Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-2595/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, “MİPAN” MMC Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməsinə və «MİPAN» MMCnin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından “MİPAN” MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN 2467693 və MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə olunmuş şəxsin işlədiyi, əmək haqqı aldığı iş yerinə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əmək haqqından tutulması üçün göndərilmiş ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** nömrəli məktuba əsasən tutulma aparılmamışdır. Nəticədə «MİPAN» MMC və MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim Solmaz Mustafayeva) “MİPAN” MMC Azərbaycan Respublikası İXM-nin 529.1- 1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya qaydasında şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Şikayətlərin dəlilləri və tərəflərin çıxışları: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və onun nümayəndəsi və vəkili Vəkil şikayəti onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında protokol şəxsə (hüquqi şəxsin nümayəndəsinə və ya vəzifəli şəxsə) rəsmi qaydada, o cümlədən poçt vasitəsilə çatdırılmalı və şəxsə protokolla tanış olmaq, izahat vermək və müdafiə hüququndan istifadə etmək üçün real imkan yaradılmalıdır. Lakin protokol barədə bildiriş, poçt göndərişi gecikmə ilə əldə edilmişdir. Nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 protokolun tərtib olunmasından vaxtında xəbərdar ola bilməmişdir. Bu, şəxsin öz təqsiri ilə deyil, bildirişi vaxtında təmin etməli olan dövlət orqanının hərəkətsizliyi/gecikməsi nəticəsində baş vermişdir. İş üzrə icraat aparılması zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 “Zoom” platforması vasitəsilə keçirilən görüşlərə dəvət olunsa da, bu barədə də bildirişlər gecikmə ilə yəni zoom vasitəsilə görüşün keçiriləcəyi gün çatdırılmış, nəticədə şəxsin bu tədbirlərdə tam və vaxtında iştirak etmək imkanı məhdudlaşmışdır. Bu da öz növbəsində şəxsin izahat vermək, sübut təqdim etmək və müdafiə mövqeyini formalaşdırmaq hüququnun həyata keçirilməsinə mane olmuşdur. İşin hallarından və şikayətə əlavə olunan poçt qəbzlərindən də göründüyü kimi, şəxs ona tətbiq olunmuş ilk cərimə barədə gec məlumat əldə etmişdir. Həmin cərimənin tətbiqi mübahisələndirilmiş amma sözügedən dövlət orqanı şikayətin verilməsi üçün müddətin ötdüyünü bildirərək şikayəti geri qaytarmış, cərimənin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əmək haqqından tutulması barədə məktub ona çatmamış sonradan ona və direktoru olduğu hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunacağı və bu məsələyə münasibət bildirilməsi üçün ZOOM linki yalnız görüşün keçiriləcəyi gün görüşün vaxtı bitdikdən sonra çatmış bundan sonrakı gün qeyriiş günlərinə təsadüf etdiyindən növbəti ilk iş günü barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 sözügedən dövlət orqanına gedərək bu xüsusatları bildirmiş göstərilənlər dövlət orqanı tərəfindən nəzərə alınmamış bununla belə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 cərimənin ödənilməsi üçün rekvizitləri əldə edərək dövlət orqanının tələb etdiyi qaydada əmək haqqının 25 faizi həcmində cərimənin icrasına başlamışdır. Bu fakt bir daha təsdiq edir ki, qanunla nəzərdə tutulmuş bildiriş qaydasına əməl olunmamışdır. Bununla belə, məlumatı əldə edən kimi şəxs vicdanla hərəkət edərək dərhal tələb olunan 25 (iyirmi beş) faiz məbləğində ödənişi, daha sonra isə tətbiq edilmiş cərimənin tam məbləğini (1000 manat) ödəmişdir ki, bu da onun hüquq pozuntusunu inkar etmədiyini deyil, əksinə, məlumatlandığı andan etibarən qanuni tələblərə əməl etmək niyyətində olduğunu göstərir. Yuxarıda qeyd olunan hallara baxmayaraq, iş materialları məhkəməyə göndərilərkən bildirişlərin şəxsə vaxtında və lazımi qaydada çatıb-çatmaması məsələsi araşdırılmamış, məhkəmə tərəfindən bu hal nəzərə alınmadan qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın gedişində yol verilmiş prosessual pozuntular (bildirişlərin vaxtında və lazımi qaydada çatdırılmaması) bilavasitə səlahiyyətli dövlət orqanının təqsiri ilə baş vermiş, bu isə şəxsin müdafiə hüquqlarının həyata keçirilməsinə əngəl törətmişdir. Bununla yanaşı, şəxsin məlumatlandığı andan etibarən tələb olunan məbləğləri könüllü və vaxtında ödəməsi faktı onun vicdanlı davranışının göstəricisi olmaqla, məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və onun nümayəndəsi və vəkili Vəkil verilmiş şikayətləri müdafiə edərək, təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, tərəflərin çıxışlarını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli elektron qərarından görünür ki, «MİPAN» MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının İXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin ##.##.2026-cı il tarixli, 3-17-5/2- *****/**** nömrəli məktubundan görünür ki, «MİPAN» MMC-nin direktoru barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əmək haqqından hər ay 25% olmaqla 1000 manat məbləğində inzibati cərimənin ödənilməsinin təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə etməklə 3 (üç) iş günü ərzində Xidmətə yazılı formada məlumat vermələri xahiş edilmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənməsinə dair məlumatdan görünür ki, ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubun göndərildiyi SS*********AZ nömrəli göndəriş ##.##.2026-cı il tarixində “MİPAN” MMC-yə çatdırılmışdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 “MİPAN” MMC-də direktor vəzifəsinə işə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və onun direktorunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirini düzgün müəyyənləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının mübahisələndirilməsi ilə bağlı şikayətdə qeyd olunan dəlillər, iş materialları və məhkəmədə tədqiq olunmuş mümkün sübutların məcmusu, habelə qanunvericiliyinin tələbləri ilə müqayisədə təkzib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya qaydasında aparılmış araşdırmanın nəticələrinə görə, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq “MİPAN” MMC-nin və onun direktorunun inzibati məsuliyyətə cəlb edilərək, tənbeh edilməsinin əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Odur ki, apellyasiya instansiyası məhkəməsi, inzibati xəta faktının hüquqi şəxsə və onun direktoruna münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar aşkar edilməmişdir. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-2595/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-2595/2026
21.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver