Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2593/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Tanyol Macit barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin idarəyə göndərilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından X8 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tanyol Macit şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin X4 Müfəttişliyi Xidmətinin Hüquq İdarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv olunmasını və Tanyol Macit barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı əsassızdır.Əməldə inzibati xəta tərkibi olmasına baxmayaraq işə baxan məhkəmə əsassız qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, vətəndaş X2 ##.##.2025-ci il tarixi iş günü hesab olunmayan bayram günü qabağı və ##.##.2025-ci il iş günü hesab olunmayan bayram günü olmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 107 və 108-ci maddələrinin tələbi pozularaq işə cəlb olduğu və müvafiq qısaldılmanın edilmədiyi müəyyən edilmişdir. X5 Azərbaycan Respublikası İXM-nin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. ##.##.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X3 ilə “İstanbul Teknik İnşaat Sanaye və Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasıdakı Filialı arasında ##.##.2024-cü il tarixli əmək müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, işçinin gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq iş qrafiki olmuş (iş saatı 09:00- 18:00, nahar vaxtı 13:00-15:00, işçi hər gün 1 saat natamam iş günü işləyir) və əməyinin ödənilməsi forması vaxtamuzd olmaqla, 1035.43 manat əmək haqqı ilə şirkətdə inşaat fəhləsi vəzifəsində ##.##.2024-cü il tarixdən işə başlamışdır. ##.##.2025-ci il tarixli, *** nömrəli əmrdən görünür ki, X3 ilə “İstanbul Teknik İnşaat Sanaye və Ticaret Anonim Şirkətinin” Azərbaycan Respublikasıdakı Filialı arasında bağlanmış əmək müqaviləsinə##.##.2025-ci il tarixdə xitam verilmişdir. İşçinin iş vaxtının uçotu tabelindən görünür ki, ##.##.2025-ci il tarix həmin tabeldə qırmızı işarələnərək qeyri-iş günü qeyd olunmuşdur Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Tanyol Macit barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; -12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir -128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: X8 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tanyol Macit barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin idarəyə göndərilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2593/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2593/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver