Məhkəmə qərarları › İş №3(3-6)-2587/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2587/2026

21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2587/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra – Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) qəbul etdiyi ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarla Qərardan şikayət verən orqan (şəxs) ## ##### 2026-cı il tarix, saat 15:29-da “Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 2” ərazisində “X2 7 Plug-in hibrid minik” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – həmin avtomobil) hərəkətini svetoforun qadağanedici işarəsində davam etdirməsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X3) Qərardan şikayət verən orqan (şəxs) verdiyi müvafiq şikayət təmin edilmiş, səlahiyyətli orqanın qəbul etdiyi, yuxarıda göstərilmiş qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibinin olmamasının müəyyən edilməsinə görə xitam verilmişdir. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və özünün qəbul etdiyi ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən iş materiallarında olan videogörüntüyə əsaslansa da, həmin görüntünün texniki xüsusiyyətləri, baxış bucağı, keyfiyyətini və digər sübutlarla qarşılıqlı əlaqəsini araşdırmadan, subyektiv qiymətləndirmə əsasında qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) səlahiyyəli orqanın verdiyi şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə ## ###### 2026-cı il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə göndərdiyi müraciətində məhkəmə iclasının üzrlü səbəbdən gələ bilməyəcəyinə görə təxirə salınmasını xahiş etsə də, üzrlü səbəbi təsdiq edən sübutu təqdim etmədiyinə görə məhkəmə səlahiyyətli orqanın verdiyi şikayətə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilmiş qanunvericilik normalarına və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, iş materiallarına əlavə edilmiş videogörüntüyə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını özündə obyektiv qaydada əks etdirməsinə görə sübut kimi qiymətləndirdiyi həmin videogörüntü əsasında iş üzrə Qərardan şikayət verən orqan (şəxs) avtomobili idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsinin verilməməsi, nəticədə avtomobili öz hərəkət istiqamətini tənzimləyən svetoforun qadağanedici işarəsində davam etdirməməsi barədə qənaətə gəlib, sonuncunun Azərbaycan Respublikası İXM-in 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini müəyyən edib, müvafiq nəticəyə gələrkən haqlı olmuşdur. Buna görə də iş üzrə səlahiyyətli orqanın əməkdaşının tərtib etdiyi ## ##### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş ## #### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərar, eləcə də səlahiyyətli orqanın verdiyi şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar