Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2586/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-98)- ****/**** nömrəli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə şikayətə baxılma müddətinin bərpa edilməsinə dair ərizə ilə müraciət edərək Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı qərarından şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş vəsatətin təmin edilməməsi, Bakı şəhər BPİ-nin X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətin və ona əlavə olunmuş sənədlərin Qərardan şikayət verən orqan (şəxs) geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və şikayətinə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayətin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə işin faktiki hallarını tam və obyektiv araşdırmamış, prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. İdarə etdiyi **-RM-*** dövlət qeydiyyat nişanlı, "Toyota" markalı avtomobillə bağlı Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarla razılaşmadığı üçün, qanunla müəyyən edilmiş 10 günlük şikayət müddətini gözləmədən, operativ şəkildə ertəsi günü — ##.##.2026-cı il tarixində dərhal yuxarı inzibati orqana – Bakı Şəhər BPİ-nin DYPİ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunvericilik tələblərinə görə, inzibati orqan şikayətə qısa müddətdə baxıb qərar verməli idi. Lakin onun cəmi 1 gün sonra etdiyi şikayətə qanunla müəyyən edilmiş müddətdə baxılmamış, ona yalnız təxminən 4 ay 10 gün sonra cavab məktubu verilmişdir. DYPİ-nin cavab məktubunda şikayətinin təmin edilmədiyi bildirilmiş və eyni zamanda, həmin cavabdan narazı qaldığı halda məhkəməyə müraciət etmək hüququ olduğu rəsmi şəkildə göstərilmişdir. İnzibati orqan ona 28 iyul tarixində rəsmi cavab vermiş, o isə qanunla müəyyən edilmiş 10 günlük şikayət müddətini yenə tamamilə qoruyaraq, dərhal cəmi 3 gün sonra — 31 iyul tarixində Nəsimi Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi inzibati orqanın şikayətinə qanunla müəyyən edilmiş müddətdə baxmamasını, cavabın 4 aydan çox gecikdirilməsini və cavab məktubunda məhkəməyə müraciət etmək hüququnun göstərilməsini nəzərə almamışdır. Məhkəmə şikayət müddətini inzibati orqanın yekun cavab tarixindən deyil, yalnız inzibati cərimə qərarının qəbul edildiyi ilkin ##.##.2026-cı il tarixdən gecikməsinin məhkəmə tərəfindən onun əleyhinə "müddətin ötürülməsi" kimi qiymətləndirilməsi hüquqi ədalətsizlikdir, qanunun ruhuna və vətəndaşın etibarı prinsipinə tamamilə ziddir. Bundan əlavə, DYP cavab məktubunda ona guya çağırış göndərildiyi və iclasa gəlmədiyi qeyd edilmişdir. Halbuki ona rəsmi olaraq heç bir çağırış, bildiriş və ya SMS təqdim edilməmişdir. İnzibati orqan tərəfindən bu çağırışın ona qanuni qaydada çatdırıldığını təsdiq edən hər hansı bir sübut (poçt qəbzi, imzası və s.) iş materiallarında yoxdur və göstərilə bilməz. İnzibati orqanın öz vəzifəsini icra etməməsini gizlətmək üçün uydurduğu və sübut olunmamış halların onun əleyhinə qiymətləndirilməsi qanunauyğun hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) şikayətin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və şikayətinə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə, şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər BPİ-nin X1 İdarəsinin ##.##.2026-cı il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayəti icraata qəbul etməkdə imtina etməklə geri qaytararkən qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsi ilə müəyyən edilmiş qərardan şikayət verilməsinin 20 gün müddət üzrlü səbəb olmadan ötürülmüş, lakin bununla bağlı əsaslandırılmış izah verməmiş və qərardadın nəticə hissəsində müddətinin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi ilə bağlı hər hansı nəticəni göstərməmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) həll etdiyi məsələlərdən biri iş üzrə vəsatətlərin və etirazların olub-olmamasının müəyyən edilməsidir. Normanın məzmunundan da göründüyü kimi, inzibati xəta haqqında iş üzrə hər hansı vəsatət və ya etiraz olduqda bu, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.1-ci maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən həmin Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən isə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılması nəticəsində isə İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsində nəzərdə tutulan “qərar”lardan biri qəbul edilməlidir. Göründüyü kimi prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verib-verməməsini araşdırmaqla bununla bağlı vəsatətə baxmalı olan birinci instansiya məhkəməsi bunun səbəbini ətraflı araşdırmadan və şəxsin təqdim etdiyi sübutlara və gətirdiyi dəlillərə qiymət vermədən, yalnız prosessual müddətin ötürülməsini əsas götürməklə şikayətin geri qaytarılması ilə bağlı əsassız qərardan qəbul etmişdir. Belə ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verməklə yanaşı, eyni zamanda həmin qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair vəsatətini də məhkəməyə təqdim etmişdir. Qərardan şikayət edən Qərardan şikayət verən orqan (şəxs), eyni zamanda müddətin bərpasına dair vəsatət də vermiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1ci maddəsi ilə müəyyən edilmiş 20 gün müddətinin ötürülməsi ilə bağlı kifayət qədər inandırıcı və əsaslı üzrlü səbəb göstərmişdir ki, barəsində qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsasız olması qənaəti ilə yuxarı səlahiyyətli orqana müraciət etmiş və həmin qərarın ləğv edilməsini ümid etmişdir. Lakin yuxarı səlahiyyətli orqan müvafiq qərar qəbul edilməsi və şikayətçiyə göndərilməsi əvəzinə şikayətə məktubla cavab vermiş və bu məktubda şikayətin dəlillərinin əsassız olduğu, inzibati xətanın isə mövcud olduğu göstərilmişdir. Şikayətçi bununla bağlı yuxarı səlahiyyətli orqanın müvafiq məktubunun sürətini də prosessual müddəti üzrlü səbəbdən ötürülməsinin sübutu qismində məhkəməyə təqdim etmişdir. Məhz bundan sonra şikayətçi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsi qaydasında məhkəməyə müraciət etmə hüququndan istifadə etməklə pozulması ehtimal etdiyi hüquqlarının bərpasına çalışmışdır. Bu mərhələdə məhkəmə tərəfindən şikayətin baxılmadan geri qaytarılması kimi əks yanaşma şəxsin məhkəməyə müraciət etmə hüquqununun qarşısını alınmasına və məhkəməyə əlçatanlıq institunun məhdudlaşdırılmasına səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin IV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi, şikayət və ona əlavə olunmuş sənədlərin Qərardan şikayət verən orqan (şəxs) geri qaytarılması barədə qərardadı qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətə yenidən baxılması üçün material birinci instansiya məhkəməsinə işin baxılmağa hazırlanması mərhələsinə qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi, şikayət və ona əlavə olunmuş sənədlərin X2 geri qaytarılması barədə ##.##.2026-cı il tarixli 3(5-98)- ****/**** nömrəli qərardadı ləğv edilsin. Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətə yenidən baxılması üçün material Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə işin baxılmağa hazırlanması mərhələsinə qaytarılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2586/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2586/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver