Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2594/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, ## ##### 2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibatı Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 08aprel 2026-cı il tarixli “Inzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Anar Ibadzadə) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan inzibati xəta üzrə icraatı aparan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi və Xidmətin Bakı şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X3 şikayəti əsasında Xidmətin Bakı şəhər Idarəsində aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı şəhər Idarəsinə verilməsi tələb olunmuşdur. Sözügedən məktubda tələb olunan sənədlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən tam təqdim edilməmişdir. Müvafiq maddənin dispozisiyasında təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə məsuliyyət yaranır. Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər tam təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, vətəndaş X3 müraciəti təqdim edilməyən sənədlər ilə bağlı olmuş və məhz təqdim edilməmiş sənədlər həmin araşdırma üçün zəruri olmuşdur. Həmin sənədlərin mövcud olmaması digər inzibati xətanın əlamətlərini daşıyır. Inzibati orqan müvafiq məktubunda hansı sənədləri istədiyini konkret və dəqiq müəyyən etmişdir. Apellyasiya icraatı zamanı çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, dəlillərinə uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini, qərarın ləğv edilərək Xidmətin Bakı Şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyib, belə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş 3-17-5/2- ******/**** nömrəli, ##.##.2025ci il tarixli məktubundan görünür ki, vətəndaş X3 *** nömrəli tam orta məktəbdə əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı müraciətinə Xidmətin Bakı şəhər Idarəsində baxılır. Bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq X3 müraciətinə münasibət bildirilməsinə dair cavab məktubunun 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər Idarəsinə (ünvan: AZ1114 ünvan 1) təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlər əsasən vətəndaş X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Bakı şəhəri üzrə Təhsil Idarəsinə 3-17- */*-******/**** nömrəli, ##.##.2025-ci il tarixli nömrəli məktub göndərilərək sənədlərin tam, düzgün və vaxtında təqdim edilməsi tələb olunmuş, lakin ##.##.2026-cı ilədək sənədlər tam təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, protokol tərtib edilmiş, işin faktiki halları üzrə səthi araşdırma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan və iş üzrə subyekti düzgün müəyyən etmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə qeyd etmişdir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X3 *** nömrəli tam orta məktəbin əməkdaşı olduğu halda, törədilməsi ehtimal edilən inzibati xətanın subyekti Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunmuş və inzibati xəta haqqında protokol həmin idarə barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası Inzibatı Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, “Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli protokol əsasında Azərbaycan Respublikası Inzibatı Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi hüquqi şəxs o halda həmin maddə ilə inzibati məsuliyyətə cəlb oluna bilər ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatlar (sənədlər) təqdim edilməsin, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməsin. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş hallarından məlum olur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təqsirini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin şəxs barəsində tərtib edilmiş protokol əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq inzibati xətanın tərkibi olmaması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsinin inzibati orqan olaraq Inzibati xəta haqqında protokol tərtib edərkən inzibati xəta törətməkdə təqsiri müəyyən edən mötəbər hesab olunan sübut əsasında nəticəyə gəlməlidir. Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin imperativ tələbinə görə, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübutetmə vəzifəsi bilavasitə inzibati orqanın üzərindədir. Azərbaycan Respublikası Inzibatı Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, istər inzibati orqan, istərsə də məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə görə tənbeh edilməsinə dair qərarı qanuni və əsaslı olmalı, mümkün və mötəbər sübutlara əsaslanmalıdır. X5 Məcəlləsində inzibati xətaya dair qərar sübut növlərindən biridir və şəxs yalnız o halda inzibati xətaya görə təqsirli bilinib tənbeh edilə bilər ki, işdə olan sübutların məcmusu şəxsin barəsində tənbeh qərarının çıxarılması üçün kifayət etsin. Lakin şikayətin dəlillərindən və iş materiallarından həmin hallar məhkəmə tərəfindən müəyyən edilmir. Qeyd edilir ki, birinci instansiya məhkəməsi səlahiyyətli orqan tərəfindən təqdim edilən protokolun əsaslılığını yoxlayarkən, qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər Idarəsi barəsində icraat aparılan şəxs barədə protokol tərtib edərkən irəli sürdüyü dəlilləri ətraflı araşdırmamışdır. Məhkəmə qeyd edir ki, X3 *** nömrəli tam orta məktəbin əməkdaşı olduğu halda inzibati xəta haqqında protokol Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmişdir. Halbuki Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hazıki iş üzrə törədilməsi ehtimal edilən inzibati xətanın inzibati xətanın subyekti olmamışdır. Məhkəmə belə hesab edir ki, toplanmış sübutlar birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında nəticəsi qanuni və əsaslıdır. Işin halları X4 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun əsaslılığını və bu barədə apellyasiya şikayətinin dəlillərini təkzib edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Ona görə də məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin olunmamalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-2594/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2594/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver