məbləğində cərimə edilir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq şikayəti təmin etməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Xətai RPI-nin 36-cı Polis Bölməsinin ##.##.2026-cı il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi barədə ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar